Vagazin - Wikipedia
Vağazin — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd.[1]
Vağazin | |
---|---|
39°46′47″ şm. e. 46°28′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.510 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəVağazin kəndinin adı bir rəvayətə görə şəxs, digər rəvayətə görə isə quş (vağ) adındandır. Bəzi məlumatlara görə isə kəndin digər adı Şorcur (Şorsu) olmuşdur. 1933-cü ildə kənd Vağazin kimi qeydə alınmışdır. Oykonim vaqa (kömür) və zin (İran dillərində "di"-nin sinonimi kimi yer mənasını bildirir) komponentlərindən düzəlib, "kömürçü kəndi" mənasındadır.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Vağazin kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Vağazin Laçın rayonunun tərkibinə daxil edilmişdir.[4]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Coğrafiyası və iqlimi
redaktəAzərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində olan Vağazin kəndi təxminən rayon mərkəzindən 41 km şimal-qərbdə yerləşir. Kənd Ərdəşəvi çayının sahilində, Qarabağ silsiləsinin yamacındadır, Qırxqız dağının ətəyində yerləşir.[7]
Əhalisi
redaktəKənd əhalisi milliyətcə türksoylu millət olan azərbaycanlılardan ibarətdir.[8][9]
2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 1,098 nəfərdir.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh.261.
- ↑ Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
- ↑ Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ "Bir kəndin şəhidləri və tarixi (FOTOLAR) | Qaynarinfo.az". qaynarinfo.az. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ Vağazin kəndi (rus). Azerbaijan: Laçın,Vağazin. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
- ↑ Vağazin,Laçın,Azərbaycan
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |