Vi Qustav - Wikipedia
VI Qustav və yaxud tam adı ilə Oskar Fredrik Vilhelm Olaf Qustav Adolf (11 noyabr 1882[1][2][…], Stokholm kral sarayı[d], Stokholm leni[d][1] – 15 sentyabr 1973[2][3][…]), idarəetmədə söz sahibi olan son İsveç kralıdır.
VI Qustav | |
---|---|
isv. Oscar Fredrik Wilhelm Olaf VI Gustaf Adolf | |
| |
29 oktyabr 1950 – 15 sentyabr 1973 | |
Əvvəlki | V Qustav |
Sonrakı | XVI Karl Qustav |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Stokholm |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Helsinqborq |
Vəfat səbəbi | ağciyər iltihabı |
Təhsili | |
Fəaliyyəti | antropoloq, botanik, əsilzadə, monarx, rəsm kolleksioneri[d] |
Atası | V Qustav |
Anası | Sofiya Mariya Viktoriya |
Həyat yoldaşları |
(1)Marqareta Bernadot (2)Luiza Mauntbetten |
Uşaqları |
Qustav Adolf Bernadot Siqvard Bernadot İnqrid Bernadot-Qlüksburq Bertil Qustav Karl İohann Bernadot |
Ailəsi | Bernadotlar sülaləsi |
Dini | Lüteranizm |
Rütbəsi | general-leytenant |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Arxeologiya |
|
|
Təltifləri |
1126-cı Qızıl Qoyun Yunu Cəngavəri 915-ci Jartiyer Cəngavəri |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİsveç kralı V Qustavın oğlu idi. 1902-ci ildə orduya girdi, 1932-ci ildə generallığa yüksəldi. Uppsala Universitetində təhsil gördüyü illərdə başlayan arxeologiya marağı həyatı boyunca davam etdi. 1920-ci illərdə Yunanıstan, İtaliya və Kiprdə arxeoloji araşdırma gəzintilərinə qatıldı. İsveçdəki qədim abidələr haqda məqalələr yazdı. Dünyada Asiya qab-qacaqlarından ibarət olan ən böyük xüsusi kolleksiyalardan birinə sahib olan Qustav, Çin farforları mövzusunda mütəxəssis idi. 88 yaşında, İtaliyanın Akvarossa şəhərindəki Etrusk xarabalıqlarında davam etdirilən qazıntı işlərinə qoşuldu.
Ailəsi və hakimiyyət dövrü
redaktə1920-ci ildə ölən ilk arvadı Connaught şahzadəsi Marqaretadan beş uşağı oldu. Ən böyük oğlu Vasterbotten hersoqu Qustav Adolfu varis elan etdi. 1923-cü ildə Luiza Mauntbettenlə ikinci evliliyini edən Qustav 1950-ci ilin oktyabrında taxta çıxdı. Vəliəhd Qustav Adolfun 1947-ci də ölməsindən sonra, onun oğlu Karl Qustav vəliəhd oldu. 1965-ci ildə Riksdag (Parlament) kralların hökmdarlığa başlama yaşını 25-ə yüksəltdi. Həmçinin 1971-ci ildə çıxarılan və 1973-cü ildə Qustavın ölümünün ardından qüvvəyə minən qanunla kralın səlahiyyətlərinin çoxu əlindən alındı, krallıq böyük ölçüdə simvolik bir mövqe halına gəldi. Qustavın yerinə nəvəsi XVI Karl Qustav İsveç kralı oldu.
İstinadlar
redaktə- ↑ 1 2 Hovförsamlingens kyrkoarkiv, Födelse- och dopböcker, SE/SSA/0007/C I/6 (1861-1886), bildid: 00033265_00118.
- ↑ 1 2 Gustav VI Adolf // Encyclopædia Britannica (ing.).
- ↑ Lundy D. R. Oskar Frederik Vilhelm Olaf Gustaf VI Adolf Bernadotte, King of Sweden // The Peerage (ing.).
SƏLƏF V Qustav |
Bernadotlar sülaləsi 1950–1973 |
XƏLƏF XVI Karl Qustav |