Vaqif Memmedov Yazici - Wikipedia
Vaqif Məmmədov (28 iyul 1948, Sədərək, Noraşen rayonu – 6 fevral 2016) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü.
Vaqif Məmmədov | |
---|---|
1995 – 2000 | |
Seçki dairəsi | 1 sayılı Sədərək |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Arif Qasımov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyul 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 2016 (67 yaşında) |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVaqif Məmmədov 1948-ci il iyun ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini (1975) bitirib.
1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur.
YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində (1994), Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində (2001), Ankarada keçirilən "Erməni iddiaları və Azərbaycan gerçəyi" beynəlxalq simpoziumunda (2005), Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində (2006), Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda (2007), Pakistanda keçirilən "Sufizm və sülh" beynəlxalq konfransinda (2010) iştirak və çıxış etmiş, "Daşkənd təranəsi" beynəlxalq poeziya müsabiqəsinin (1983) və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olmuşdur.
Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvüdür.
2001-ci ildə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 1996–1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.
1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının direktoru, həmçinin universitetin "Elmi əsərlər" jurnalının redaktoru, "Fikir" jurnalının məsul redaktoru, universitetin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müəllimi vəzifəsində çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan "Oğuz yurdu" qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral ayınadək həmin qəzetin redaktoru olmuşdur.
2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
2016-cı ildə vəfat edib.[1]
Ailəsi
redaktəAiləli idi. 4 övlad atasıdır.
Şeir kitabları
redaktə- Yaşadacaq bu yol məni. Bakı, "Yazıcı", 1987
- Sədərək harayı. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1994
- Qeyrət qalası. Bakı, "Yurd", 1999
- Salam oğuz elləri. Bakı, "Çənlibel", 2001
- Mənə çiçək borclusan. Bakı, "Şirvannəşr", 2003
- Özüne dön halkım. Ankara, "Renk-ofset", 2004
- Bu dünyanın sevinci nə, qəmi nə… Bakı, "Şirvannəşr", 2004
- Vətən sığır ürəyimə. . Bakı, "Şirvannəşr", 2005
- Guard on reagerde du sommet. Zirvədən baxanda. (Azərbaycan və fransız dillərində). Nakhitchivan. "Gueyrat", 2007
- Seçilmiş əsərləri. 3 cilddə. I cild, Bakı, "Şirvannəşr", 2008
- Seçilmiş əsərləri. 3 cilddə. II cild, Bakı, "Şirvannəşr", 2008
- Ömrümün yarpaqları. Bakı, "Çənlibel", 2008
- Здраствуй земля Сибири. Новосибирск, "Принтинг", 2008
Bədii-publistik kitabları
redaktə- Sədərək şəhidləri. Bakı, "Şirvannəşr", 1998
- Unutsaq unudularıq. Naxçıvan, "Qeyrət", 2000
- Erməni xəyanəti. Naxçıvan, "Qeyrət", 2000
- Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu. Bakı, "Çənlibel", 2001
- Heydər Əliyev və Sədərək rayonu. Naxçıvan, "Qeyrət", 2003
- Arazdan keçə bildim. Bakı, "Şirvannəşr", 2003
- Ata ömrü. Bakı, "Şirvannəşr", 2006
- Şexidı Sadaraka. Novosibirsk. "Printinq", 2007
- Ehramlar diyarının poetik tərənnümü. Naxçıvan, "Qeyrət", 2007
- Səni kim unudar… Bakı, "Şirvannəşr", 2009
- Böyük alim haqqında kiçik xatirələrim. Bakı, "Elm və təhsil", 2009
- Sədərəkdə yazılan gündəlik. Bakı, "Şirvannəşr", 2010
Təltifləri
redaktə- Naxçıvan Muxtar Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı (2005).
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı (2007).
İstinadlar
redaktə- ↑ "Tanınmış alim rəhmətə getdi". 2017-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-15.