V 92 - Wikipedia
V.92 – 2000-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ, ing. International Telecommunications Union) tərəfindən təsdiq olunmuş standart. Telefon xətləri üzərindən verilənlərin modem vasitəsilə ötürülməsi üçün nəzərdə tutulub. Onun başlıca üstünlükləri: abonent informasiyasının ötürülmə sürətinin 48 Kbit/san sürətədək yüksəldilməsində, bağlantı qurulması müddətinin qısaldılmasında və İnternetdə iş zamanı gələn telefon zənglərinə cavab vermək üçün işin dayandırılması və danışıq bitdikdən sonra onun avtomatik bərpası imkanının olmasındadır.
V.44
redaktəV.44 – 2000-ci ildə ITU-T tərəfindən qəbul olunmuş və modemlə ötürülən verilənlərin sıxılması üçün standart. Üst-üstə düşən sətirlərin axtarışı zamanı Lempel-Ziv metoduna əsaslanır. V.42bis ilə müqayisədə sıxma dərəcəsi müxtəlif fayllarda orta hesabla 26% yüksək olur ki, bu da analoq modemlərin məhsuldarlığını artırır.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.