Uefa Cempionlar Liqasi 2011 2012 - Wikipedia
Nəticələri
redaktəQrup mərhələsi
redaktəA qrupu
redaktəUEFA Çempionlar Liqasının A qrupunda Bayern Münhen (Almaniya), Vilyarreal (İspaniya), Mançester Siti (İngiltərə), Napoli (İtaliya) mübarizə apardı. Sentyabrın 14-də baş tutan I turda Mançester Siti Mançester Şəhər Stadionunda Napolini qəbul elədi. Birini hissəsi 0:0 hesabı ilə başa çatan oyunun 74-cü dəqiqədə Mançester Sitinin heyətində Alexander Kolarov hesabı açdı — 1:0. Bu oyunda vurulan yeganə qol oldu və Mançester Siti Napolini 1:0 hesabı ilə məğlub elədi. Turun digər görüşündə Vilyarreal Bayern Münhen futbolçuları ilə üz-üzə gəldi. Oyunun 7-ci dəqiqəsində Bayern Münhenin heyətində Toni Kroos fərqləndi — 0:1. Birinci hissə 0:1 hesabı ilə başa çatdı. Oyunun 76-cı dəqiqəsində isə Rafinya Bayern Münhenin üstünlüyünü artırdı — 0:2. Bu qol oyunun ümumi nəticəsini müəyyənləşdirdi. I turdan sonra Bayern Münhen 3 xalla A qrupunun lideri idi.
A qrupunun II turu sentyabrın 27-də baş tutdu. Bayern Münhen Allianz Arenada Mançester Sitini qəbul elədi. Oyunun 38-ci dəqiqəsində Münhen təmsilçisinin heyətində Mario Qomes fərqləndi — 1:0. Birinci hissənin əsas vaxtına əlavə olunan birinci dəqiqə isə Mario Qomes dublunu rəsmləşdirdi — 2:0. Oyunun növbəti dəqiqələrində qol olmadı və Münhen növbəti qələbəsini qazandı. Turun digər görüşündə isə Vilyarreal Napolinin qonağı oldu. Meydan sahiblərinin heyətində Mare Hamşi oyunun 15-ci dəqəsində fərqləndi — 1:0. Bir dəqiqə sonra isə qonağların qapısına penalti təyin olundu. Napolinin heyətində Edinson Kavani zərbəni dəqiq yerinə yetirdi və Napolinin üstünlüyünü artırdı. Oyunun növbəti dəqiqələri ərzində qol olmadı və Napolinin rəqibinə 2:0 hesabı ilə qalib gəldi. II turdan sonra Bayern Münhen 6 xalla A qrupunun lideri idi.
Bayern Münhen | ||||||||||||||
Napoli | ||||||||||||||
Mançester Siti | ||||||||||||||
Vilyarreal |