Uygur Soyqirimi - Wikipedia
Uyğur soyqırımı — Çin hökuməti tərəfindən Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonu (SUMR, həmçinin Sincan) daxilində və ətrafında yaşayan etnik uyğurlara, o cümlədən digər etnik və dini azlıqlara qarşı törədilən insan hüquqları pozuntuları. Çin hökuməti 2014-cü ildən bəri[2] Çin Kommunist Partiyasının baş katibi Si Tsinpin rəhbərliyi dövründə əksəriyyəti uyğur olan bir milyondan çox müsəlmanın[3][4] heç bir qanuni proses olmadan həbs düşərgələrində saxlanılmasına gətirib çıxaran siyasət yürütmüşdür.[5][6] Bu, İkinci Dünya müharibəsindən bəri etnik və dini azlıqların ən böyük miqyaslı həbsdə saxlama halına çevrilmişdir.[7][8] Bu dövrdə minlərlə məscid dağıdılmış və ya zərər görmüş, yüz minlərlə uşaq zorla valideynlərindən ayrılmış və internat məktəblərinə göndərilmişdir.[9][10][11]
Uyğur soyqırımı | |
---|---|
| |
Ümumi məlumatlar | |
43°49′31″ şm. e. 87°36′50″ ş. u.HGYO | |
Yeri | Sintszyan-Uyğur Muxtar Rayonu, Çin |
Hücumun hədəfi | Uyğurlar, qazaxlar, qırğızlar və digər müsəlman türklər |
Tarix |
|
Hücum metodu | Məcburi abort, məcburi sterilizasiya, məcburi doğum nəzarəti, təcavüz, məcburi əmək, işgəncə, döyülmə, həbs düşərgələrində saxlama, beyinyuma |
Ölü sayı |
Naməlum təqribən 2 milyon məhkum |
Törədən(lər) | Çin Xalq Respublikası |
Vikianbarda əlaqəli mediafayllar |
Bu hərəkətlər Sincanda yaşayan xalqların zorakı yolla assimilyasiyası, eyni zamanda etnosid və ya mədəni soyqırım kimi izah edilmişdir.[12][13][14] Bəzi hökumətlər, aktivistlər, müstəqil QHT-lər, insan hüquqları ekspertləri, alimlər və mühacirətdə olan Şərqi Türkistan höküməti bunu Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada qanuni tərifə cavab verdiyindən soyqırım olaraq qəbul etmişdir.[15][16][17]
Çin hökumətinin siyasətinə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində saxlanılması,[18][19][20] məcburi əmək,[21][22] uyğur dini tətbiqlərinin təzyiq altında saxlanılması,[23][24] siyasi təlqin,[25] kəskin qəddarlıq,[26] zorla sterilizasiya,[27][28] məcburi kontrasepsiya[29][30] və məcburi abort[31][32] daxildir. Çin dövlət statistikalarında 2015-ci ildən 2018-ci ilə qədər ən çox uyğur əhaliyə malik olan Xotan və Kaşğər bölgələrində doğum nisbətlərində 60%-dən çox azalma müşahidə edilmişdir.[28] Eyni dövrdə bütün ölkənin doğum nisbəti 9,69% azalmış, 1000 nəfərə 12,07 nəfərdən 10,9 nəfərə düşmüşdür.[33] Çinli rəsmilər Sincanda 2018-ci ildə doğum nisbətlərinin təxminən üçdə biri qədər azaldığını qəbul etmiş, lakin məcburi sterilizasiya və soyqırımı xəbərlərini təkzib etmişdir.[34] Sincanda doğum nisbətləri 2019-cu ildə 24% daha da azalmışdır, ölkə daxilində isə 4.2% azalma müşahidə olunmuşdu.[28]
Beynəlxalq reaksiyalar birmənalı olmamışdır. Birləşmiş Millətlər Təşkilatına (BM) üzv olan bəzi dövlətlər Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına Çinin Sincandakı siyasətini pisləyən açıqlamalar vermiş, digərləri isə Çinin siyasətini dəstəkləyən əks fikirləri dəstəkləmişdir.[35] 2020-ci ilin dekabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Çin üzərində yurisdiksiyası olmaması səbəbi ilə iddia edilən cinayətlərin əksəriyyəti üçün Çinə qarşı istintaq tədbirləri görməyi rədd etmişdir.[36][37] ABŞ Dövlət Departamentinin Hüquq Məsləhətçisi Ofisinin soyqırımı sübut etmək üçün kifayət qədər dəlil olmadığı qənaətinə gəlməsinə baxmayaraq,[38] 19 yanvar 2021-ci il tarixində qətiyyətli olduğunu elan edərək Çinin insan haqlarının pozduğunu elan edən ilk ölkə olmuşdur.[39] Kanadanın İcmalar palatası,[40] Niderland Parlamenti,[41] Böyük Britaniyanın İcmalar palatası[42] və Litva Seymi[43] də daxil olmaqla bir çox ölkədəki qanunverici orqanlar Çinin hərəkətlərini soyqırım kimi tanıyan qeyri-məcburi vəsatətlər qəbul etmişdir. Digər ölkələrdəki parlamentlər, məsələn, Yeni Zelandiya,[44] Belçika[45] və Çex Respublikası,[46] Çin hökumətinin uyğurlara münasibətini "ağır insan haqları pozuntusu" ya da insanlığa qarşı cinayət kimi təsvir edərək qınamışdır.
İstinadlar
redaktə- ↑ "Knocking the door of the mind with emotion, use reasons to ease the mood of the people". Baidu Baijiahao. 20 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2017.
- ↑ Davidson, Helen. "Clues to scale of Xinjiang labour operation emerge as China defends camps". The Guardian. 18 September 2020. 6 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
- ↑ "One million Muslim Uighurs held in secret China camps: UN panel". Al Jazeera. 10 August 2018. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
- ↑ Welch, Dylan; Hui, Echo; Hutcheon, Stephen. "The China Cables: Leak reveals the scale of Beijing's repressive control over Xinjiang". ABC News (Australia). 24 November 2019. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- ↑ Stroup, David R. "Why Xi Jinping's Xinjiang policy is a major change in China's ethnic politics". The Washington Post. 19 November 2019. 20 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2019.
- ↑ "UN: Unprecedented Joint Call for China to End Xinjiang Abuses". Human Rights Watch. 10 July 2019. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ Finley, Joanne. "Why Scholars and Activists Increasingly Fear a Uyghur Genocide in Xinjiang". Journal of Genocide Research. 2020: 1–23. doi:10.1080/14623528.2020.1848109.
- ↑ Kirby, Jen. "Concentration camps and forced labor: China's repression of the Uighurs, explained". Vox. 25 September 2020. 6 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
It is the largest mass internment of an ethnic-religious minority group since World War II.
- ↑ Khatchadourian, Raffi. "Surviving the Crackdown in Xinjiang". The New Yorker. 5 April 2021. 10 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2021.
- ↑ Feng, Emily. "Uighur children fall victim to China anti-terror drive". The Financial Times. 9 July 2018. 10 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
- ↑ Adrian Zenz. "Break Their Roots: Evidence for China's Parent-Child Separation Campaign in Xinjiang". The Journal of Political Risk. 7 (7). July 2019. 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- ↑ "'Cultural genocide': China separating thousands of Muslim children from parents for 'thought education'". The Independent. 5 July 2019. 22 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2020.
- ↑ Finnegan, Ciara. "The Uyghur Minority in China: A Case Study of Cultural Genocide, Minority Rights and the Insufficiency of the International Legal Framework in Preventing State-Imposed Extinction". Laws. 9. 2020: 1. doi:10.3390/laws9010001.
- ↑ Fallon, J. E. "China's crime against Uyghurs is a form of genocide". Fourth World Journal. 18 (1). 2019: 76–88. doi:10.3316/informit.508909415820545.
- ↑ "Uighurs: 'Credible case' China carrying out genocide". BBC News. 8 February 2021. 8 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2021.
- ↑ "Menendez, Cornyn Introduce Bipartisan Resolution to Designate Uyghur Human Rights Abuses by China as Genocide". United States Senate Committee on Foreign Relations. 27 October 2020. 26 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ Alecci, Scilla. "British lawmakers call for sanctions over Uighur human rights abuses". International Consortium of Investigative Journalists. 14 October 2020. 5 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ Waller, James; Albornoz, Mariana Salazar. "Crime and No Punishment? China's Abuses Against the Uyghurs". Georgetown Journal of International Affairs (ingilis). 22 (1). 2021: 100–111. doi:10.1353/gia.2021.0000. ISSN 2471-8831. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- ↑ Danilova, Maria. "Woman describes torture, beatings in Chinese detention camp". Associated Press. 27 November 2018. 13 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2019.
- ↑ Stewart, Phil. "China putting minority Muslims in 'concentration camps,' U.S. says". Reuters. 4 May 2019. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2019.
- ↑ Turdush, Rukiye; Fiskesjö, Magnus. "Dossier: Uyghur Women in China's Genocide". Genocide Studies and Prevention: An International Journal. 15 (1). 28 May 2021: 22–43. doi:10.5038/1911-9933.15.1.1834.
- ↑ Sudworth, John. "China's 'tainted' cotton". BBC News. December 2020. 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- ↑ Congressional Research Service. "Uyghurs in China" (PDF). Congressional Research Service. 18 June 2019. 18 December 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 December 2019.
- ↑ Blackwell, Tom. "Canadian went to China to debunk reports of anti-Muslim repression, but was 'shocked' by treatment of Uyghurs". National Post. 25 September 2019. 26 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2019.
