Turan Manafzade - Wikipedia
Turan Manafzadə (Turan İslam qızı Manafzadə; 25 may 1991, Bakı) — Azərbaycan dirijoru, bəstəkarı və pianoçu.[1] 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını almışdır.[2]
Turan Manafzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | İslam Manafov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Pianoçu, dirijor, bəstəkar |
Musiqi aləti | Piano |
Mükafatları |
Həyatı
redaktəErkən illəri
redaktə1991-ci il may ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Pianist İslam Manafovun qızı olan Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Mimar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub.
Yaradıcılıq fəaliyyəti
redaktəTuran Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda konsertlər vermişdir. 2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır. 2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışmışdır. 2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılmışdır.
O, böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə 2013-cü ilin aprel ayında 2 həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnirini təşkil etmişdir. 2014-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin orkestr dirijorluq şöbəsinə daxil olmuş, Antonio Pirolli və Naci Özgüç’dən təhsil almış və 2019-cu ildə oradan məzun olmuşdur. 2015-ci ilin fevral ayında qardaşı Abuzər Manafzadə və atası İslam Manafov ilə birlikdə Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda təşkil etdiyi "Xocalı Soyqırımını Anma Mərasimi"ndə ailəsi ilə birgə anım konserti vermişdir.
2017-ci ilin 28 may günü Azərbaycan Respublikasının müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə qonaqlara piano konserti vermişdir. O, həm də 2017-ci ilin iyul ayında "Beynəlxalq 3-cü İpəkyolu Musiqi Konfransı" çərçivəsində qonaq dirijor olaraq İpək Yolu Orkestrinin rəhbəri kimi Şimali Kipr Türk Respublikasında konsertlər vermiş, bu konsertlərdə Qara Qarayev, Xatirə Əhmədli Cəfər və Həsən Uçarsunun əsərlərinin dirijorluğunu etmişdir[3]. 2017-ci ilin avqust ayında isə İzmirdə qatılmış olduğu dirijor Rengim Gökmenin rəhbərliyi altında keçirilən ustalıq dərslərində 35 nəfərin içərisindən Karşıyaka kamera orkestrini (KODA) idarə etmək üçün seçilən 6 şəxsdən biri olaraq konsert vermişdir. 2018-ci ilin may ayında İstanbul Dövlət Opera ve Balet qurumunda bəstəkar G. F. Handel in "Apollo ve Dafne" əsərinin dirijorluğunu etmişdir. Eyni il Diasporla İş Üzrə Dövlət Komitəsi işbirliyi ilə Amsterdamda "Xocalı Anım Konserti" təşkil etmişdir[4].
2019-cu ilin yanvar ayında dirijor kimi dəvət aldığı Vyananın "Muth" konsert salonunda Abuzar Manafzadə ilə birlikdə "Yeni il" konserti və 2019-cu ilin sentyabrında Vyanadakı Azərbaycan Mədəniyyət Evində ailəsi ilə birlikdə fortepiano konserti etmişdir. Manafzadə, 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Ankara Səfirliyinin himayəsi altında müxtəlif konsertlər vermişdir. 2019-cu ilin noyabr ayında ailəsi ilə birgə TANAP açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Recep Tayyip Erdoğana xüsusi piano konserti vermişdir. Eyni il dirijor kimi Bakıda konsertlər vermək üçün dəvət almış və Abuzar Manafzadənin bəstələdiyi, dünyada balaban musiqi aləti üçün bəstələnmiş ilk Balaban Konsertinin Bakıdakı ilk səsləndirməsinin dirijorluğunu da etmişdir.[5][6]
2019-cu il oktyabr ayında başladığı "Biznes Master" (MBA) təhsilini "Dijital Dönüşümün Sənət və Sənətçi Fəaliyyətlərinə Etkisi: Covid-19 Üzərinə Bir Araşdırma" mövzusunda 2021-ci ilin fevral ayında uğurla müdafiə edərək məzun olmuşdur.
2020-ci il dekabr ayında Dünya Türk İş Konseyinin (DTİK) dəvəti ilə Avropa Parlamentində Mədəniyyət Elçisi olaraq xüsusi bir dostluq konserti gərçəkləşdirmişdir.[7]
Turan Manafzadə 14 illik müəlliməliyinin yanında hal-hazırda musiqi sənətində aktiv bir sənətçi olaraq dijital və fiziki konsertləri ilə fəaliyyətini davam etdirir.
Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə marş yazmış və bu marş qısa müddət ərzində çox bəyənilmişdir.[8][9]
Şəxsi həyatı
redaktəAğdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" futbol klubunun sadiq azarkeşidir. Tennis və üzgüçülük həvəskarıdır.
Təltif və mükafatları
redaktə- 2004-cü ildə İstanbulda keçirilən "Galleria" piano yarışmasında Mansion mükafatını, 2008-ci ildə Edirnə Rotari klubunun təşkil etdiyi "Beynəlxalq Piano Müsabiqəsi"-ndə 2-ci yeri qazanmış və qatıldığı digər piano yarışlarında müxtəlif dərəcələr və mükafatlar əldə etmişdir.
