Utuq - Wikipedia
Utuq - Haqqında Məlumat
Utuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir[1].
Utuq | |
---|---|
40°59′56″ şm. e. 48°36′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.328 m |
Saat qurşağı | |
Toponimikası
redaktəUtuq oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimi “suvanlan biçənək, otlaq, tarla” mənalannda işlənən utuk, “dağ çökəkliyi, dağ ətəyində düzən” və ya “küləkdən qorunan təbii daldalanacaq yer”, “heyvanlann qışlaması üçün əlverişli yer” mənalı ottok sözü ilə əlaqələndirirlər. Kəndin əhalisi etnik tatlardır. Şirvanı Şimali Qafqazla birləşdirən ticarət yolu üzərində yerləşən Utuq kəndinin toqr. IX-X əsrlərdə meydana gəlməsi ehtimal edilir.[2]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 337 nəfər əhali yaşayır. Kəndin əhalisi etnik tatlardır. [3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |