Urup - Wikipedia
Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima[1]; 1760—1806-cı illər ərzində Aleksandr adası[2]) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid olan ada. Ümumilikdə isə arxipelaqın dördüncü ən böyük adası[3]. İnzibati cəhətdən isə Saxalin vilayətinin Kuril şəhər dairəsinə aiddir. 1946—1991 illərdən adada sərhəd zastavası fəaliyyət göstərmişdir. Burada Sovet sərhəd konringenti xidmət edirdi. Hazırda isə daimi əhaliyə sahib deyildir.
İturup adası | |
---|---|
rus. Oстров Уруп | |
Ümumi məlumatlar | |
Sahəsi | 1450 km² |
Hündür nöqtəsi | 1426 m |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
45°54′00″ şm. e. 149°59′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fiziki-coğrafi xüsusiyyətləri
redaktəCoğrafiyası
redaktəAda Urup boğazı ilə Çornıye Bratya adalarından ayrılır. Bu ada Urupdan 30 km şimal-şərqdə yerləşir. İturup adası isə 40 km şimal-qərbdə qərarlaşır. Adaları birbirndən Friza boğazı ayırır. Ada şimal-şərqdən cənub-qərbə 116 km məsafədə uzanır. Ən maksimsl eni 20 km-dir. Adanın sahəsi 1426 km² təşkil edir. Ərazusi dağlıqdır. Maksimal hündürlüyü 1426 metr olan Vısokaya dağıdır. Ada ərazisi ardıcıl vulkanin cərgədən ibarətdir. Vulkanlardan Berqa fəaliyyətdə olan vulkandır. Vulkanın krateri 980 metr hündürlüyə malikdir.
Vısokaya dağı və Kovsya silsiləsi üzərində 1016 metr yüksəklikdə Vısokaya gölü yerləşir. Adanın ən hündür silsiləsi 75 metr yüksəklikdə qərarlaşır. Adanın cənub hissəsi düzənlik və təpəlikdən ibarətdir. Bu hissədə bir necə zəif inkişaf etmiş buxta və körfəzlər vardır. Onlar arasında nisbətən fərqlənənləri Şukin və Kapsyuldur. Sahil hissəsi dayazlıqdır. Çimərlikləri çınqıl və daşlıqlsrdan ibarətdir. Dərinlik 100 metrdən başlayaraq qərb və şərq sahillərindən uzaqlaşdıqca 3-5 kilometrə qədər artır[4]. Sahil hissələrdə qabarma və çəkilmələr müşahidə edilir.
İqlimi
redaktəAda iki iqlim zonası arasında sərhəd rolunu oynayır. Beləki cənubunda rütübətli musson dəniz, şimalında isə subartkik iqlik tipi hakimdir. Yayı sərim, olduqca yumşaq və qarlı keçir. Ümumilikdə isə adanın iqlimini sərin və rütubətli adlandırmaq olar. Tez-tez duman olur ancaq güçlü şimşəklər müşahidə edilmir[5]. Nisbətən isti yer adanın cənub qərb hissəsidir. Buradan isti Soya cərəyanı keçir. Ən isti və quraq dövr payızın birinci yarısı hesab edilir. Şimal-şərqinin iqlimi isə olduqca sərtdir.[6]. Hər il fevral-mart ayları Friza boğazının Oxot dənizi sahillərini iri buz parçaları örtür. Onun şimal-şərq sahilləri buzlardan cəmi 1-1,5 ay müddətində tərtəmiz olur. Adada çox illik orta temperatur +2,2 °C təşkil edir.
Hidroqrafiya
redaktəÇayları və bulaqları qısa axara malikdir. Onların bəzisi bir başa qyalıqların üzərindən dənizə tökülür. Qıdalanmasında yağış, qar və yeraltı suları iştirak edir. Ən iri çayları: Qolinka, Rıbnaya, Tokotan, Taki, Tosikoe və Kaimeya[7].
Tarixi
redaktəAdanın köklü əhalisi Aynular olmuşdur. Aynu dilindən tərcümədə «Forel» adlanır.
20 iyun 1643-cü ildə hollandiyalı dənizçi Maarten Qerritsen de Friza İturup və Urup arsında boğazın olmasını aşkar etmişdir. Hazırda boğaz Friza boğazı adlanır. De Friz Hokkaydonun şimal qutaracaının Asiya, Urupu isə Amerika qitəsinə aid edirdi.
SSRİ, RSFSR, Rusiya Federasiyası
redaktə1945-ci ildə Urup Sovet qüvvələri tərəfindən işğal edilmişdir. 1991-ci ilə qədər adada SSRİ sərhəd zastavası fəaliyyət göstərmişdir.
Cənubda yerləşən adalardan fərqli olaraq adalar Yaponiya ilə mübahisə predmeti deyildir. Ancaq San-Fransisko sülh müqaviləsində Yaponiyanın iddiasının təminatı ilə bağı addəmlar atəlsada SSRİ bu müqaviləyə qoşulmamışdır.
1981—1983 və 2007 ildə rus alimləri burada rus yaşsyış məntəqələrinin qalıqlarını aşkarlamışlar[8][9].
Əhalisi
redaktəHazırda adada yaşayış yoxdur. Ancaq burada vaxtı ilə Kastrikum və Kompaneyskoe yaşayış məntəqələri olmuşdur. Bununla belə adada iki mayak inşa edən ailə yaşayır. Onlar Van-der-Linda və Kastrikum mayaklarında yaşayırlar. Mayaklar arasında məsafə 120 km təşkil edur. 2011-ci ildən isə adada qızıl axtaranlar peyda olmuşdur[1].
İstinadlar
redaktə- ↑ 1 2 "Urupun ürəyi :: Qeoqeşinq ::". 2013-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- ↑ "Kitab: Yaponiya. Bitməmiş rəqabət". 2013-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.
- ↑ "Курильские острова. ООО «Курилы-тур»". 2015-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-28.
- ↑ "Sakitokean Rusiyası". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "Из бродяжьих воспоминаний дальневосточного геолога-поисковика.— С. 44". 2013-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- ↑ "Ekologiya". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "Kuril adalarının çayları". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "Yeni Kurilrusiya". 2013-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- ↑ "Valeri Orinoroviç Şubin". 2013-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.