- ↑ "Muslim minority in China's Xinjiang face 'political indoctrination': Human Rights Watch". Reuters. 9 September 2018. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ "Responsibility of States under International Law to Uyghurs and other Turkic Muslims in Xinjiang, China" (PDF). Bar Human Rights Committee. 21 September 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 December 2020.
- ↑ Falconer, Rebecca. "Report: "Clear evidence" China is committing genocide against Uyghurs". Axios. 9 March 2021. 9 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
- ↑ 1 2 3 "China cuts Uighur births with IUDs, abortion, sterilization". Associated Press. 28 June 2020. 16 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ "China Forces Birth Control on Uighurs to Suppress Population". Voice of America. 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- ↑ Samuel, Sigal. "China's genocide against the Uyghurs, in 4 disturbing charts". Vox. 10 March 2021. 10 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
- ↑ "China: Uighur women reportedly sterilized in attempt to suppress population". Deutsche Welle. 1 July 2020. 8 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2021.
- ↑ "China 'using birth control' to suppress Uighurs". BBC News. 29 June 2020. 29 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2020.
- ↑ "Birth rate, crude (per 1,000 people) - China". The World Bank. 3 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2021.
- ↑ CNN, Ivan Watson, Rebecca Wright and Ben Westcott. "Xinjiang government confirms huge birth rate drop but denies forced sterilization of women". CNN. 21 September 2020. 27 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2020.
- ↑ Basu, Zachary. "Mapped: More countries sign UN statement condemning China's mass detentions in Xinjiang". Axios. 8 October 2020. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ Griffiths, James. "China avoids ICC prosecution over Xinjiang for now, but pressure is growing". CNN. 3 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2020.
- ↑ "Report on Preliminary Examination Activities 2020" (PDF). The Office of the Prosecutor. International Criminal Court. 14 December 2020. 10 April 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 December 2020.
- ↑ Gordon, Michael R. "U.S. Says China Is Committing 'Genocide' Against Uighur Muslims". The Wall Street Journal. 19 January 2021. 19 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2021.
- ↑ Lynch, Colum. "State Department Lawyers Concluded Insufficient Evidence to Prove Genocide in China". Foreign Policy. 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
- ↑ Ryan Patrick Jones. "MPs vote to label China's persecution of Uighurs a genocide". Canadian Broadcasting Corporation. 22 February 2021. 23 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2021.
A substantial majority of MPs — including most Liberals who participated — voted in favour of a Conservative motion that says China's actions in its western Xinjiang region meet the definition of genocide set out in the 1948 United Nations Genocide Convention. ... The final tally was 266 in favour and zero opposed. Two MPs formally abstained.
- ↑ "Dutch parliament: China's treatment of Uighurs is genocide". Reuters. February 25, 2021. March 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2021.
- ↑ Hefffer, Greg. "House of Commons declares Uighurs are being subjected to genocide in China". Sky News. 22 April 2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
- ↑ Basu, Zachary. "Lithuanian parliament becomes latest to recognize Uyghur genocide". Axios. 20 May 2021. 20 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
- ↑ Manch, Thomas. "Parliament unanimously declares 'severe human rights abuses' occurring against Uyghur in China". Stuff. 5 May 2021. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2021.
- ↑ "Belgian MPs warn of 'risk of genocide' of China's Uyghurs". Alarabiya. AFP. 15 June 2021. 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
- ↑ Gerlin, Roseanne. "Belgium, Czech Republic Legislatures Pass Uyghur Genocide Declarations". Radio Free Asia. 15 June 2021. 17 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
Ədəbiyyat
redaktə- Clarke, Michael. "China's "War on Terror" in Xinjiang: Human Security and the Causes of Violent Uighur Separatism". Terrorism and Political Violence. Informa UK Limited. 20 (2). 9 April 2008. doi:10.1080/09546550801920865. ISSN 0954-6553.
- Clarke, Michael E. Xinjiang and China's Rise in Central Asia - A History (1st). London: Taylor & Francis. 2011. doi:10.4324/9780203831113. ISBN 978-1-1368-2706-8. 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- Dwyer, Arienne M. The Xinjiang Conflict: Uyghur Identity, Language Policy and Political Discourse (PDF). Washington, D.C.: East-West Center Washington. 2005. hdl:10125/3504. ISBN 1-932728-29-5. ISSN 1547-1330. 2020-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-08.
- Starr, S. Frederick, redaktorXinjiang: China's Muslim Borderland. Studies of Central Asia and the Caucasus. Armonk, N.Y.: M.E. Sharpe. 2004. ISBN 978-0-7656-1318-9.
- Hayes, Anna; Clarke, Michael. Inside Xinjiang: Space, Place and Power in China's Muslim Far Northwest (1st). London: Routledge. 2015. doi:10.4324/9781315770475. ISBN 9781315770475.