Vusal Sultanov - Wikipedia
Vüsal Eynulla oğlu Sultanov (Şabran rayonu, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru[2], Azərbaycan Dövlət Sərhəd Xidməti Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[3]
Vüsal Sultanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Şabran, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü |
Sərhəd Qoşunları Çevik Hərəkat Dəstəsi |
Rütbəsi |
General-mayor[1] |
Vəzifəsi | Azərbaycan Dövlət Sərhəd Xidməti Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi |
Təltifləri | |
|
Həyatı
redaktəVüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı[3], 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.[4]
Vüsal Sultanov Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezidentə məruzə etmişdir.[5]
Vətən müharibəsində iştirakı
redaktəVüsal Sultanov Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olmuşdur. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparmışdır. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra xidmətini DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini kimi davam etdirir. DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisidir.[6]
Təltifləri
redaktə- (18 avqust 2013) — "Hərbi xidmətlərə görə" medalı
- (16 avqust 2016) — "İgidliyə görə" medalı[7]
- (16 avqust 2019) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[8]
- (9 fevral 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
- (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı[4]
- (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 17.08.2022. Archived from the original on 2022-08-17. İstifadə tarixi: 17.08.2022.
- ↑ "Üç nəfər general-leytenant, altı nəfər general-mayor oldu: Onlar kimlərdir? – FOTO". Oxu.Az (az.). 2022-08-17. 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.
- ↑ "Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir?". 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ "Prezidentə Qazaxın kəndləri barədə məruzə edən general-mayor kimdir?". Oxu.az (az.). 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 2274 nömrəli Sərəncamı". dsx.gov.az. 16 avqust 2016. 3 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.
- ↑ "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI". apa.az. 16 avqust 2019. 31 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.