Urmiya Universiteti - Wikipedia
Urmiya Universiteti (fars. دانشگاه ارومیه) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının mərkəzi olan Urmiya şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Rəhim Hubnəqidir[1][3].
Urmiya Universiteti | |
---|---|
37°31′50″ şm. e. 45°02′50″ ş. u.HGYO | |
Əsası qoyulub | 1965 |
Tip | Universitet |
Rektor | Rəhim Hubnəqi[1] |
Tələbə sayı | 16826[1] |
Şəhər | Urmiya |
Ölkə | |
Sayt | urmia.ac.ir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUrmiya Universiteti 1965-ci ildən fəaliyyət göstərir.
Tədris
redaktəBu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir[1].
Kontingent
redaktəUrmiya Universitetində 16 min 826 tələbə təhsil alır[1].
Universitetin 487-dən çox müəllim-professor heyəti var[1].
Azərbaycan dilinin tədrisi
redaktəMüvafiq icazənin alınmasından sonra 2017-ci ildən universitetdə bakalavr pilləsi üzrə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 2 dərs tədris olunacaq[1]. Azərbaycan dili dərsində iştirak könüllü olacaq[1].
Nəşrlər
redaktə"Axar su" jurnalı
redaktə2006-cı ildə Urmiya Universitetində təhsil alan tələbə qızlar "Axar su" dərgisinin çapı üçün icazə alsalar da, onun yalnız bir sayı işıq üzü görmüşdür[4]. Bundan sonra jurnalın çapına qadağa qoyulmuşdur[4]. Belə ki, bütün tələbələr arasında paylanılan jurnal işıq üzü görən kimi Urmiya Universitetinin rəhbərliyi və təhlükəsizlik orqanları tələbələri millətçiliyi təbliğ etməkdə günahlandıraraq dərginin növbəti sayının buraxılmasına qadağa qoymuşlar[4]. Jurnalın işıq üzü görmüş yeganə nömrəsində Azərbaycan ədəbiyyatı və mədəniyyatı ilə bağlı yazılar dərc edilmişdir[4].
"Yol" jurnalı
redaktəUniversitetin tələbələri Azərbaycan və fars dillərində "Yol" ictimai-mədəni jurnalını buraxırlar[5]. Jurnalın baş redaktoru Zəkəriya Səfaidir[5]. Jurnalda əsasən Azərbaycanın ictimai və mədəni məsələləri ilə əlaqədar yazılar dərc edilir[5].
Tanınmış məzunları
redaktəŞəkilləri
redaktə-
Qədim binalarından biri olan Vuden binası
-
İnzibati departamenti
-
Çarman auditoriyası
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 İranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi Arxivləşdirilib 2017-01-11 at the Wayback Machine. qafqazinfo.az, 08.01.2017 (az.)
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ دکتر رحیم حب نقی Arxivləşdirilib 2016-12-05 at the Wayback Machine. asatid.urmia.ac.ir (fars.)
- ↑ 1 2 3 4 URMİYA UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN BURAXDIĞI «AXAR SU» JURNALININ NƏŞRİNƏ QADAĞA QOYULUB Arxivləşdirilib 2015-12-09 at the Wayback Machine. mediaforum.az, 12.01.2007
- ↑ 1 2 3 Urmiya Universitetində buraxılan “Yol” jurnalının 3-cü sayı işıq üzü görüb Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine. dak.az, 27.04.2016 (az.)
Xarici keçidlər
redaktə- urmia.ac.ir — Rəsmi saytı
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |