Ukraynanin Nuve Energetikasi - Wikipedia
Ukraynanın nüvə enerjisi - Ukraynada energetikasının bir sahəsidir. Ukraynada 15 enerji bloku olan 4 atom elektrik stansiyası (AES) fəaliyyət göstərir, bunlardan biri ümumi quraşdırılmış gücü 6000 MVt olan 6 SSER (Su-Su Energetik Reaktoru) enerji blokluna malik Zaporojye AES-dir ki, bu da Avropada ən böyük AES sayılır. Energetik reaktorlarının sayına görə (hamısı SSER növünə aiddir) Ukrayna dünyada 10-cu, Avropada isə beşinci yerdədir.
2014-cü ilin yay-payız dövründə atom elektrik stansiyalarında elektrik enerjisi istehsalı uzun illərdən sonra, hərbi əməliyyatlar ilə əlaqədar olaraq və yanacaq çatışmazlığı (kömürün azalması) səbəbindən, yenidən ümumi istehsalın 50%-ni ötmüşdür. [1] ; 2017-ci ildə nüvə enerjisinin payı ölkədə ümumi elektrik enerjisi istehsalının 55%-ni təşkil etmiş, AES-lərin ümumi gücü 13107 MVt olmuşdur . Belə intensiv istismara baxmayaraq, Ukraynanın nüvə enerjisi sənayesi əvəzedici güclərin təcili tikintisinə ehtiyac duyur: 2021-ci ilə olan vəziyyətə əsasən Ukrayna AES-lərinin yalnız üç enerji bloku layihə istismar müddətindən kənara çıxmamıçdır. Qalanlarının istismar müddəti uzadılmışdır.
Tarix
redaktə2006-cı ildə Ukrayna hökuməti 2030-cu ilə qədər 11 yeni enerji blokunun tikintisini planlaşdırırdı .
2015-ci ilin sentyabrında Ukrayna Rusiya ilə Xmelnitski AES-nın 3 və 4-cü enerji bloklarının tikintisinə dair razılaşmanı ləğv etmişdir; Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 2010-cu il iyunun 9-da Kiyevdə imzalanmış müqaviləyə 2016-cı il mayın 12-də xitam verilmişdir.
2021-ci ilin avqustunda Energoatom və Amerikanın Westinghouse şirkəti arasında Ukraynada beş nüvə enerji blokunun tikintisinə dair anlaşma memorandumu imzalandı; sənəd təxminən 1,1 QVt elektrik gücünə malik AP1000 layihəsinin nüvə reaktorunun tikintisi üçün Amerika şirkətinin texnologiyalarının cəlb edilməsini nəzərdə tutur. [2] . Həmçinin Kiçik nüvə reaktorlarının tətbiqi də planlaşdırılır: Amerika kiçik modul reaktorlarının texnologiyası SMR-160[ing.] [3] [4] .
30 yanvar 2022-ci ildə Energoatom Ukrayna tarixində ilk dəfə olaraq bütün 15 nüvə enerji blokunu işə saldı .
Atom stansiyaları
redaktəUkraynanın on iki enerji blokunu SSRİ-dən miras almış, daha üçü onun dağılmasından sonra - 1995 və 2004-cü illərdə işə salınmışdır. Ukraynada işləyən YGKR (yüksək güclü kanal tipli reaktor) reaktorları olan bütün enerji blokları Çernobıl Atom Elektrik Stansiyasının tərkibinə daxil idi. Çernobıl qəzası nəticəsində 4-cü enerji bloku dağılmış, qalanları isə 1991-2000-ci illər ərzində növbə ilə bağlanmışdır. Beləliklə, ölkədə qalan bütün reaktorlar SSER tiplidir (2 - SSER-440 və 13 - SSER-1000 ) .
Adı | Enerji blokları | Reaktorlar | Gücü, MVt |
Tikintisinə başlanılıb | İstismara verilib | İstismarı başa çatıb | Layihə istismar müddəti başa çatır | İstismar müddəti uzadılıb | Yanacaq istehsalçısı |
---|---|---|---|---|---|---|---|---|---|
Zaparojye AES | 1 | SSER-1000 | 1000 | 1980 | 1984 | 23.12.2015 | 23.12.2025 | TVEL | |
2 | SSER-1000 | 1000 | 1981 | 1985 | 19.02.2016 | 19.02.2025 | TVELTVEL | ||
3 | SSER-1000 | 1000 | 1982 | 1986 | 05.03.2017 | 05.03.2027 | TVELTVEL | ||
4 | SSER-1000 | 1000 | 1983 | 1987 | 04.04.2018 | 04.04.2028 | TVELTVEL | ||
5 | SSER-1000 | 1000 | 1985 | 1989 | 27.05.2020 | 27.05.2030 | TVELTVEL və Westinghouse | ||
6 | SSER-1000 | 1000 | 1986 | 1995 | 21.10.2026 | TVELTVEL | |||
Rovne AES | 1 | SSER-440 | 440 | 1973 | 1980 | 22.12.2010 | 22.12.2030 | TVELTVEL | |
2 | SSER-440 | 440 | 1973 | 1981 | 22.12.2011 | 22.12.2031 | TVELTVEL | ||
3 | SSER-1000 | 1000 | 1980 | 1986 | 11.12.2017 | 11.12.2037 | TVELTVEL | ||
4 | SSER-1000 | 1000 | 1986 | 2004 | 07.06.2035 | 07.06.2050 | TVELTVEL | ||
Xmelnitski AES | 1 | SSER-1000 | 1000 | 1981 | 1987 | 13.12.2018 | 13.12.2032 | TVELTVEL | |
2 | SSER-1000 | 1000 | 1985 | 2004 | 07.09.2035 | 07.09.2050 | TVELTVEL | ||
3 | SSER-1000 | 1000 | 1986 | Tikinti dondurulub | |||||
4 | SSER-1000 | 1000 | 1987 | Tikinti dondurulub | |||||
Cənubi Ukrayna AES | 1 | SSER-1000 | 1000 | 1977 | 1982 | 02.12.2013 | 02.12.2027 | TVELTVEL | |
2 | SSER-1000 | 1000 | 1979 | 1985 | 12.05.2015 | 31.12.2025 | TVELTVEL | ||
3 | SSER-1000 | 1000 | 1985 | 1989 | 10.02.2020 | 10.02.2034 | TVELTVEL və Westinghouse | ||
4 | SSER-1000 | 1000 | 1987 | saxlanılıb | |||||
Çernobıl AES | 1 | YGKR-1000 | 1000 | 1970 | 1977 | 1996 | |||
2 | YGKR-1000 | 1000 | 1973 | 1978 | 1991 | ||||
3 | YGKR-1000 | 1000 | 1976 | 1981 | 2000 | ||||
4 | YGKR-1000 | 1000 | 1979 | 1983 | 1986 | ||||
5 | YGKR-1000 | 1000 | 1981 | ləğv edilib | |||||
6 | YGKR-1000 | 1000 | 1981 | ləğv edilib |
Nüvə yanacağı
redaktə2011-ci ilə qədər bütün nüvə yanacağı TVEL tərəfindən Rusiyadan tədarük edilirdi.
2008-ci ildə Ukrayna yanacaq tədarükünün şaxələndirilməsinə yönəldi, İngiltərə-Amerika şirkəti Westinghouse Electric Company ilə 2011-2015-ci illərdə VVER-1000 ilə Cənubi Ukrayna AES-in ən azı üç enerji blokunda Rusiya yanacağının mərhələli şəkildə dəyişdirilməsi üçün ən azı 630 yanacaqverən dəstinin (YVD) tədarükü üçün müqavilə imzaladı; 2011-ci ildə Westinghouse öz YVD-nı Ukraynaya tədarük etməyə başladı.
Həmçinin bax
redaktə- " Energoatom " Milli Nüvə Enerjisi İstehsal Şirkəti
- Ukrayna Dövlət Nüvə Nəzarəti
- Ukraynadakı elektrik stansiyalarının siyahısı
Linklər
redaktə- miraes.ru saytında Ukrayna AES- in xəritəsi
- Ukraynanın AES-ləri üçün yanacaq // RİA, 2016
- Ukrayna nüvə enerjisini artırır // RİA Novosti, 11/1/2020
- Ukrayna "nüvə sıçrayışı" planlaşdırır // RİA, 24/05/2020
- Ukrayna nüvə enerjisi dünya lideri olmaq üzrədir // RİA Novosti, 30.04.2021
- Ukrayna indi Rusiyanın nüvə tullantıları anbarları olmadan yaşayacaq. Kiyev işlənmiş nüvə yanacağının utilizasiyası üçün öz sistemlərini yaradır // NG, 11.10.2021
Qeydlər
redaktə- ↑ На отопительный сезон Украина закупает мазут вместо газа Arxivləşdirilib 2018-06-28 at the Wayback Machine (видео)
- ↑ На Украине планируют построить пять атомных энергоблоков, заявил Зеленский Arxivləşdirilib 2021-09-02 at the Wayback Machine // РИА Новости, 31.08.2021
- ↑ На Украине планируют использовать новейшие ядерные реакторы Arxivləşdirilib 2021-09-02 at the Wayback Machine // Sputnik, 27.04.2021
- ↑ Варшава и Киев рвут друг у друга сомнительные ядерные реакторы Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine // 18.02.2022