Uplissixe - Wikipedia
Uplissixe (gürc. უფლისციხე; tərc. "hökmdarın qalası") - Gürcüstanın şərqində, Şida Kartli inzibati vahdinin mərkəzi Qori şəhərindən təqribən 10 kilometr şərqdə yerləşən, qayaların yonulmasıyla salınmış qədim şəhərdir.
Uplissixe | |
---|---|
უფლისციხე | |
41°57′59″ şm. e. 44°12′27″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | e. ə. II minillik |
Vikianbarda əlaqəli mediafayllar |
Mtkvari çayının yüksək qayalı sol sahilində inşa edilən şəhər erkən dəmir dövründən son orta əsrlərə qədər mövcud olan müxtəlif quruluşlardan ibarətdir. Bölgə Anadolu və İrandan gələn müxtəlif növ qaya işləmə mədəniyyətlərinin bənzərsiz birləşməsi , həm də paqan və xristian memarlığının birgə mövcudluğu kimi məşhurluq qazanmışdır.[1]
Tarixi
redaktəUplissixe arxeoloqlar tərəfindən Gürcüstanın ən qədim şəhər yaşayış məntəqələrindən biri olaraq qəbul edilir. Şəhər stratejik olaraq qədim Kartli Krallığının mərkəzində, ölkənin əsas siyasi və dini mərkəzi kimi ortaya çıxmışdı. Məntəqənin yaşı və əhəmiyyəti o qədər böyük idi ki, orta əsr gürcü yazılı ənənəsində buranın əsasını sanki Mtsxetosun oğlu və Kartlosun nəvəsi Uplos qoymuş kimi təsəvvürlər yaranmağa başlamışdı.[1]
4-cü əsrin əvvəllərində Kartlinin xristianlaşması ilə Uplissixenin əhəmiyyəti azalmış və şəhər yeni xristian mədəniyyət mərkəzlərinə - Mtsxetaya və daha sonra Tiflisə öz mövqeyini təslim etmişdi. Lakin Uplissixe 8-9-cu əsrlərdə Tiflisin müsəlman fəthi zamanı əsas gürcü qalası olaraq qəbul edilirdi. 14-cü əsrdə monqol basqınları zaman şəhər son çöküşünü yaşadı; ərazi tamamilə tərk edildi və yalnız xarici müdaxilələr zamanı müvəqqəti sığınacaq kimi istifadə olunmağa başlandı.[1]
Memarlığı
redaktəUplissixe kompleksi ilkin olaraq üç hissəyə bölünə bilər: təqribən 8 hektar ərazini əhatə edən cənub (aşağı), orta (mərkəzi) və şimal (yuxarı) hissə. Orta hissəsi bunların içində ən böyüyüdür. Uplissixe yonulan qaya strukturlarının əsas hissəsi burada yerləşir. Mərkəz cənub tərəfə dar qaya kəsikli keçid və tunel vasitəsilə birləşir. Dar xiyabanlar və bəzən pilləkənlər vasitəsilə mərkəzi "küçə" dən fərqli tikilələrə yollar uzanır.[1]
Mağaraların əksəriyyəti hər hansı bir bəzəkdən məhrumdur, ancaq bəzi böyük tikilililərin tavanları şalbanlara bənzəyən daş oymaqlı tunel-tağlarla bəzədilmişdir. Bəzi daha böyük quruluşların arxa və ya yan hissələrində təntənəli mərasimlər üçün istifadə edilə bilən boş hissələr var.
Kompleksin zirvəsində 9-10-cu əsrlərdə daş və kərpicdən tikilmiş xristian bazilikası nəzərə çarpır. Arxeoloji qazıntılar zamanı müxtəlif dövrlərə aid çoxsaylı əsərlər, o cümlədən qızıl, gümüş və tuncdan hazırlanmış zərgərlik əşyaları, keramika və heykəltəraşlıq nümunələri aşkar edilmişdir. Bu artefaktların bir çoxu Tiflisdəki Dövlət Muzeyində qorunur.
Ən həssas tikililərin bir neçəsi 1920-ci ildə zəlzələ nəticəsində tamamilə dağıldı. Abidənin mühafizəsi ciddi təhlükə altındadır. Gürcüstan Mədəni İrs Fondunun (Dünya Bankı və Gürcüstan Hökumətinin birgə layihəsi) 2000-ci ildəki məhdud fəaliyyəti kompleksi kifayət qədər bərpa edə bilməmişdir. Uplissixe mağara-şəhər kompleksi 2007-ci ildən bəri YUNESKO-nun Ümumdünya İrsi proqramına daxil edilmək üçün ilkin namizəd siyahısındadır.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Khimshiashvili (1999), Online version Arxiv surəti 18 avqust 2004 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2004-08-18 at the Wayback Machine.
- ↑ Georgia Arxivləşdirilib 2013-11-06 at the Wayback Machine – ICOMOS World Report on Monuments and Sites in Danger 2001. Accessed on November 23, 2007.
Mənbə
redaktə- Khimshiashvili, Kakha (1999). The Architecture of. Uphlistsikhe, Georgia. Transactions of the Ancient Monuments Society 43, pp. 77–100.