Unesco Motsart Medali - Wikipedia
UNESCO Motsart Medalı Volfqanq Amadey Motsartın adına verilən və UNESCO tərəfindən idarə olunan bir mükafatdır.
Tarixi
redaktəUNESCO 1991-ci ildə Motsartın vəfatının iki yüz illik yubileyini Parisdəki Sarbonna Teatrında konsert və qala axşamı təşkil olundu. Avstriya bəstəkarının yaradıcılıq dühasının ən böyük araşdırmaçılarından biri olan soprano Elizabet Şvarzkopf-a ilk Motsart medalının təqdimatı leçirildi. Reymond Coli tərəfindən tərtib edilmiş, ön tərəfi "Motsart 1756–1791" yazısı olan gənc musiqiçini klaviş arxasında göstərir. Arxa üzündə UNESCO loqosu və "Année Mozart 1991" (Motsart 1991-ci ildə) yazısı var.
Motsart Qərb klassik musiqisinin ən əhəmiyyətli və nüfuzlu bəstəkarlarından biri idi. Üç yaşında piano çalmağa başladı, beş yaşından əvvəl musiqi bəstələməyə başladı və ən azı 600 musiqi əsərini yaratdı. Dini şah əsərləri, operalar, 41 simfoniya, həmçinin bir neçə konsert, sonata və kamera musiqisinin müəllifidir. 1772–1777-ci illərdə Zalzburgda konsertmeyster olmamışdan əvvəl Avropada geniş səyahət etdi və sonra Vyanaya köçdü, burada Konstansa Veber ilə evləndi və 1791-ci ildə ölümünə qədər orada yaşadı.
Avstriyanın UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO-nun 2006-cı ildə Volfqanq Amadey Motsartın anadan olmasının 250 illiyi ilə əlaqələndirilməsini istədi. 2005-ci ildə baş konfrans bu məqsədlə qətnamə qəbul etdi.
Təqdim olunmuş şəxslər və məktəblər
redaktə- Elizabet Şvarzkopf, 1991
- Alisiya Terzian, 1995
- Elfi von Dassanovski, 1996
- İqor Moiseyev, 2001 — "musiqi dünyasına fövqəladə töhfələrinə görə" bu medal təqdim olunmuşdur.
- Hanna Kyulenti, 2003
- Tixon Xrennikov, 2003
- Pursel Musiqi Məktəbi, 6 fevral 2003
- Məhəmməd-Reza Şəcəriyan, 2006 — iranlı bəstəkar, musiqiçi 1999-cu ildə Fransada UNESCO onu Pikasso Mükafatı ilə, 2006-cı ildə UNESCO Motsart Medalı ilə təltif olunub.
- Mstislav Rostropoviç, 2007[2] — 80 illik yubileyi münasibətilə cənab Matsuura tərəfindən xoşməramlı səfir kimi fəaliyyətinə görə cənab Rostropoviçə UNESCO Motsart Medalını təqdim edildi.
- Mehriban Əliyeva, 2010[3][4] — UNESCO-nun baş direktoru İrina Bokova UNESCO Motsart Medalını Mehriban Əliyevaya təqdim etdi.
- Tamaş Vasari, 2012
- Sakit Məmmədov, 2015[5] — mükafatı Azərbaycan rəssamına Avropa Elmlər və İncəsənət Akademiyasının direktoru Vladimir Timinski təqdim etdi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
- ↑ "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
- ↑ "Arxivlənmiş surət". 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
- ↑ "Arxivlənmiş surət". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
- ↑ "Arxivlənmiş surət". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.