Triqlav Milli Parki - Wikipedia
Triqlav Milli Parkı (sloven. Triglavski narodni park) — Sloveniyada yerləşən milli park. Sloveniyanın yeganə milli parkıdır. Milli park ölənin şimal-qərbində, Alp dağlarının cənub-şərq hissəsində yerləşmişdir. Triqlav dağları Yuli Alp dağlarının ən hündür zirvəsi olmaqla yanaşı Sloveniyanın da ən hündür nöqtəsidir. Dağ düz milli parkın ortasındadır. Bu milli parkdan bir neçə çay başlanğıc götürür. Soça və Sava çayları uyğun olaraq Adriatik dənizi və Qara dənizə tökülür.
Triqlav Milli Parkı | |
---|---|
sloven. Triglavski narodni park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 880,07 km2[1] |
Yaradılma tarixi | 1981[2] |
Yerləşməsi | |
46°20′ şm. e. 13°46′ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
www.tnp.si | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTriqlav Gölləri dərəsinində qoruma bölgəsi yaratmaq fikri ilk dəfə 1906 və ya 1908-ci ildə seysmoloq Albin Belar tərəfindən irəli sürülmüşdür. Amma bu təklif qəbul olunmamışdır, çünki qanun hər hansı təbiət ərazisinə girişin məhdudlanmasını qadağan edirdi.[3] "Memorandum" başlığı ilə sənəddə Beların məqsədi aydın şəkildə təsvir edilmişdi və sənəd 1920-ci ildə Sloveniya Əyalət Hökumətinə göndərilmişdi. Nəhayət, bu təklif 1924-cü ildə həyata keçirilmişdir. Sloveniya Muzey Cəmiyyəti Sloven Alpinizm Cəmiyyəti ilə birlikdə Triqlav Gölləri vadisini qorumaq üçün cəmi 14 km2 sahəni 20 illiyinə icarəyə almışdır. Milli park ilk zamanda Alp Qoruma Parkı adlanırdı, lakin park ərazisində mühafizəyə diqqət yetirmək mümkün deyildi. Triqlav Milli Parkı adı ilk dəfə 1926-cı ildə Fran Yesenko tərəfindən səsləndirilmişdir.
1961-ci ildə çoxillik səylərdən sonra milli parkın mühafizəsi yenilənmiş və sahəsi 20 km2-a çatmışdır. Parkın adı da dəyişdirilərək ölkənin simvolu Triqlav dağının şərəfinə Triqlav Milli Parkı olmuşdur. Lakin həmin il düşünülən hədəflərin hamısı yerinə yetirilə bilməmiş, növbəti 20 ildə milli parkın genişdirilməsi yenidən əsas məqsədə çevrilmişdir.
Nəhayət, 1981-ci ildə Triqlav Milli Parkı rəsmi olaraq qurulmuş və müasirləşdirilmişdir. Milli parkın sahəsi 838 km2 olmuşdur. 2010-cu ildə park ərazisinə Tolmin təpələri də əlavə olunmuşdur. Hazırda Triqlav Milli Parkının sahəsi 880 km2-dir (Sloveniya ərazisinin 4 %-i).
Hidroqrafiya
redaktəMilli parkda iki iri çay vardır: Soça çayı və Sava çayı. Milli parkda bir çox şəlalə də vardır, çoxu Soça çayı və qollarında yerləşir. Ən hündür şəlalə Boka şəlaləsidir (106 metr). Milli parkdakı btün göllər buzlaq mənşəlidir. Ən böyüyü Bohinj gölüdür. Digər göllərə Triqlav gölləri, Krin gölü, Aşağı və Yuxarı Krij gölləri aiddir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-17.
- ↑ "Arxivlənmiş surət". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-17.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-04-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-17.