Uillis Tauer - Wikipedia
Uillis Tauer (ing. Willis Tower), 2009-cu ilə qədər – Sirs Tauer (Sears Tower) – ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yerləşir. Tikintisi 1973-cü ildə başa çatan həmin göydələn Çikaqonun ən nadir özəlliklərindən hesab edilir. 1973-cü ildən bəri 110 mərtəbəli binanın adı dəyişməz olaraq qalırdı. Həmin binanın hündürlüyü 442,3 metr təşkil edir. 1998-ci ilə qədər bina dünyada nəhəngliyinə görə birincilikdə idisə, bu vaxtdan sonra o öz yerini Kuala Lumpurdakı "Petronas" əkizlərinə verib.
Uillis Tauer | |
---|---|
41°52′43″ şm. e. 87°38′08″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1974 |
Sahəsi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 60606 |
Digər | |
willistower.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın proekti "Sears, Roebuck and Company" tərəfindən baş arxitektor Brüs Qrem və proektin mühəndisi Fazlur Xana sifariş edilmişdi. Binanın tikintisi 1970-ci ilin avqustunda başlamış və 1973-cü ilin 3 may tarixində planlaşdırılmış ən yüksək hündürlüyə çatmışdı. Tamamlanmış Sirs Tauer Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzindən hündürlüyə görə dünya birinciliyini aldı. 1982-ci ilin fevralında binaya iki televiziya antennasının artırılması ilə binanın ümumi hündürlüyü 520 metrə çatmışdı. Daha sonra yerli NBS stansıyasının radıodalğasını gücləndirmək məqsədi ilə qərbi antenna bir qədər də uzadılaraq binanın ümumi hündürlüyü 527 metrə çatdırılmışdı. Binanın rəsmi adresi – 233 Saut Uoker Drayv, Çikaqo, İllinois (233 South Wacker Drive, Chicago, Illinois 60606).
Tikilmə tarixi
redaktə1969-cu ildə "Sears, Roebuck & Co." Pərakəndə satış üzrə dünyanın ən iri kompaniyalarindan biri idi. Onun işçi ştatı 350 000 nəfərə çatırdı. İdarə heyəti belə qərara alır ki, minlərlə işçini Çikaqonun biznes mərkəzinin qərbində bir dam altında yığsın. Binanın tikintisi üçün 279 000 kv.m. ərazi tələb olunurdu. Gələcək genişlənməni nəzərə aldıqda isə nəticə bundan da artıq olurdu. Belə ki, inşaatçılar artiq bu binanın o zaman üçün ən böyük ofis tikilisi olacağından əmin idilər. Sirs şirkətinin rəhbərliyi əvvəlcədən bela qərara gəlmişdi ki, hal hazırkı işçilərini binanın müəyyən hissəsində yerləşdirdiyi halda, şirkətin gələcək genişlənməsi üçün nəzərdə tutulan hissəni xırda kompaniyalara icarəyə versin. Gələcək icarədarları cəlb etmək üçün İri pəncərələrə malik olan kiçik ofislərin sıx yerləşdiyi plan qəbul olunmuşdu. Sahənin kiçik olması binanın hündürlüyünü tələb edirdi. Arxitektorlar bina üçün özəyi 5000 kv.m. olan və ucaldıqca ensizləşən pilləkənvari quruluşu təklif etdilər.
Sirs kompaniyasının genişlənmə planları optimistik olaraq artdıqca binanın hündürlüyü təxmin olunan 100 mərtəbəni aşdı və hələ tikilməkdə olan Nyu Yorkdakı Ümumdünya Ticarət mərkəzini aşdı. Hündürlüyü nə fizika qanunları nə də inşaatçıların təxəyyülü ilə deyil, ABŞ-nin Federal Aviasiya İdarəsinin, hava əlaqəsinin təhlükəsizliyi məqsədi ilə hüdudlanmışdı. Sirs Tauer tamamilə "Sears" korporasiyası tərəfindən maliyələşdirilmişdi və damında yerli tele və radiotranlyasiya üçün iki antenna ilə başa çatdırılmalı idi. "Sears" və Çikaqo şəhərinin idarə heyəti tərəfindən proyekt bəyənildi və 1971-ci ilin aprelində tikintiyə başlanğıc verildi. Tikinti kompaniya üçün 150 mln. Dollara başa gəldi, bu məbləğ 2005-ci il üçün 950 mln. dollara ekvivalent idi.
Müqyisə üçün onu qeyd edə bilərik ki, Taypeydə tikilmiş Taypey-101 göydələni 2005-ci ildə 1 mlrd. 640 mln. Başa gələrdi. Zaman keçdikcə "Sears" kompaniyasının optimistik proqnozları dogrulmadı. Öz həmişəki rəqibləri olan "Montgomery Ward" ilə rəqabət kompaniya üçün ağır keçdi. Daha sonra isə pərakəndə ticarətin digər nəhəngləri olan "Kmart", "Kohl's" və "Wal-Mart" onları ötdü. "Sears & Roebuck" –in maliyyə vəziyyəti 70-ci illərdə xeyli zəiflədi və şirkət bazarda öz payını itirdi. Göründüyü kimi onları heç də "Sear" tərəfindən proqnozlaşdırılan gələcək gözləmirdi. Bina 10 ilə yaxın yarıboş vəziyyətdə qaldı. Şirkət su üzərində qalmaq üçün öz binasını girov qoymağa məcbur oldu. 1993-cü ildən "Sears" öz iş ofislərinin sayını azaltmağa başladı və 1995-ci ildə tamamilə binanı boşaltdaraq İllinoisdakı Hoffman Esteyts binasına köçdü. O zamandan Sears Tauer bir neçə sahib dəyişdi, amma "Sears" korparasiyası öz ada olan hüququnu qoruyub saxladı. Hal hazırda, bu, yüzlərlə kompaniyaya ofis icarəyə verən işgüzar mərkəzdir. Bu binada iri vəkil kantoraları, sığorta şirkətləri, və maliyyə xidmətləri göstərən firmaların ofisləri yerləşir.
Sirs Tauerin 103-cü mərtəbəsində, 412m hündürlükdə, 22 iyun 1974-cü il tarixində turistlər üçün Skaydek adlı baxış meydanı açılmışdır. Burada küləkli havada binanın necə yelləndiyini hiss etmək və aydın havada İllinoyis düzənliklərinin o tayında Miçiqan, İndiana və Viskonsini görmək olar. İki xüsusi lift ziyarətçiləri 45 saniyəyə baxış meydanına çatdırırlar. Hər il Skaydeki 1 mln. 300 min turist ziyarət edir. 1998-ci ildə hündürlüyü 452m olan Kuala Lumpurdakı Petronas əkiz qüllələri Sirs Tauren hündürlük üzrə dünya birinciliyini əlindən aldı.
Sirs Tauer Şimali Amerikanın ən hündür ofis binası adını qoruyub saxlamasına baxmayaraq, Torontodakı Si-En Tauerdən (teleqüllə) 85 fut geridə qalır. Binanın tikintisində sahəsi 22x22 metr olan kvadrat polad trubadan istifadə olunmuşdur. Onların üçün üçə düzülüşü binanın konstruksiyasının əsasını təşkil edir. Sirs Tauren özünəməxsus daha bir rekordun sahibidir. Onun 103-cü mərtəbədəki ictimai tualeti (412 metr hündürlükdə) dünyada hündürlüyünə görə birincidir.
2009-cu ilin iyul ayinda Sirs göydələni adını dəyişərək, rəsmi olaraq Uillis Tauer adlanmağa başladı.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ http://www.skyscrapercenter.com/building/willis-tower/169.