Van Muzeyi - Wikipedia
Van Muzeyi ( türk. Van Müzesi ) — Türkiyənin şərqində Van şəhərində yerləşən muzey. Muzey Şərqi Anadolunun Daş dövründən bu günə qədər Van gölü bölgəsində insan həyatı və mədəni inkişafının böyük arxeoloji və etnoqrafik tapıntılarını nümayiş etdirir.
Van Muzeyi | |
---|---|
Əsası qoyulub | 1945 |
Açılış tarixi | 1945 |
Ölkə | |
38°30′17″ şm. e. 43°20′28″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəVan şəhəri bir çox sivilizasiyaların kəsişməsində yerləşir. Bura zəngin mədəni irs, minlərlə qiymətli abidələri ilə tanınır. E. ə. IX-cu əsrdə bölgəyə gələrək Van şəhərini paytaxt seçən urartulular memarlıq, texnologiya və mədəniyyəti inkişaf etməyə bacarmışdılar. Van şəhəri və ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntılarla paralel olaraq urartuların incəsənəti, sosial həyatı və mədəniyyəti haqqında hər cür məlumat əldə etmək mümkündür.[1]
Roma, Bizans, Səlcuqlu, Akqoyunlu, Qaraqoyunlu və Osmanlı İmperatorluqlarının hər dövründə Van şəhəri mühüm strateji yaşayış məntəqəsi olaraq qalmışdır.
Van Muzeyi 13 min kv.m. sahədə tikilib. Muzey memarlıq və incəsənətdə keçmişlə gələcək arasında körpü qura biləcəyi yerlərdən biridir.[2] Muzeydə Van xalq mədəniyyətinə aid olan əsərlər, sikkələr və etnoqrafik əşyalar yüksək səviyyədə təqdim olunur və sərgilənir.[3]
Bütün bu əsərlər Urartu sənəti ilə yanaşı, onların dini inancları, mədəniyyəti və gündəlik həyatları haqqında da məlumat verir. Məsələn, zərgərlik məmulatlarının təkcə bəzək məqsədi ilə deyil, həm də bəzilərinin sahibinin sinfini müəyyənləşdirdiyini və yalnız yuxarı təbəqə tərəfindən istifadə edildiyini, bəzilərini inanc əsasında taxıldığını öyrənmək olur.[1]
Kolleksiyası
redaktəMuzeyin ən qədim arxeoloji əşyaları Paleolit, Neolit və Mis dövrlərinə aiddir. Hakkari kurqanları,[4] Tilkitəpə və Kızdamı mağarasının arxeoloji sahələrindən olan obsidian və sümük alətlər xüsusi maraq doğurur. Digər tapıntılar Qaragündüz nekropoluna aiddir.[5]
E. ə. IX-cu əsrdə yaranan və e ə. IV-cı əsrdə məhv olana qədər sənət, texnologiya və dəmirçilik sahəsində mükəmməl bir sivilizasiyaya çevrilən Urartu krallığından əldə edilən artefaktlar arasında silahlar, məişət əşyaları və heykəltəraşlıq bəzəyi və mixi yazılar olan stelalar var.
Digər əşyalar Roma, Bizans, Səlcuqlu, Ağqoyunlu, Qara Qoyunlu və Osmanlı dövrünə aiddir. Səlcuqlular dövrünə aid parçalar arasında qoç və qoyun formasında olan türbələr xüsusilə diqqəti cəlb edir.[6]
Muzeydə ilk qalereyalar daş eksponatları və alətləri və erkən Mis dövrünün üstünlük təşkil etdiyi Şərqi Anadolunun Daş dövrü və Paleolit dövrünü əhatə edir. Burada həmçinin kilim və xalçaların böyük etnoqrafik kolleksiyası var.
1998-ci ildə Vanın Hakkari vilayətində 13 kurqan stel tapılmışdır. 11 steldə silahlı kişi döyüşçülər, 2-də isə silahsız qadınlar təsvir edilir. Fiqurların kompozisiyasında təmsil olunan şəxsin statusu, var-dövləti və nailiyyətlərinin göstəricisi kimi görünən əmlak və hadisələrin təsvirləri var. Kişilər döyüşçülərdir. Onlar müxtəlif silahlarla, sərvət, qadınlar, öldürülmüş düşmənləri və heyvanları ilə təsvir ediliblər. Döyüşçü-kişilər həmişə yuxarı qaldırılmış sağ əllərində içki qabı tuturlar, və kəmərə asılmış xəncər taxırlar. Bu da Hakkarinin bu sərt mənzərəsində yaşayan bir cəmiyyətin köçəri və ya yarı köçəri təbiətini göstərir.
Qadın fiquru daha kiçikdir, daha yumşaq konturda təmsil olunur və mülkiyyəti və ya statusunu qeyd edən “tarixi” yoxdur. Lakin onların bura daxil edilməsi onları xüsusi edir. Hər bir stel insan bədəninin ön hissəsinin görünüşünü təsvir edir. Ayaqlar göstərilmir.[7] Stellərin ölçüləri təxminən 1,3 metrdən 2 metrə qədər dəyişir.
Qalereyası
redaktə-
Tanrı Teişeba öküzün üzərində, relyef
-
Ayanis qalasında yazı
-
Urartu döyüş arabası
-
Səlcuqlu məzarları qoç şəklində
-
Silahsız qadın
-
Silahlanmış döyüşçü.
-
Papaq taxmış silahlı döyüşçü
-
Silahlı döyüşçü. Sağ dirsəyinin altında qadın fiquru var.
İstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət". 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
- ↑ The collection of the Van Museum Arxivləşdirilib 2023-06-03 at the Wayback Machine Retrieved 18 October 2023.
- ↑ "Arxivlənmiş surət". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
- ↑ The collection of the Van Museum Arxivləşdirilib 2023-06-03 at the Wayback Machine Retrieved 18 October 2023.
- ↑ "Arxivlənmiş surət". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
- ↑ Van Museum's Urartian riches Arxivləşdirilib 2023-10-04 at the Wayback Machine Retrieved 18 October 2023.
- ↑ Antonio Sagona, The Heritage of Eastern Turkey: From earliest settlements to Islam (2006), pp. 68–71.