Uefa Avro 2024 Finali - Wikipedia
UEFA Avro 2024 finalı — UEFA Avro 2024-ün qaliblərini müəyyən etmiş futbol matçı. Bu matç Avropa çempionlarının müəyyən edilməsi üçün UEFA-ya üzv assosiasiyaların kişilərdən ibarət milli komandalarının mübarizə apardığı və dörd ildən bir keçirilən UEFA Avropa Çempionatının 17-ci finalı olmuşdur. Matç 14 iyul 2024-cü ildə Almaniyanın Berlin şəhərindəki Olimpiya stadionunda keçirilib və matçda İspaniya və İngiltərə qarşılaşıb. Bu matç İspaniyanın UEFA Avropa çempionatında iştirak etdiyi 5-ci, İngiltərənin isə 2-ci final oyunu idi. Matç həm də İngiltərənin kişilər arasında keçirilən böyük bir turnirin öz ölkəsindən kənarda keçirilən finalında ilk iştirakı olmuşdur.[1][2]
UEFA Avro 2024 finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | UEFA Avro 2024 | ||||||
|
|||||||
Tarix | 14 iyul 2024 | ||||||
Yer | Berlin Olimpiya Stadionu, Berlin | ||||||
Matçın adamı | Niko Uilyams | ||||||
Hakim | Fransua Leteksye (Fransa) | ||||||
Tamaşaçı | 65 600 | ||||||
Hava |
Nisbətən buludlu gecə 22 °C (72 °F) 53% rütubətlilik |
||||||
← 2020 2028 → |
65 600 tamaşaçının önündə oynanılan final matçı yavaş başladı və ilk hissə qolsuz yekunlaşdı. İspaniya oyunçusu Rodriqo fasilədən əvvəl zədələndi və nəticədə fasilədə o, Martin Zubimendini ilə əvəz edildi. İspaniya ikinci hissəyə güclü başladı, Lamin Yamalın asisti ilə Niko Uilyamsın vurduğu qol hesabı 1–0 etdi. Lamin Yamal bu zərbə ilə həm də Avropa çempionatı finalında asist edən ən gənc oyunçu olub. Bundan sonra İngiltərə oyunçusu Koul Palmer əvəzedilmə nəticəsində matça daxil olduqdan 3 dəqiqə sonra cərimə meydançasının kənarından qol vuraraq hesabı 1–1 etdi. Ardınca İspaniyanın göstərdiyi yeni səylər öz nəticəsini göstərdi, İspaniya oyunçusu Mikel Oyarsabalın vaxtın bitməsinə 4 dəqiqə qalmış vurduğu qol hesabı 2–1-ə çatdırdı və İspaniya bu hesabı qoruyaraq 4-cü dəfə Avropa çempionu oldu. Niko Uilyams "Matçın oyunçusu" seçildi, Rodriqo isə "Turnirin ən yaxşı oyunçusu" mükafatını aldı. Lamin Yamal "Ən yaxşı gənc oyunçu" mükafatını aldı və bu üsabiqədə qalib gəlmiş ən gənc oyunçu oldu.
İspaniya 2–1 hesabı ilə 1964, 2008 və 2012-ci illərdən sonra yenidən, 4-cü dəfə Avropa çempionu olmuş, bununla da iştirak etdiyi beş Avropa Çempionatı turnirində üç dəfə qalib gəlmiş Almaniyanın rekordunu qırmış və 4 dəfə Avropa çempionluğunu qazanmış ilk milli komanda olmuşdur. İspaniya millisi bu turnirdə oynadığı yeddi oyunun hamısında qalib gəlmiş və Fransanın UEFA Avro 1984-də oynadığı beş oyunun hamısında qalib gəlməsindən sonra bunu edən ilk komanda olmuşdur. İspaniya həmçinin bir turnirdə 15 qol vurmaqla yeni rekorda imza atıb. İngiltərə SSRİ (1960 və 1964-cü illərdə), Qərbi Almaniya (1972, 1976 və 1980-ci illərdə), Almaniya (1992 və 1996-cı illərdə) və İspaniyadan (2008 və 2012-ci illərdə) sonra ardıcıl olaraq Avropa çempionatı finalına çıxa bilən dördüncü komanda və finalda ardıcıl olaraq uduzan ilk komanda olub.[3]
Məkan
redaktəFinal oyunu Almaniyanın Berlin şəhərində, Şarlottenburq-Vilmersdorf əyalətinin Vestend rayonunda yerləşən Berlin Olimpiya Stadionunda keçirilib. UEFA 27 sentyabr 2018-ci ildə İsveçrənin Nyon şəhərində keçirilən seçmə səsverməsində Almaniya Türkiyəni məğlub etdikdən sonra 2024-cü il turnirinin Almaniyada keçiriləcəyini elan etmişdi.[4][5] 2022-ci ilin may ayında UEFA İcraiyyə Komitəsi tərəfindən turnirin yekun məkanı olaraq Berlin Olimpiya stadionu seçilmiş və burada həm də turnirin üç qrup mərhələsinin, 1/8 finalının və 1/4 final matçının keçiriləcəyi elan edilmişdir.[6][7]
