V Harald - Wikipedia
V Harald (norv. Harold V; 21 fevral 1937[1][2][…]) — Qlüksburqlar sülaləsindən Norveç kralı(17 yanvar 1991-ci ildən).
V Harald | |
---|---|
norv. Harald V | |
21 sentyabr 1957 – 17 yanvar 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1937[1][2][…] (87 yaş) |
Doğum yeri | Asker, Norveç |
Təhsili |
|
Fəaliyyəti | monarx, əsilzadə |
Atası | V Ulaf |
Anası | Kraliça Marta |
Həyat yoldaşı | Kraliça Sonya |
Uşaqları | şahzadə Marta, şahzadə Hokon |
Dini | Lüteranizm, Norveç kilsəsi |
Rütbəsi | general, general, Admiral |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəV Harald 1937-ci ildə şahzadə Olaf və Marta Daqmarın üçüncü övladı kimi dünyaya gəlmişdir. O cütlüyün ilk oğlan övladı idi.
3 yaşında almanların Norveçi işğal etməsi ilə bağlı olaraq ailəsi ilə birgə Vaşinqtona köçməli olurlar.
Müharibə bitdikdən sonra kral ailəsi yenidən Norveçə qayıdır.[3]
Harald əvvəlcə Oslo Universitetindən, daha sonra hərbi akademiyada təhsil alır. 1960-cı ildə Oksford Universitetinə daxil olur.
1968-ci ildə Sonya Haraldsenlə evlənir. Bu izdivacdan şahzadə Hokon və şahzadə Marta Luiza doğulur.
17 yanvar 1991-ci ildə Olafın ölümündən sonra Harald taxta çıxır. O 1342-ci ildən bəri Norveç torpağında doğulan ilk kral olur.
2003–2004 və 2005-ci illərdə xərçəng və ürək-damar xəstəliklərindən əziyyət çəkən V Harald müalicə almaq üçün bir müddət hakimiyyətinə fasilə verməli oldu.[4] Bu arada onun səlahiyhətlərini regent kimi oğlu vəliəhd şahzadə Hokon yerinə yetirirdi. Aparılan uğurlu əməliyatlardan sonra yenidən taxta qayıdır.
2015-ci ildə Antarktidaya səyahət edən ilk monarx kimi tarixə düşdü.[5]
V Harald gəncliyindən yelkənli idmanla məşğul olur və dünya, Avropa və olimpiya yarışlarında iştirak etmişdir.
Ailəsi
redaktə- Kral V Olaf (1903–1991) — atası
- Kraliça Marta (1901–1954) -anası
- Kraliça Sonya (1937) — həyat yoldaşı
- Şahzadə Marta Luiza (1971) — qızı
- Şahzadə Hokon (1973) — oğlu
İstinadlar
redaktə- ↑ 1 2 Harald V // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lundy D. R. Harald V zu Schleswig-Holstein-Sonderburg-Glücksburg, King of Norway // The Peerage (ing.).
- ↑ "Crown Princess Märtha (1901–1954)". 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Norway's King Harald V Has Bladder Cancer". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Sun shines for king in Antarctica". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.