Tural Abbasli - Wikipedia
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri.[3]
Tural Abbaslı | |
---|---|
Ağ Partiyanın sədri | |
Vəzifədədir | |
26 iyun 2016-cı ildən[a] | |
Əvvəlki | Vəzifə təsis edildi |
Müsavat Partiyası Gənclər Təşkilatınln sədri | |
? – 25 iyun 2013 | |
Sonrakı | Əhliman Abbas |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 sentyabr 1982 (42 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Müstəqil Azərbaycan Universiteti (bakalavr) Bakı Dövlət Universiteti (magistratura) |
Fəaliyyəti | siyasətçi |
Atası | Feyruz Abbaslı |
Anası | Baxşıxanım Abbasova |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib.[4]
Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013),[5] "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi"[6] və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür.[7] 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.[8]
Həyatı
redaktəTural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı[9] anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub.[9][10] Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.[11]
Təhsili
redaktəTural Abbaslı 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib. 1999–2003-cü illərdə o, Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə BDU-nun Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olmuş, lakin təhsil aldığı müddətdə BDU-dan qovulduğu üçün[12] təhsilini 2022-ci ildə tamamlaya bilmişdir.[13]
Ailəsi
redaktəTural Abbaslı Müsavat Partiyasının sabiq Divan üzvü Başxanım Abbasovanın oğludur.[11] Onun qardaşı, leytenant Teymur Abbasov İkinci Qarabağ müharibəsi zamanı ölmüşdür.[14]
Tural Abbaslı ailəlidir.[15]
Siyasi fəaliyyəti
redaktəErkən illəri
redaktəTural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış və 2000–2016-cı illərdə burada gənclər təşkilatının sədr müavini, Səbail rayon təşkilatında sədr müavini, gənclər təşkilatının sədri, partiya divan heyətinin üzvü olmuşdur.[16][13]
2011-ci ildə İctimai Palatanın Bakının mərkəzində, Ərəb baharı inqilabları ərəfəsində keçirdiyi mitinqin təşkilatçısı kimi 2 il 6 ay həbs cəzasına məhkum edilib[17] və həmin il Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.[18][19][18][13]
2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da seçilə bilməyib.[20]
O, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin, 2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub.[13]
Ağ Partiyası
redaktə2016-cı ildən Ağ Partiyasının sədri kimi fəaliyyət göstərən Abbaslı,[21] partiyanın 10.000-dən çox üzvü olduğunu qeyd edib.[22] O, buna qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013),[5] "Ağ Blok" kimi bir sıra müxalif siyasi qurumlarda da təmsil olunub. Həmçinin, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin[6] və 2019-cu ildə siyasi partiyaların birliyi olan "Azərbaycan Xalq Hərəkatı" adlı qurumun təsisçilərindən biri olub.[23]
2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.[24][25][26][27]
Seçkilərdə iştirakı
redaktəTural Abbaslı 2018-ci ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür.[7] Bununla yanaşı, 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilərində də 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.[13]
Açıqlamaları
redaktəAbbaslı mətbuata verdiyi bir müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir.[28] Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb.[29] O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.[30] Abbaslı mətbuata verdiyi bir digər müsahibəsində "AĞ Partiya olaraq biz ən aşağı təbəqənin partiyasıyıq ! Biz məmurların, harınlamışların partiyası deyilik... Fəhləsinin, kəndlisinin partiyasıyıq..!" demişdir.[31]
Qeydlər
redaktə- ↑ Vahid Azərbaycan Partiyasının 26 iyun 2016-cı il tarixli qurultayında partiyanın adı Ağ Partiya olaraq dəyişdirilmiş və Tural Abbaslı sədr seçilmişdir.[1] Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən 7 may 2020-ci il tarixində təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. 4 sentyabr 2023-cü ildə "siyasi partiyalarla bağlı qanun" layihəsinə əsasən yenidən dövlət qeydiyyatına alınmışdır.[2]
İstinadlar
redaktə- ↑ "Vahid Azərbaycan Partiyasının adı dəyişdirilib, Müsavat başqanlığına sabiq namizəd yeni sədr seçilib". 2016-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ "Azərbaycanda adları dəyişən PARTİYALAR". 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ "Ağ Partiyasının Nizamnaməsi". 2018-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
- ↑ "Arif Hacılı Müsavat partiyasının yeni başqanı seçilib". bbc.com (az.). BBC. 27 sentyabr 2014. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.