Berlin Olimpiya Stadionu 1936-cı ildə, 1936-cı il Yay Olimpiya Oyunları üçün xüsusi olaraq xidmət etmiş Berlin Olimpiya Parkı daxilində açılmışdır.[8] Stadion Berlin əyalətinə məxsusdur və 1963-cü ildən Herta BSC ev oyunlarını bu stadionda oynayır. Bu stadionda bəzən Almaniya millisi də ev oyunlarını keçirib. Bu olimpiya stadionu həm də 1974 və 2006-cı il Dünya Kuboklarının bir neçə matçına, o cümlədən İtaliya və Fransanın qarşılaşdığı FİFA 2006 Dünya Kuboku final matçıa ev sahibliyi etmişdir. Stadion 1985-ci ildən bəri Futbol üzrə Almaniya Kubokunun final matçının keçirildiyi yerdir. Berlin Olimpiya Stadionu həmçinin 2011 FIFA Qadınlararası Dünya Kubokunun açılış matçının keçirildiyi yer[9] və 2014–2015 UEFA Çempionlar Liqasının final matçının keçirildiyi yer kimi xidmət etmişdir.[10]
Matç öncəsi
redaktəDiqqətəlayiq iştirakçılar
redaktəMatçda böyük oğlu Şahzadə Corc ilə birlikdə Böyük Britaniya taxt-tacının varisi və İngiltərə Futbol Assosiasiyasının prezidenti Şahzadə Vilyam iştirak edib.[11] O, əvvəlki turnirin Uemblidə keçirilən finalında da iştirak etmiş və eyni məkanda keçirilən 2022-ci il Qadınlar arasında Avropa Çempionatının finalında iştirak edərək qalib gələn İngiltərə qadın komandasına medallarını təqdim etmişdi.[12] İspaniyadan isə həm Kral VI Flipp, həm də onun kiçik qızı İnfanta Sofiya tamaşaçılar arasında olub. Kral Flipp mükafatlandırma mərasimində oyunçuları salamlayan və çempionlara kuboku təqdim edən səlahiyyətlilərdən biri olub.[13] Tədbirdə İspaniyanın Təhsil, Peşə təhsili və İdman Naziri Pilar Aleqria ilə birlikdə İspaniyanın baş naziri Pedro Sançes də iştirak edib.[14]
Tamaşaçılar arasında prezident Frank-Valter Ştaynmayer, kansler Olaf Şolts və Bundestaq sədri Berbel Bas kimi Almaniyanın səlahiyyətli şəxsləri də olub.[15][16]
Matçda həmçinin Qaret Beyl, Lando Norris, David Vilya, Xavi, Andres İnyesta, Harri Stayls, Denni Dayer və Dani Dayer iştirak edib.[17][18]
Bağlanış mərasimi
redaktəMatç başlamazdan əvvəl UEFA tərəfindən yerli vaxtla saat 19:45-də (UTC 18:45) başlayan bağlanış mərasimi keçirilmişdir. Mərasimdə İtaliyanın Meduza musiqi qrupu, amerikan pop-rok qrupu OneRepublic və alman pop müğənnisi Leoni UEFA Avro 2024-ün rəsmi mahnısı olan "Fire"-ni ifa edib.[19][20][21]
Hakimlər
redaktəUEFA-nın Hakimlər Komitəsi 11 iyul 2024-cü ildə Avro 2024-də daha üç oyunda hakim olmuş fransız Fransua Leteksierin final oyununun hakimi olacağını elan etdi.[22] 35 yaşında olan Leteksier bununla da Avropa çempionatının final oyununu idarə edən ən gənc hakimi olub.[23] Matçda Leteksier ilə birlikdə Siril Muqnier və Mehdi Rahmouni köməkçi hakimlər, polşalı hakim Şimon Marsinyak isə dördüncü hakim kimi iştirak edib. Matçdakı Video köməkçi hakim (VAR) isə fransız həmkarı Villi Delajo və italiyan hakim Massimiliano İrrati tərəfindən dəstəklənən fransalı rəsmi Jerom Brizard olub. Polşalı Tomas Listkieviç ehtiyatda olan hakim köməkçisi idi.[24]
Matç
redaktəDetallar
redaktəİspaniya[26]
|
İngiltərə[26]
|
|
|
Matçın oyunçusu: Köməkçi hakimlər:[24] |