- 2017 — Azərbaycan Respublikasının əməkdar artisti[4].
- 2023-cü ildə Nizami Gəncəvinin 880 illiyi münasibətilə "Nizami Gəncəvi medalı" ilə təltif olunub.
İstinadlar
redaktə- ↑ "«DIRIJOR – ŞƏXSIYYƏT PEŞƏSIDIR»". www.nargismagazine.az. www.nargismagazine.az. 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
- ↑ "Piyanist, Orkestra Şefi, Besteci Azerbaycan Devlet Sanatçısı". www.turanmanafzade.com. 2017. 8 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
- ↑ "Azerbaijani pianist performs at Silk Road Music Conference [PHOTO]". www.azernews.az. www.azernews.az. 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
- ↑ 1 2 "Azərbaycanın Əməkdar artisti İstanbulda konsert verdi". www.trt.net.tr. www.trt.net.tr. 2018-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
- ↑ "Azerbaycanlı piyanist Turan Manafzade İstanbul'da kendi orkestrasını kurmak istiyor". www.ntv.com.tr. 14 November 2019. 3 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
- ↑ "Azərbaycanın Əməkdar artisti İstanbulda konsert verdi". www.trt.net.tr. 13 August 2018. 29 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
- ↑ "Notalarla Azerbaycan Türkiye ezgileri! Manafzade, Avrupa Parlamentosu'nda sahne alacak". haberglobal.com.tr. 30 August 2022. 30 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
- ↑ "Azerbaycan Türkü Turan Manafzade'den muhteşem 100. yıl marşı. Cumhuriyet'in 100. yılı için bestelediği marş 10. yıl marşı kadar beğenildi". www.yenicaggazetesi.com.tr. 20 October 2023. 28 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
- ↑ "Piyanist Turan Manafzade, Cumhuriyet'in 100. yılı için beste yaptı". www.trtavaz.com.tr. 21 October 2023. 26 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
Xarici keçidlər
redaktə- “Xocalıya” - “to Khojaly” - Turan Manafzade — YouTube platformasında
- Pianoçu, Orkestr Dirijoru, Bəstəkar / Gənc İstedad Turan Manafzadə
- İslam Manafov və Turan Manafzadə "Evdə qal" kampaniyasına dəstək olaraq onlayn konsert veriblər
- Turan Manafzadə: "Mənə demokratik rejim yaxındı"
- Turan Manafzadə Ilə Müsahibə [ölü keçid]
- Türkiyəni silkələyən pianoçu: "Həmin gecə anam möcüzə yaratdı" — MÜSAHİBƏ
- Turan Manafzadə: Sənətimlə həm türk dünyası, həm də Vətənimin adına layiqli olmağa çalışıram
- Женщина за дирижерским пультом / Dirijorluq sənətində qadın
- What A Performance! This Azerbaijani Family Plays ‘Dil Dil Pakistan’ On Piano / Azərbaycan ailəsi fortepianoda "Dil Dil Pakistan" mahnısını ifa edir
- Female conductor that breaks all boundaries / Bütün sərhədləri pozan qadın dirijor
- Famous conductor supports Azerbaijan's territorial integrity / Məşhur dirijor Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
- Turan Manafzade releases new music pieces / Turan Manafzadə yeni musiqi əsərləri təqdim edir.
- Azərbaycanlı bəstəkarın "Xocalıya" əsəri rəqəmsal platformada təqdim olunub
- Türkiyədə yaşayan Manafzadə ailəsindən rəşadətli Ordumuz üçün "Əsgər marşı"
- Azerbaycan Devlet Sanatçısı Turan Manafzade: Türkiyemizin desteğini unutmayacağız
- Sanatçı ‘elçi’ olmalı / Sənətçi "səfir" olmalıdır.
- Piyanist, Orkestra Şefi, Besteci / Gencecik Bir Yetenek Turan Manafzade / Pianoçu, Dirijor, Bəstəkar / Gənc bir istedad Turan Manafzadə
- Azerbaycanlı Devlet Sanatçısı Turan Manafzade, 'Kültür Elçisi' seçildi / Azərbaycanlı sənətçisi Turan Manafzadə "Mədəniyyət Səfiri" adına layiq görülüb.
- Azərbaycanın məşhur musiqiçi ailəsi İstanbulda konsert verib
- Manafzade ailesinden sanatseverlere müzik ziyafeti / Manafzadələr ailəsindən sənətsevərlər üçün musiqi ziyafəti
- "Yedi Güzel" müzik topluluğu, Türk kültürünü notalar aracılığıyla dünyaya tanıtıyor
- Turan Manafzadənin "7 gözəl"i daha bir uğur qazandı
- "Yüzyılın Felaketi: Fay Hattından Fotoğraflar" sergisi Brüksel'de açıldı
- her-konsertimden-mutleq-maraqli-bir-xatire-qalir?fbclid=IwAR1gjDJuw_n_XVDG2g4uWilP-XiRMrm4vL5F5mEuoDv1erjD6oDdZiv0mp4/ "Hər konsertimdən mütləq maraqlı bir xatirə qalır"
- Finalda Qazandıq - Turan Manafzade
- TÜRKİYE 100 - TURAN MANAFZADE