Veten Qezet - Wikipedia
Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı.[1]
Vətən | |
---|---|
Növ | həftəlik |
Format | A3 |
Təsisçi | Namiq Muradov |
Baş redaktor | Namiq Muradov |
Yaranma tarixi | 22 aprel 2002 ) |
Dil | Azərbaycan və rus dilləri |
Nəşrini dayandırıb | 15 noyabr 2007 |
Səhifə | 8 (16) |
Baş ofis | Marı Respublikası, Yoşkar-Ola şəhəri, Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq |
Şəhər | Yoşkar-Ola |
Ölkə | Rusiya |
Tiraj | 5 000 (2002 tarixinə görə) |
Tarixi
redaktəRusiyada Azərbaycan və rus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur.
“Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir.
Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, Çeboksarı və Yoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.
Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir.
Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır.
Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.
İstinadlar
redaktə- ↑ Ramin Məmmədov. Rusiyada Azərbaycan mühacirət mətbuatı, Bakı: “Ziya” nəşriyyatı, 2018, s. 292-294