Matçın qaydaları:
|
|
|
|
Matçın sonrası
redaktəMatçdan sonra təşkil olunana mükafatlandırma mərasimində medalların təqdim edilməsi və kuboku İspaniya millisinin kapitanı Alvaro Morataya təqdim etmək üçün meydançada UEFA prezidenti Aleksander Çeferin olub.[29] Ona İspaniya Kralı VI Flipp də qoşulub. Avro 2020-nin qalibi olmuş İtalya millisinin kapitanı və Moratanın keçmiş komanda yoldaşı Corco Kyellini mərasim üçün kuboku meydançaya gətirib.[30]
İspaniya UEFA AVRO 1984-cü ildəki Fransa millisindən sonra bütün qrup və pley-off görüşlərində penaltilər seriyasında qalib gəlmiş ilk Avropa çempionu olmuşdur. İspaniya millisinin cinah oyunçusu Niko Uilyams matçın adamı, komanda yoldaşı Rodri isə Avro 2024-ün ən yaxşı oyunçusu seçilib.[31] Finaldan bir gün əvvəl 17 yaşı tamam olan ispaniyalı Lamin Yamal Avro 2024-ün ən yaxşı gənc oyunçusu seçilmiş və bu, onu UEFA Avropa Çempionatı və ya FIFA Dünya Kubokunun nümayişində iştirak edən ən gənc oyunçu etmişdir.[32] İyulun 15-də, finaldan bir gün sonra İspaniya komandası üstü açıq avtobusda, Plaza de Cibelesə gedən və minlərlə insanın qatıldığı paradla Madriddən keçərək qələbəsini qeyd edib.[33][34] Komanda Kral VI Flipp, İspaniya kral ailəsi və İspaniyanın baş naziri Pedro Sançes ilə görüşüb.[35] Bu şənliklər zamanı oyunçular Rodri və Alvaro Moratanın Cəbəllütariqin İspaniyaya aid olduğunu söyləməsi Cəbəllütariq Hökuməti tərəfindən qınağa və Cəbəllütariq Futbol Assosiasiyasının UEFA-ya rəsmi olaraq şikayət etməsinə səbəb olmuşdur.[36]
BBC Sport-dan Emlin Beqley yazmışdır ki, İspaniya millisi bu turnirdə oynadığı yeddi oyunun hamısında çətin rəqibə qarşı penaltilər seriyasına getmədən qalib gəldiyi üçün onun bu qələbəyə "tam layiq" olduğu yekdilliklə qəbul edilmişdir. Kris Sutton, Qari Lineker, Mayka Riçards və Alan Şirer kimi ingilis futbol mütəxəssisləri İspaniyanı hücum əsaslı futbol oynadıqlarına və komanda şəklində çalışmalarına görə təqdir edərkən İngiltərə millisinin komanda deyil, fərdlərin seçimi olduğunu qeyd ediblər.[37][38]
İstinadlar
redaktə- ↑ "Euro 2024 final: England must be 'tactically perfect' to beat Spain – Gareth Southgate". BBC Sport. 11 July 2024. 12 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2024.
- ↑ "UEFA Euro 2024 match schedule" (PDF). UEFA.com. Union of European Football Associations. 21 May 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 December 2023.
- ↑ "Spain 2–1 England: Late Oyarzabal winner earns La Roja record fourth EURO crown". UEFA.com. Union of European Football Associations. 14 July 2024. 14 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2024.
- ↑ "Germany to host UEFA EURO 2024". UEFA.com. UEFA. 27 September 2018. 15 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2024.
- ↑ "Euro 2024: Germany beats Turkey to host tournament". BBC Sport. 27 September 2018. 12 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.
- ↑ "Uefa EURO 2024 Final in the Olympiade stadion Berlin, Six Games in the Capital". Olympiastadion Berlin. 20 May 2022. 11 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2023.
- ↑ "EURO 2024 host cities: Venue guide". UEFA.com. UEFA. 2022. 29 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2022.
- ↑ "Olympic Stadium". Berlin.de. 11 May 2022. İstifadə tarixi: 11 July 2024.
