Ueylon - Wikipedia
Villem Biykerk (nid. Willem Bijkerk; d. 20 aprel 1980, Apeldorn, Niderland) və ya səhnə adı ilə Ueylon (ing. Waylon) — Niderland müğənnisi. Ueylon The Common Linnets qrupunun üzvü olaraq Niderlandı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 2-ci yeri qazanmışdır[1]. Ueylon eyni zamanda Niderlandı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək olan 2018 Avroviziya Mahnı Müsabiqəsində solo ifaçı olaraq təmsil etmişdir[2].
Ueylon | |
---|---|
ing. Waylon | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Villem Biykerk (nid. Willem Bijkerk) |
Ləqəbləri |
Ueylon (ing. Waylon) |
Doğum tarixi | |
Doğum yeri | Apeldorn, Niderland |
Vətəndaşlığı | Niderland |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1997–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, gitara, baraban, piano |
Albom şirkəti | Motown[d] |
Əlaqəsi | The Common Linnets |
Üzvlüyü |
|
waylon.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi karyerası
redaktəVillem Beykirk uşaqlıq vaxtlarından kantri musiqi janrından ilhamlanmış və ilkin olaraq sənətə West Virginian Railroad qrupunda barabançı olaraq başlamışdır. O, 1997-ci ildə EMI şirkəti ilə müqavilə imzalamışdır. ABŞ-nin Tennessi ştatında yerləşən Neşvilldə debüt albom hazırlıqlarına başlasa da, lakin həmin albomun hazırlığı daha sonra ləğv edilmişdir. 2001-ci ildən etibarən Amerikada yaşayan Villem idolu Ueylon Cenninqslə konsertlərdə ifa etmək fürsəti qazanmışdı. 2002-ci ildə Cenninqsin vəfatından sonra Villem Niderlanda geri dönmüşdür. Müğənni Niderlanda gerdi döndükdən sonra Santa Rosa və daha sonra isə Millstreet qruplarına üzv olmuşdur. 2005-ci ildə o, Ueylon səhnə adını ilk dəfə istifadə edərək, Niderlandda keçirilən musiqi müsabiqələrindən birində Niderland müğənnisi Reyçel Kramer ilə duet ifa etmişdir.
Nailiyyət
redaktə2008-ci ildə Ueylon Niderlandın məharət yarışması olan Holland's Got Talent-da iştirak etmişdir. Onun yarışmada ifa etdiyi ilk mahnı Ceyms Braunun "It's a Man's Man's Man's World" mahnısı olmuşdur. Yarışmanın münsifləri və ümumilikdə Niderland tamaşaçılarından əsasən müsbət rəylər alan Ueylon yarışmanın finalına yüksələrək, ikinci yerdə qərarlaşmışdır.
Ueylonun ilk sinqlı "Wicked Way" 2009-cu ilin avqust ayında təqdim olunmuşdur. Daha sonra müğənninin "Wicked Ways" adlı debüt albomu işıq üzü görmüşdür. Ueylonun "Wicked Way" mahnısı həmin il üzrə Niderlandda ən çox dinlənilən 10 mahnıdan biri idi. Musiqi sahəsindəki il uğurlarının ardınca 2010-cu ildə Ueylon "Yeni tapıntı" kateqoriyasında iki mükafat (3FM və TMF mükafatları) əldə etmişdir. 2011-ci ilin oktyabr ayında isə müğənninin ikinci albomu olan "After All" işıq üzü gördü. 2012-ci ildə Ueylon "İlin ən yaxşı müğənnisi" kateqoriyasında qalib gələrək 3FM mükafatını əldə etmişdir.
2014 Avroviziya Mahnı Müsabiqəsi
redaktə2014-cü ildə Ueylon The Common Linnets qrupunun üzvü olaraq Niderlandı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində "Calm After The Storm" mahnısı ilə təmsil etmişdir. Kantri janrında olan mahnı ilə qrup müsabiqənin finalında 238 xal toplayaraq, qalib gələn Avstriya təmsilçisi Konçita Vurstdan 52 xal geridə qalmış və ikinci yeri qazanmışdır. Ueylon müsabiqədən sonra qrupu tərk etmiş və solo karyerasına geri dönmüşdür.
Heaven After Midnight albomu
redaktə2014-cü ilin sentyabr ayında Ueylonun üçüncü studio albomu olan Heaven After Midnight işıq üzü görmüşdür. Albom Niderlandın albom siyahılarında birinciliyə yüksəlməyə nail olmuşdur. O albom üzərində Hollivud və Neşvilldə daha öncə Madonna kimi dünya şöhrətli sənətçilərlə fəaliyyət göstərmiş bəstəkar Bryus Qaytş ilə çalışmışdır.
2018 Avroviziya Mahnı Müsabiqəsi
redaktə9 noyabr 2017-ci il tarixdə isə Ueylonun Niderlandı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir. Mart ayında ifaçının Avroviziya səhnəsində ifa edəcəyi və özünün bəstələdiyi "Outlaw in 'Em" mahnısı təqdim olunmuşdur.[3] Uzun sürən çalışmalardan sonra Ueylon 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 8-ci səhnə almışdır. Nəticədə ifaçı 174 xalla 7-ci yeri tutmuş və ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində mahnısını bir daha ifa edən Ueylon ümumi nəticədə 121 xal toplayaraq, 18-ci yeri tutmuşdur.
Həyatı
redaktəVillem Beykirk 1980-ci ildə 20 apreldə Niderlandın Apeldorn şəhərində anadan olmuşdur. Villem kiçik yaşlarından kantri musiqi janrı ilə maraqlanmış və bir neçə musiqi alətlərində ifa etməyi öyrənməyə başlamışdır.
Müğənni 2002-ci ildə ailə həyatı qurmuş və üç il sonra həyat yoldaşından ayrılmışdır. Onun ilk evliliyindən Daylan adlı oğlu dünyaya gəlib.
Diskoqrafiya
redaktəAlbomlar
redaktəAlbom adı | İl |
---|---|
Wicked Ways | 2009 |
After All | 2011 |
Heaven After Midnight | 2014 |
Seeds | 2016 |
Sinqllar
redaktəMahnı adı | İl |
---|---|
"Wicked Way" | 2009 |
"Hey" | 2010 |
"Happy Song" | |
"Nothing to Lose" | |
"The Escapist" | 2011 |
"Lose It" | 2012 |
"Lucky Night" | |
"Grasping Song" | 2014 |
"Giving Up Easy" | |
"Love Drunk" | |
"Mis je zo graag" | 2016 |
"Outlaw in 'Em" | 2018 |
İstinadlar
redaktə- ↑ "Eurovision 2014 Results: Voting & Points". Eurovision World. 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2017.
- ↑ "Returning for The Netherlands: It's Waylon for Lisbon 2018!". Eurovision.tv. 9 noyabr 2017. 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ "The Netherlands: Waylon reveals his Eurovision entry is "Outlaw in 'Em"". wiwibloggs (ingiliscə). 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-02.
Əvvəlki: O'G3NE "Lights and Shadows" |
Niderland Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Dankan Lourens "Arcade" |