Uruqvay Milli Partiyasi - Wikipedia
Milli partiya (isp. Partido Nacional üstəlik Ağ partiya da adlandırılırdı isp. Partido Blanco) — Uruqvayın sağ yönümlü konservativ siyasi pardiyasıdır. Hazırda ölkəni idarə edən Geniş Cəbhə koalisiyasına daxil olan partiyalardan biridir.
Sədri | Beatris Arqrimon |
---|---|
Qurucu | Manuel Oribe |
Lideri | Luis Alberto Xeber |
Quruluş tarixi | 10 avqust 1836 |
İdeologiya | Millətçilik, Konservatizm |
İdeoloji spektr | mərkəz sağ |
Saytı | partidonacional.com.uy |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPartiyanın əsası 10 avqust 1836-cı ildə Manuel Oribe tərəfindən qoyulmuşdur. Uruqvay Kolorado Partiyası ilə birlikdə ölkənin köklü partiyalarından sayılır. 1863-1865 ci illərdə baş verən Uruqvay müharibəsi nəticəsində Kolorado partiyası Milli partiyanı siyasi arenadan sıxışdırıb cıxarır. 1972-ci ildən partiya adını dəyişərək Ağ partiyadan Milli partiyaya çevrilir. XX əsrdə müəmmalı hadisə baş verir, belə ki, 1931-1959-cu illərdə Azad Milli partiya yaranır. Rəsmən iki partiya yaransa da rəsmilər ölkədə yalnız bir Milli partiyası olmasını bildirirlər.
2004-cü il seçkiləri
redaktə2004-cü ildəki seçkilərdə Milli partiya deputatlar palatasına 99 yerdən 36, senatda 31 yerdən 11-inə sahib idilər. Onun prezidentliyə namizədi Xose Larranyaqa seçkilərdə 35,01% səs toplamışdı.
2009-ci il seçkiləri
redaktəSonuncu seçkilərdə deputatlar palatasında 31 yer, Senatda isə yer almağa müvəffəq olmuşdur. Prezident seçkilərində onun namizədi Luis Alberto Lakale 25 oktyabrda seçiçilərin 29.07% toplamağa müvvəfəq olur.