Type 99 - Wikipedia
Type 99 — Çin Xalq Respublikasının Əsas döyüş tankı.Çin tankı özündə rus və Qərb texnologiyalarının qarışığını əks etdirir. Rus tankları kimi sərrast deyil, amma düşmən tanklarına qarşı effektiv ola bilər. Avtomatik yüklənmə sistemi ruslardan kopiyalanıb. Aktiv lazer qorunma mexanizminə malikdir. Type 99-un güclü mühərriki və yaxşı sürəti var. 2001-ci ildən Çin ordusunda xidmətə qəbul olunub.
Type 99 ZTZ-99 WZ-123 | |
---|---|
Tipi | |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2001- davam edir |
İstismara başlanması | 1999 |
İstismar edənlər | Çin Xalq Respublikası |
İstehsal tarixçəsi | |
İstehsalçı | Norinco |
İstehsal sayı | 814+ Type99/Type99A |
Variantları |
|
Xüsusiyyətləri | |
Ağırlığı |
54 ton Type-99G 57 ton Type-99A1 58 ton Type-99A2 |
Zireh | 3-cü nəsil kompozit zireh |
Şose sürəti | 80 km/h |
Əsas silah | 125 mm mm top |
Köməkçi silah | 7.62 mm coaxial MG, 3000 rds 12.7 mm external AA MG, 500 rds |
Uzunluğu | 11.0 m |
Eni | 3.4 m |
Hündürlüyü | 2.4 m |
Ekipaj | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə90-cı illərin əvvəllərində Çin özünün 2-ci nəsil dizaynı olan Type 90-II prototipini hazırladı. Type 90-II tankı Sovet istehsalı T-72 tankının oxşarı idi. Bu tank Çin Xalq Respublikası ordusunda xidmətə qəbul olunmasa da, Pakistana ixrac olundu və burada lisenziya altında "Al-Khalid" adı ilə istehsal olundu.
Type 98 və ya WZ-123 digər Çin istehsalı olan Type 90-II tankından hazırlanmışdır. Bu tank ilk dəfə 1999-cu ildə Milli Gün paradında göründü və 1 oktyabr 1999-cu ildə rəsmi olaraq açıqlandı. Bu tank sonradan adı dəyişdirilib Type 99 adı ilə xidmətə qəbul olundu.
Yenilənmiş variant olan Type 99A ilk dəfə 2015-ci il Qələbə Günü paradında təqdim olundu. Bu variant həmçinin, Çin ordusu tərəfindən 2014-cü ildə keçirilən təlimlərdə də istifadə olunmuşdur.
Yerləşməsi
redaktə2008-ci ildə 200 ədəd Type 98 və Type 99 tankları Pekin və Şanxay hərbi bölgələrində yerləşdirilmişdi. Çin ordusunda Type 99 tankları qiymətinin yüksək olduğuna görə, digər tanklara nisbətən daha az saya malikdir.
Variantları
redaktəType 98
redaktəWZ-123 və ya Type 90-III adı ilə də tanınır. İstehsaldan əvvəlki ilk versiyadır. Kompozit zirehə və 1200 at gücü mühərrikə sahibdir. Tankın zirehi T-80U və T-80UK tanklarına oxşardır.
Type 99
redaktəType 98G və Type 99G kimi də tanınır. 1200 AG olan mühərrik 1500 AG olan mühərriklə əvəz olunub. 3-cü nəsil ERA zirehi və 2-ci nəsil termal görünüş sistemi ilə təchiz olunub.
Type 99A
redaktəType 99 tankının inkişaf etmiş variantıdır. Prototip testlərinə 2007-ci ilin avqustunda başlanıb. Bu tanka 3-cü nəsil ERA sistemi və aktiv qoruma sistemi əlavə olunub. Yarı-avtomatik transmissiyaya sahibdir. İnkişaf etdirilmiş əsas silahı İnvar tipi TƏİR-dən atəş aça bilir.
-
Type 98
-
Type 99
-
Type 99A
İstifadəçilər
redaktə- Çin Xalq Respublikası
2016-cı ilin sonuna olan hesablamasına görə, 590 ədəd Type 99 və 224 ədəd Type 99A tankı orduda xidmətini davam etdirir.