- ↑ 1 2 "Milli Şura üzvlərinin siyahısı". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
- ↑ 1 2 Cavanşir ABBASLI. "Qarabağ mitinqinə icazə verilmədi". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ 1 2 . https://report.az https://report.az/daxili-siyaset/azerbaycanda-prezident-seckilerinde-sekkiz-namized-mubarize-aparacaq-yekun-si-yahi/ (#bare_url_missing_title). 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ "DAİRƏLƏR ÜZRƏ SEÇİLMİŞ NAMİZƏDLƏR". infocenter.gov.az (az.). Mərkəzi Seçki Komissiyası (Azərbaycan). 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
- ↑ 1 2 "Tural Abbaslının anası: "Həbsdən çıxan kimi Tural hansı qızı göstərsə, ona da elçi gedəcəm"". azxeber.com (az.). 13 iyun 2016. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
- ↑ ""Qaynar Qazan"da Tural Abbaslı (I hissə): "Parçalanmanı Arif Hacılı etdi"-VİDEO". xural.com (az.). Xural qəzeti. 12 mart 2019. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
Evi tapdıq və evə daxil olan kimi anası, tanınmış siyasətçi, Müsavat Partiyasının Divan üzvü Başxanım müəllimənin təqdimatında canlı bir tarixin içinə düşdük sanki.
- ↑ 1 2 ""Turalı məktəbdən meydana aparırdım»". azadliq.info (az.). Azadlıq (qəzet). 21 may 2011. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
- ↑ "Tural Abbaslı BDU-nu məhkəməyə verməyə hazırlaşır". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
- ↑ 1 2 3 4 5 "TURAL ABBASLI" (az.). https://agpartiya.com/. Archived from the original on 2023-11-21. İstifadə tarixi: 21 noy 2023.
- ↑ "Tural Abbaslının qardaşı Füzuli döyüşlərində həlak olub". meydan.tv (az.). 13 oktyabr 2020. 26 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 apr 2022.
- ↑ "Tural Abbaslının xanımı SİRLƏRİ AÇDI: "Yoldaşımın ən yaxın siyasi məsləhətçisi…" - MÜSAHİBƏ". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- ↑ "Müsavatdan Tural Abbaslı ilə bağlı bəyanat". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ "TURAL ABBASLI və ƏHƏD MƏMMƏDLİ MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏYİBLƏR". https://musavat.com/. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- ↑ 1 2 "Amnesty "vicdan məhbusları"nın azadlığa buraxılmasını tələb edir". https://www.theguardian.com. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- ↑ "Müsavat partiyası gənclər təşkilatının rəhbəri Tural Abbaslı saxlanılıb". https://www.bbc.com. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
- ↑ "Müsavat Partiyasının VIII qurultayı keçirilir" (az.). https://apa.az. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ [1] Tural Abbaslı: “Əsas siyasi rəqibimiz hakim partiyadır” at the Wayback Machine (archived 2020-07-07)
- ↑ "Azərbaycandakı bəzi siyasi partiyalar üzvlərinin sayını açıqlayıb - SORĞU". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
- ↑ "Azərbaycan Xalq Hərəkatı yaradılıb". 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ "'AK Parti' kardeş ülkelerin umudu". yeniakit.com.tr (türk). Yeni Akit qəzeti. 15 may 2017. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
Ayrılma kararını verince aynı zamanda savunduğumuz Türk İslam Birliği, Milli Görüş düşüncelerini ortaya koyacağımız, sağ merkeziyetçi bir parti kurmayı düşündük ve bu düşüncemizi uygulamaya koyulduk. Buna kadar da çok güzel bir örnek vardı dost ve kardeş Türkiye`de: Adalet ve Kalkınma Partisi. Biz de AK Parti isimli bir parti oluşturmak adına arkadaşlarla bir karar verdik.
- ↑ ""Müsavat partiyası artıq yoxdur" – Tural Abbaslı İDDİALI DANIŞDI". bizim.media (az.). "Bizim Media". 12 dekabr 2021. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
Amma təbii ki, bizə çox xoşdur ki, Türkiyənin “AK Partisi” ilə eyni ideoloji xətt üzrə hərəkət edirik.
- ↑ "Tural Abbaslı: "Əsas siyasi rəqibimiz hakim partiyadır"". musavat.com (az.). Yeni Müsavat (qəzet). 1 iyul 2016. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
Təki bizi AKP-yə oxşatsınlar, onun uğurlarını Azərbaycanda təkrar edə bilək. Bizim üçün bu, fəxr olar. Eyni ideoloji düşüncədə olduğumuz üçün də belə bənzətmə xoşdur.
- ↑ "Tural Abbaslı: "Müsavatın Arif Hacılıya aidiyyəti yoxdur"". teleqraf.com (az.). "Teleqraf.com xəbər portalı". 2 İyun 2017. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
Türkiyədəki AKP-nin ideologiyasına uyğun partiya qururuq.
- ↑ "Tural Abbaslı: "Kəramət Böyükçöl şantajla məşğuldur" – İşdən kənar". kulis.az (az.). 13 sentyabr 2021. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fev 2022.
Hə, deyirlər Tural populistdir, pafoslu danışır və s. Siyasətçi populist olmalıdır.
- ↑ "Tural Abbaslı: Navalnı Qərbin bir projesidir". 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
- ↑ "Tural Abbaslı: Putinin yerinə olsam, mən də belə edərdim — Video". 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
- ↑ "TURAL ABBASLI". agpartiya.com. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
Xarici keçidlər
redaktə- agpartiya.com — Rəsmi saytı
- Tural Abbaslı — Instagram səhifəsi
- Tural Abbaslı — Facebook səhifəsi