- ↑ "Nine Host Cities announced". FIFA.com. Fédération Internationale de Football Association. 30 September 2008. 12 July 2011 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Executive Committee decides hosts for 2015 finals". UEFA.org. Union of European Football Associations. 23 May 2013. 4 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2015.
- ↑ "William and George see England heartbreak at Euro 2024 final". BBC News (ingilis). 2024-07-14. 2024-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-14.
- ↑ Hollie, Cole. "Prince William to attend Euro 2024 final in Berlin". BBC News. British Broadcasting Corporation. 12 July 2024. 13 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2024.
- ↑ Smith, Rory. "A New Prince Leads Spain as It Rules European Soccer Again". The New York Times (ingilis). 2024-07-14. ISSN 0362-4331. 2024-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "La ministra Pilar Alegría habla de la Eurocopa y celebra el éxito de Carlos Alcaraz". www.moncloa.com (ispan). 2024-07-15. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ Rastreador, El. "El 'selfie' de Sánchez, Scholz y Starmer en la final de la Eurocopa: "¡Esperamos con impaciencia!"". ElDiario.es (ispan). 2024-07-14. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ Rodríguez, Óscar. "La foto está en el palco de la final: ¿quién acompaña a Pedro Sánchez?". elconfidencial.com (ispan). 2024-07-14. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ M, Krishna Prasad. "From Prince William to Gareth Bale & Xavi, Every Notable Personalities Attending Spain vs England Euro 2024 Final Listed". EssentiallySports. 14 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ Burton, Chris. "Dani Dyer sheds Euro 2024 final tears but is 'used to' WAG lifestyle – with England & West Ham winger Jarrod Bowen boasting similarities to Love Island star's famous father Danny". Goal.com UK. 16 July 2024. 22 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2024.
- ↑ "Meduza, OneRepublic and Leony release UEFA EURO 2024 official song FIRE". UEFA.com. Union of European Football Associations. 10 May 2024. 24 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2024.
- ↑ "Watch pre-final closing ceremony". UEFA. 14 July 2024. İstifadə tarixi: 15 July 2024.
- ↑ Munene, Eric. "Euro 2024: Breathtaking Photos from the colourful closing ceremony". pulsesports.co.ke. 14 July 2024. 14 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ "French referee François Letexier picked to handle Spain-England final of Euro 2024". Associated Press. 11 July 2024. 11 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2024.
- ↑ "EURO 2024 final referee Letexier primed for action". uefa.com. 13 July 2024. 13 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2024.
- ↑ 1 2 "François Letexier to referee UEFA EURO 2024 final". UEFA.com. Union of European Football Associations. 11 July 2024. 14 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2024.
- ↑ "Full Time Report – Spain v England" (PDF). UEFA.com. Union of European Football Associations. 14 July 2024. 14 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 July 2024.
- ↑ 1 2 "Tactical Line-ups – Spain v England" (PDF). UEFA.com. Union of European Football Associations. 14 July 2024. 14 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 July 2024.
- ↑ "Official UEFA EURO 2024 final Vivo Player of the Match: Spain's Nico Williams". UEFA.com. Union of European Football Associations. 14 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2024.
- ↑ 1 2 3 "Team statistics" (PDF). UEFA.com. Union of European Football Associations. 14 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 July 2024.
- ↑ Brennan, Feargal. "Alvaro Morata hints at Andres Iniesta saving his Spain career ahead of Euro 2024". Football Espana. 15 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ Campanale, Susy. "Video: Chiellini hands back Italy's European Championship trophy". Football Italia. 14 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ "Rodri named EURO 2024 Player of the Tournament". UEFA.com. Union of European Football Associations. 14 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ "Lamine Yamal named EURO 2024 Young Player of the Tournament". UEFA.com. Union of European Football Associations. 14 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ "Spain celebrates Euro 2024 heroes". France 24. 15 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ "Fans celebrate after Spain's royal welcome in Madrid". BBC Sport. 15 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ "Spanish national football team returns to Madrid to celebrate Euro 2024 win". Euronews. 15 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ Ignacio, Stephen. "Gibraltar FA to make formal complaint after Spanish national team chants 'Gibraltar Español'". Gibraltar Chronicle. 16 July 2024. 16 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2024.
- ↑ Begley, Emlyn. "'A good thing for football' – Spain's victory caps off perfect campaign". BBC Sport. 15 July 2024. 15 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2024.
- ↑ Shearer, Alan. "Defeat may be Southgate's last – but he'd leave England with head high". BBC Sport. 15 July 2024. 18 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2024.