Trim - Wikipedia
Trim və ya tənzimləmə flanşı (fletneri) — Hündürlük sükanı, qanadcıq və ya istiqamət rulu kimi daha böyük idarəetmə səthlərinə quraşdırılmış və pilot tərəfindən idarə olunan ikinci dərəcəli nəzarət səthləridir. Trim səthlər pilot tərəfindən bağlandığı səthlə bucaq ilə düzəldilir və təyyarənin istənilən vəziyyətdə çox güc sərf olunmadan uçmasına kömək edir. Azərbaycan aviasiyasında, trim, servo və balans tab kimi bütün ikinci idarəetmə səthlərinə fletner deyilir.
Demək olar ki, bütün təyyarələrdə hündürlük sükanı trimi, çox mühərrikli təyyarələrdə istiqamət sükanı trimi, qabaqcıl təyyarələrdə də bundan əlavə qanadcıq trimi vardır.
Hündürlük sükanı əvəzinə hamısı hərəkət edən monolitik üfüqi sabitləyici (stabilizator) olan təyyarələrdə hündürlük trim idarəsi bütün stabilizatoru hərəkət etdirir.
İş prinsipi
redaktəTrimin iş prinsipi əlavə olunduğu əsas nəzarət səthinə çox bənzəyir. Trim tənzimlənməsi pilot tərəfindən dairə və ya düymə şəklindəki nəzarətedici dəqiq şəkildə istifadə edilərək həyata keçirdilir. Tənzimləyicilərin məqsədi uçuş zamanı uçuş idarəetmə orqanlarındakı yükü götürərək pilot tərəfindən təyyarənin idarə edilməsini asanlaşdırmaq və uçuş təhlükəsizliyini artırmaqdır.
Trim hər hansı bir nəzarət səthinin ox (qarmaq) xəttindəki fırlanma anını sıfıra endirmək üçün istifadə olunur. Bu, pilotun istənilən uçuşa nəzarət sisteminə davamlı güc tətbiq etmək ehtiyacını aradan qaldırır. Pilot yaxşı fletner tənzimləmələri həyata keçirilmiş olan bir təyyarədəki idarəetmə sistemlərinə toxunmasa belə, təyyarə əlaqədar oxdakı mövcud vəziyyətini (attitude) böyük dərəcədə qoruyacaqdır.
Trim metodu
redaktəTrim tənzimləməsinə başlamazdan əvvəl pilot təyyarəni istədiyi vəziyyətdə sabit saxlayır. Bu vəziyyətdə əlaqədar komanda pilotun əlinə və ya ayağına müəyyən bir yük qoyacaqdır. Pilot trim idarəsini geriyə və irəli, sola və ya sağa hərəkət etdirərək yükü sıfıra endirir. Təyyarənin vəziyyəti hər hansı bir səbəbdən (sürət dəyişməsi, dırmaşma və ya enmə və s.) dəyişdikdə, pilot yenidən vəziyyətə görə trim tənzimləməsi həyata keçirir. Trim, uçuş boyunca tez-tez istifadə olunan bir nəzarət sistemidir.
Digər ikinci dərəcəli nəzarət səthləri
redaktəBalans nişanı (Balance tab)
redaktəBalans nişanı (balans fletneri), bəzi təyyarələrdə rulun üzərinə əlavə edilmiş ikinci dərəcəli nəzarət səthidir. Hündürlük sükanı ilə mexaniki şəkildə bağlıdır və onun əksi istiqamətində hərəkət edir. Məsələn, pilot qolu geri çəkəndə (özünə) hündürlük sükanı yuxarı qalxır və tarazlıq flanşı aşağı düşür. Beləliklə, pilotdan tətbiq etməsi tələb olunan qüvvəni azaldır. Tarazlıq avtomatik olaraq (pilotun birbaşa nəzarəti olmadan) işləyir. Uçuş öncəsi xarici kontrollerində pilot hündürlük sükanını əl ilə hərəkət etdirərək balans fletnerinin işləyib-işləmədiyini yoxlaya bilər.
Balans əleyhinə nişan (Anti-balance tab)
redaktəBalans əleyhinə nişan, hündürlük sükanının yerinə monolitik üfüqi sabitləyicisi (stabilizator) olan təyyarələrdə pilotun "əmr (komanda) hissini" artırmaq üçün istifadə olunan və balans nişanının əksi istiqamətində hərəkət edən fletner səthidir. Balans əleyhinə nişan stabilizatorun arxa tərəfi ilə "eyni istiqamətdə" hərəkət edir. Pilotun bu ikilik üzərində qələbəsi üçün daha çox güc sərf etməsi lazımdır. Bu sistem — xüsusilə yüksək sürətlərdə — pilotun stabilizatora lazım olandan çox nəzarət (komanda) tətbiq etməsinə mane olur.
Sabit balans nişanı (Fixed balance tab)
redaktəKöhnə təyyarələrdə mövcud olan "yerdə" nizamlanan ikinci dərəcəli nəzarət səthidir. Təyyarə hər hansı bir oxda arzuolunmaz bir meyl göstərirsə, əlaqədar nəzarət səthindəki əyiləbilən metal səth (fixed balance tab) hərəkət etdirilərək bu nəzarət səhvi aradan qaldırılmağa çalışılır. Sonra bu düzəlişin uçuş testləri ilə təsirli olub olmadığı yoxlanılır.
Servo nişanı (Servo tab)
redaktəServo flanş tarazlıq flanşına bənzəyir, lakin pilotun birbaşa nəzarətini tələb edir. Qol və ya pedallar əsas idarəetmə səthinin əvəzinə birbaşa servo fletterə bağlanmışdır və pilot hər hansı bir əmr (komanda) verdikdə, servo hava axını daxilində hərəkət edərək bağlı olduğu əsas idarəetmə səthinin əks istiqamətə (pilotun istədiyi istiqamət) hərəkət etməsini təmin edir.
Anti-servo nişanı (Anti-servo tab)
redaktəAnti-servo nişanı balans əleyhinə nişana bənzəyir və servo nişanın əksi istiqamətində hərəkət edir. Məqsəd pilotun tətbiq etdiyi qüvvəyə qarşı çıxaraq "əmr (komanda) hissini" artırmaqdır.
Kütləvi tarazlıq (Mass balance)
redaktəKütləvi tarazlıq və kütlə balansı yüksək sürətlərdə nəzarət səthlərindəki sarsıntını azaltmaq üçün istifadə olunan bir ağırlıqdır. İdarəetmə səthinin ağırlıq mərkəzini (CG) təyyarəyə bağlandığı oxa yaxınlaşdırır.