Ucaguney Dagi - Wikipedia
Ucagüney_dağı - Haqqında Məlumat
Ucagüney dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1576,6 m). Günbəzvari formadadır. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qurtaracağında zirvə. Biləv kəndindən 1 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının nüvə hissəsində yerləşir.[1]
Ucagüney | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1576,6 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.