Tural Bakuvi - Wikipedia
Tural Bakuvi (12 yanvar 1984, Bakı) — Azərbaycanlı bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi.
Tural Bakuvi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1984 (40 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 2001-ci ildən |
Həyatı
redaktəTural Bakuvi 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür.[1]
Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur. Azərbaycan musiqisi tarixində ilk dəfə xarici ölkə başçısının seçki kampaniyasının musiqisini bəstələmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdaoğanın 2018-ci ildə aparılan seçki kampaniyasi videosunun (Biz Birlikte Güçlüyüz) musiqisi Tural Bakuviyə aiddir. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Alim Qasımov, Gülyaz Məmmədova, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi sənətçilərlə işləyən Bakuvi, eyni zamanda Almaz Ələsgərova, Nadir Qafarzadə, Sədaqət Ulduz, Zaur Əmiraslanov, Günay İbrahimli, Rəmal Rəsul, Qismət Qrupu, Yaşar Yusub, Elvin Mirzəzadə, Rövşən Civişov, Xəyyam Zeynalov, Şəhriyar İmanov, Anar Yusub və sair bu kimi onlarla ifaçı və musiqiçlərlə də iş birliyi etməkdədir. Müxtəlif verilişlərin ("Dəyişirəm"/ATV/[2], "Əslində mən"/ANS/[3] və s), teleserialların, bədii və sənədli filmlərin ("Canavar qoxusu" bədii filmi[4], "Sonun Başlanğıcı"[5], "Bağlı qapı", "Səadət" və s. teleserialların, "Seyyid Yəhya Bakuvi (Xəlvətdə qalmış müdrik)" və s. sənədli filmlərin[6]) musiqi müəllifi olan Tural Bakuvi öz ləqəbini Seyid Yəhya Bakuvi və Baba Kuhi Bakuvidən götürmüşdür. Neftçi Futbol Klubunun azarkeşi olan bəstəkar, bu klubun rəsmi marşının müəllifidir.
Musiqi ilə yanaşı, şer-qəzəl sahəsində də özünü göstərən Tural Bakuvinin instrumental əsərlərindən daha çox Payız[7],Bahar[8],Qış[9], Şərq[10], Nostalji[11], "Təbriz", "Gizli Sevgi", "Xatirələr" və sair kompozisiyaları tanınmışdır.
Tural Bakuvi mahnı və kompozisiyaları ilə yanaşı, çox sayda tarixi-araşdırma məqalələri də yazmışdır.
İstinadlar
redaktə- ↑ "İlin bəstəkarı seçildi". 2013-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-17.
- ↑ "Tural Bakuvi nələr danışdı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ "Tural Bakuvinin musiqiləri verilişlərdə istifadə olunur". 2014-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ "Tural Bakuvinin musiqiləri Canavar Qoxusunda". 2014-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ "Tural Bakuvi seriala musiqi yazır". 2014-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ "Bakuvi Bakuviyə musiqi yazacaq". 2014-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ "Tural Bakuvinin "Payız" kompozisiyası". 2014-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ "Tural Bakuvinin "Bahar" kompozisiyası". 2014-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ Tural Bakuvinin Qış kompozisiyası
- ↑ Tural Bakuvidən Şərq Kompozisiyası[ölü keçid]
- ↑ Tural Bakuvidən qəlbləri fəth edən kompozisiya
- ↑ "Atüstü sözlər müsiqimizi nə günə salır?". 2012-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
- ↑ «Atüstü yazılmış sözlər dərin musiqini bərbad hala sala bilər»[ölü keçid]
- ↑ "Tural Bakuvi: «Azərbaycanda gənc bəstəkarlar çox gec tanınır»". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
- ↑ "Arxivlənmiş surət". 2013-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.