Tulou - Wikipedia
Tulou (çin. 土樓 - torpaq binası) – dairəvi, dördbucaq, düzbucaq və ya onların qarışığı formada olan Hakka etnik qrupun memarlığına aid olan ənənəvi bina növü.[1]
Baxmıyaraq ki, tulouların çoxu doğrudan da torpaqdan tikilmişdi, bu söz fərqli tikinti materialları növlərinin istifadəsi ilə qurulan binalar üçün istifadə edilir. Onlardan bəziləri qranitdən və ya yanmış kərpiçdən tikilib. Bu günə qədər qalmış ən böyük tuloular sadəcə torpaqdan yox, torpaqnan qum və sahetu adlanan əhəng daşların qarışığından tikilirdi.[2] Buna görə Pan An tulou ifadəsini abadlı və ya kommunal bina (çin. 聚居建筑) ifadəsi ilə əvəzləməyə təklif edib. Halbuki, Çin yazıçıların çoxu onları hələ də tulou adlandırır.[3] Fərqli növlərə aid olan, basılmış torpaqda tikilən evləri demək olar ki, Çinin bütün yerlərində tapmaq olar. Buna görə, ənənəvi Çin memarlığının araşdırmaçısı, Huan Hanmin tulou ifadəsi üçün Fucanda istifadə olunan tərifin daha uyğun olmasını yazır: tulou basılmış torpağın istifadəsi ilə qurulmuş, daşıyan divarla tikilən və bir icma (qrup və ya ailə) tərəfindən yaşayış üçün istifadə olunan böyük binadır.[4] Onların tikilməsi haqqında ən erkən mənbə 1558-ci ilə aiddir. Amma, iddia olunur ki, onnan da erkən tulou var idi. Tulouların məqsədi vəhşi heyvanlardan, quldurlardan və sərkərdələrdən müdafiə idi.[5] Amma, Cin Jen iddia edir ki, Çin vətəndaş müharibəsi (1927-1949) zamanı tikilən tuloular müdafiə üçün yox, kommunal yaşayış üçün istifadə olunurdu.[6] Tulouların çoxluğunun tək girişi olur, bəzilərin isə baş girişdən 90 dərəcədə əlavə girişi var. Onların hündürləri 10-20 metrə olur və birində yüzdən çox adam yaşaya bilərdi.[7] Başqa mənbələrdə isə, ortalama otaq sayı 200, ərazisi isə 3000 kvadrat metrə olduğu yazılır.[6] Amma, indi tulou sakinlərinin sayı azalıb.[5][8]
Onların görünüşlərinə görə soyuq müharibə zamanı Amerikalılar tuloular ilə döyüş raketləri üçün silos quyuları səhv salıblar.[9][10]
Huan Hanmin verdiyi yerli tərifinə əsaslanaraq, Çində mövcud olan basılmış torpağı istifadə edən memarlığından ancaq üç, Hakka və Hokkien etnik qrupları ilə bağlı bölgə növlərini tulou kimi sayır:[11][12]
- Quandon tulouları: Quandon bölgəsinin şimalındaki veilonvu (çin. 围龙屋; weilongwu) və şimal-şərqindəki veivu (çin. 围屋; weiwu) tinkintiləri;[11][13]
- Szyansi tulouları: Szyansi bölgəsinin cənubundaki tuveidzi (çin. 土围子; tuweizi) tikintiləri;[11][13]
- Fucyen tulouları: Fucyen bölgəsinin cənubundaki bir neçə tinkinti növləri.[11]
2008-ci ildə Çinin 46 Fucyen tulouları UNESCO Ümumdünya irsi siyahısına daxil edilib. Bu 46 tulou XV və XX əsrlərin arasında tikilib və hərəsində 800-ə qədər insan yaşayırdı.[14]
Müasir incəsənətdə
redaktə- Qudus beşliyin sirrləri cizgi filmindəki Bao Qu uşaq evi tuloudur.
- Kunq-fu basabası filmindəki bəzi hissələri tulouda baş verir.
- Front Mission 3 video oyunda Yondində fonda tuloular görünür. Ordaki barda Qeyri-oyunçu personajlarla danışsanız, onlar tuloulardan söhbət aparacaqlar.
- Çin Yeni ili zamanı Malayziyada bəzi ticarət mərkəzlərinin içində balaca tulou reproduksiyası quraşdırılır.[15][16]
- 2020-ci ilin Mulan filmində Mulanın ailəsi bir Fucyen tulousunda yaşayır.[17] Filmin saundrekində Tulou Courtyard (Extended) adlı trek var.[18]
- Malakka şəhərində yerləşən Han Araşdırmaların Malayziya Akademiyasının (ing. The Malaysia Academy of Han Studies) binası 2016-cı ildə tulou şəkildə tikilmiş.[19]
İstinadlar
redaktə- ↑ "The Genes of Tulou: A Study on the Preservation and Sustainable Development of Tulou by Shao-Sen Wang, Su-Yu Li and Shi-Jie Liao". 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
- ↑ Knapp, Ronald G.. China's old dwellings. Honolulu: University of Hawaiʻi Press, 2000. 266. Print.
- ↑ p.260
- ↑ Huang, Hanmin (黄汉民), 福建土楼-中国传统民居的瑰宝 (Fujian Tulou: a jewel of China's traditional residential architecture), 三联书店 (Sanlian Books), 2009, ISBN 9787108031754 (Revised edition)
- ↑ 1 2 TOM O'NEILL. "Arxivlənmiş surət". National Geographic. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ 1 2 Jing, Zheng. "The State Army, the Guerrillas, and the Civilian Militias: Politics and the Myth of theTulou, 1927-1949". Traditional Dwellings and Settlements Review. International Association for the Study of Traditional Environments (IASTE). 24 (2). 2013: 51–64. 2019-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10/11/2019.
- ↑ pp.260, 266
- ↑ EDWARD WONG. "Monuments to Clan Life Are Losing Their Appeal". New York Times.
- ↑ Biju Sukumaran. "China's ancient 'donut-like' homes: Where to see the tulou". CNN. 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.
- ↑ From the Earth
- ↑ 1 2 3 4 Huang, 2009. səh. 114
- ↑ (Nomination 2008, С. 4). The nomination restricts the term tulou to these 3 provinces. Quote: "In the southeastern Chinese provinces of Fujian, Jiangxi and Guangdong, there exist a lot of buildings with a long history called 'Tulou'."
- ↑ 1 2 These are described as weiwu (围屋) or wei (围) in: Chen Liang, Another cluster of Tulou in Longnan of Jiangxi bordering Fujian Arxivləşdirilib 2015-06-27 at the Wayback Machine. China Daily. Published on www.whatsonxiamen.com on 2008-07-19
- ↑ Centre, UNESCO World Heritage. "Fujian Tulou". whc.unesco.org (ingilis). 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.
- ↑ [1][ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
- ↑ "Arxivlənmiş surət". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
- ↑ "Arxivlənmiş surət". 2021-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
- ↑ "Arxivlənmiş surət". 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-06.