Uber - Wikipedia
Uber — Dünyanın ən böyük onlayn taksi sifarişi xidməti.[3] "Uber" mobil telefondakı proqram vasitəsilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar online-servisdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.
Uber | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d], ictimai şirkət |
Sənaye | informasiya texnologiyaları |
Təsis tarixi | mart 2009 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
uber.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə2014-cü ildə Silikon vadisində ən çox investisiya alan şirkət olmuşdu.[4] 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçmişdi.[4]
Uber Air
redaktə"Uber Air" adlı servis yaxın illərdə Amerikanın Texas ştatının Dallas və Kaliforniya ştatının Los-Anceles şəhərlərində fəaliyyətə başlayacaq. Hava taksisi vertikal uçuş və eniş sisteminə malik nəqliyyat vasitəsidir və havaya pərlər vasitəsilə qalxacaq. Avstraliyanın Melburn şəhərində "Uber Air" servisi vasitəsilə kommersiya daşımaları 2023-cü ildə nəzərdə tutulub. İlk eksperimental uçuşlar isə artıq 2020-ci ildən test rejimində həyata keçirilə bilər.[5]
Elektrik velosipedi
redaktə2019-cu ildə "Uber" şirkətinin Lissabon küçələrində 750 ədəd "Jump" elektrik velosipedi var idi. Həmin il iyunun 1-dən şəhərə daha 1000 ədəd belə velosiped gətirilib. Beləliklə, velosipedlərin kirayəsi üzrə xidmət bütün şəhəri əhatə edəcək. Lissabon saatda 25 kilometr sürətlə hərəkət edən bu markalı elektrik velosipedlərini alan ilk Avropa şəhəri olub. Velosipedlər təkcə pedalla deyil, mühərriklə də təchiz olunub.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 10-K forması. 2023.
- ↑ Uber fires 20 staff after harassment investigation (ing.). BBC News, 2017.
- ↑ ""Uber" qadınlar üçün 1 milyon iş yeri açacaq". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
- ↑ 1 2 ""Uber" Azərbaycana açılır (?)". 2015-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
- ↑ ""Uber" 2023-cü ildə Melburnda hava taksisini istifadəyə verəcək". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
- ↑ "Lissabon "Uber" elektrik velosipedlərini alan ilk Avropa şəhəri olub". 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-05.
Xarici keçidlər
redaktə- uber.com — Rəsmi saytı