Uzunsovyarpaq Sudleyen - Wikipedia
Uzunsovyarpaq südləyən (lat. Euphorbia oblongifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Uzunsovyarpaq südləyən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Uzunsovyarpaq südləyən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillikdir, hündürlüyü 30(20)-70 sm-dir. Yarpaqları (üst tərəfindən başqa) qısa saplaqlı, küt-ürəkşəkilli, uzunsov, uzunluğu 3–8 sm-dir. Çiçəklər 5–8 saydadır, qoltuq tumurcuğunda olduğu kimi 1–2 dəfə yarıya bölünmüşdür. Qın yarpaqları uzunsov, sivriləşmiş, uzunluğu 1,5–3,5 sm, yarımdairəvidir. Qədəhcik enli-zıngrovlu, uzunluğu 2-,25 mm, içərisi tükcüklü, qısa-yumurtaşəkilli, qısalmış və kirpikcikli qanadlıdır. Qutucuq yastılanmış yumurtaşəkilli, üç dərinşırımlı və dairəvi qabarıq nöqtə şəklində qanadlıdır. Toxumları dairəvi-yumurtaşəkilli, uzunluğu 2,5–2,8 mm, hamar, bozumtul-qara kiçik çıxıntılıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəİyun–iyul (avqust) aylarında çiçəkləyir. Aranda və dağətəyi qurşaqlarda, quru yerlərdə bitir.
Yayılması
redaktəLənkəranın dağlıq hissəsi.
Sayı və tendensiyası
redaktəPopulyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (tapdalanma).
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədirlər aparılmır, yayılma yerlərində antroogen təsiri azltmaq məqsədilə yasaqlılların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxu bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.