Trisinoz - Wikipedia
Trişinoz(lat. trichinellosis sinonim: trixinoz) —helmintoz.
Ümumi məlumat
redaktəTrişinoz, it, pişik, siçan, ayı və donuz başda olmaqla bir çox heyvanda rast gəlinən qurd xəstəliyidir. 3–4 mm-lik “trichinella” paraziti bağırsaq divarlarında yaşayır. Əsasən insanlar bu xəstəliyə az bişmiş donuz ətini yedikləri üçün tutulurlar.
Trişinoz, “trichinella” adı verilən parazitin səbəb olduğu önəmli bir xəstəlikdir. Parazit soxulcanlardan olan qurd insanın bədəninə yerləşib xəstəlik meydana getirir. İlk olaraq 1822-ci ildə Alman vətəndaşının əzələlərinin içində kirəclənmiş bir vəziyyətdə tapılan parazit sürfələri təsbit edilmişdir. Daha sonralar buna bənzəyən vəziyyətlər çox olmuşdur.
Trişinoz xəstəliyinə səbəb olan başlıca heyvan donuzlardır. XIX yüzilin ortalarında donuzlarda bu parazitə rastlanmışdır. Şimali Amerikada olan donuzlarda rastlanan bu parazit donuz əti ilə birliktə insana keçir. Bu xəstəliyə əsasən donuz ətinin istehlak edildiyi ölkələrdə daha çox rastlanır.
“Trichinella” paraziti olan yabani heyvanlarda və ev heyvanlarında xəstəliyin əlamətləri özünü büruzə vermir. Yəni heyvanlara bu parazit çox təsir etmir. Ancaq insanlarda bu vəziyyət fərqlidir. İnsan vücuduna yerləşən “trichinella” paraziti insanların ağır xəstəliyə tutulmasına, hətta ölməsinə səbəb olur. “Trichinella” paraziti xalq dilində donuz qurdu olaraq bilinir. Trişinoz xəstəliyinə müsləmanlarda çox rast gəlinmir. Çünki dini hökmlərə tabe olan insanlar donuz əti yemirlər.
“Trichinella” Paraziti və quruluşu
redaktə“Trichinella” paraziti dişi və erkək növlərə sahibdir. Çox kiçik olduğu üçün bu parazitlər göz ilə görülmür. İnsan vücuduna yerləşə bilən ən kiçik parazit növüdür. Dişi parazitin qarnında yumurtanın açılması ilə bala qurdcuqlar meydana gəlir. Bu meydana gələn parazitlər həyatlarını, adətən, leş yeyən heyvanlar üzərində sürdürürlər. Bu parazitlər donuzun əzələlərinə yerləşirlər. Donuz ətini yeməklə donuz əzələləri mədədə əriyir. Bu ərimə ilə qurdcuqlar vücuda yerləşir. Qısa bir zaman içində yetkin parazit halına gəlir və xəstəlik yayılmağa başlayır. Təxminən iki ay bağırsaqda yaşaya bilən bu qurdcuqlar insanın müdafiə sisteminə zərər verir.
Yetkin parazitlərin yaşama müddəti qısadır. Ancaq bu qısa müddət içində çoxlu qurdcuq doğulur. Yeni doğan qurdcuqlar nəcis yolu ilə vücuddan atılır. Ancaq bəzi qurdcuqlar nəcis yolu ilə atılmadığı halda damarlar vasitəsilə vücuda yayılır. Vücudumuzda olan əzələlər üzərində yaşamağa başlayırlar.
Trişinoz xəstəliyinin insan vücuduna zərərləri
redaktəYetkin parazitlər bağırsaqlara yerləşirlər. İnsan vücudunda bağırsaqlara zərər verən bu parazitlər bağırsaq iltihabını meydana getirir. Xəstə olan donuz ətləri yeyildikdən qısa bir müddət sonra xəstəliyin əlamətləri özünü göstərir. Xəstədə qusma, ürək bulantısı, baş və mədə ağrısı meydana gelir. Yəni qida zəhərlənməsinə bənzəyən əlamətlər ortaya çıxır. Bu parazitlər əzələlərimizə yerləşdikdən təxminən 2 həftə sonra göz problemləri ortaya çıxır. Gözlərdə şişmə, göz iltihabı və işıqdan qaçma halları baş verir. Yenə bu müddət içində xəstədə tərləmə, əzələ ağrısı, boğaz ağrısı olur. Bundan başqa ürək əzələsinə yerləşə parazitlər ürək pərdələrinin iltihablanmasına səbəb olur.
Göründüyü kimi insan əzələlərinə yerləşən parazitlər bədənə uzun bir müddət zərər verir. Bu parazitlər yaşamasalar belə əzələlərdə ölüsü olduğu üçün bədən bir müddət çətinlik çəkməyə davam edir.Xəstədə əzələ ağrıları olur.
Bu xəstəliklə bağlı tibb sahəsində işlər davam edir. İnsan bədəninə yerləşən bu qurdcuqlara qarşı istifadə edilən dərmanlar tam olaraq fayda vermirlər. Dərman üsulu ilə qurdlar öldürülsə belə bədəndə xəstəlik davam edir. Buna görə də indiki üsullar parazitlə mübarizə etmək yerinə parazitin bədənə verdiyi zərərləri aradan qaldırmağa istiqamətlənib.
Xəstəliyin irəliləmə vəziyyəti yeyilən ətin miqdarına bağlıdır. Əgər ət az yeyilmişsə və içindəki trişin az isə xəstəlik yüngül keçir. Ancaq ətdə olan parazit nisbəti çox isə və əti yeyən adamın müqavimət sistemi zəif isə xəstəlik ağır keçir. Ağır bir şəkildə xəstəliyə tutulan kəslərin təxminən 30%-i ölür. Uşaqların bədən müqaviməti daha zəif olduğu üçün xəstəlik uşaqlarda təsirli olur.
Trişinoz xəstəliyindən qorunmağın yolları və müalicə üsulları
redaktəƏn əhəmiyyətli qorunma üsulu donuz əti yeməməkdir. Əslində, donuz ətinin istehlak olunduğu ölkələr donuzları çox yüksək istilikdə bişirir və dondururlar. Bu şəkildə qurdların ölümünü təmin edirlər. Ancaq bu əməliyyatlar nəticəsində yenə də istənilən vəziyyət gerçəkləşmir və bir çox insan bu xəstəliyə tutulur. Trişinoz xəstəliyi bu günə qədər təxmini olaraq 10.000 adamda təsbit edilmişdir. Bu xəstəliyə tutulan bəzi insanlar həyatını itirmişlər. Edilən araşdırmalarda trişinoz xəstəliyinin ən çox yayıldığı ölkələrin sırasıyla; Rumıniya, Yuqoslaviya, Rusiya və Argentina olduğu görülmüşdür. Bu xəstəlik yalnız donuz əti ilə yayılmır. Bəzi ölkələrdə istehlak edilən at, ayı və suiti əti istehlakı bu xəstəliyə səbəb olur.
Müalicəsi hazırda tam olaraq təsirli deyil. Ancaq yeyilən ətin trişinoz daşıdığı aydın olan kimi mədə və bağırsaqlar təmizlənməlidir. Bu təmizləmə əməliyyatında xüsusi maddələr istifadə olunmalıdır.