Trekul Yukkasi - Wikipedia
Trekul yukkası (lat. Yucca treculeana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
Trekul yukkası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Trekul yukkası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəVətəni Şimali Amerikadır (Texasdan Şərqi Meksikaya qədər).
Botaniki təsviri
redaktəHündürlüyü 5 m-ə qədər, oduncaqşəkilli, zəif şaxələnmiş, yavaş böyüyən həmişəyaşıl növdür. Gövdəsi düz, ağımtıl rəngdədir. Yarpaq rozetləri ilə qurtaran budaqlı balaca ağacdır. İynəyarpaqları 30 dərəcəlik bucaq altında düzünə, dairəvi şətir əmələ gətirir. Mavi-yaşıl rəngli düz və ya bir az əyilmış yarpaqları sıx rozetlərə yığılmışdır. Sıx yerləşmış yarpaqları qılıncşəkilli, uzunluğu 120 sm-ə qədər, ortasında eni təxminən 7-9 sm olub, bünövrəsində tərəf ensizləşir. Yarpaqları dərili, hər iki tərəfdən çıxıntılı, xətvarıdır, tünd-yaşıl rəngdədir, uzunluğu 60-80 sm, süpürgə oxu çılpaqdır. Çiçək saplağı qısadır, çiçək qrupunun süpürgəsi şaxələnmişdir. Abşeron şəraitində çiçəkləyir, meyvə vermir. Yazda və yayda kök ətrafı zoğlarla və ya yarpaqsız gövdənin orta hissəsindən ayrılmlş qələmlərlə çoxaldılır.
Ekologiyası
redaktəİşıqlı sahələrdə və yaxşı drenajlı qidalı torpaqlarda normal böyüyüb inkişaf edir.
Azərbaycanda yayılması
redaktə1989-cu ildə Mərdəkan dendrarisinə introduksiya olunmuşdur. Abşeronda, Lənkəran zonasında park və bağlarda mədəni şəraitdə əkilib becərilir.
İstifadəsi
redaktəDekorativ bitki kimi tək və qrup əkinlərində, mərkəzi alleyalarda istifadəsi məqsədyönlüdür.
Məlumat mənbəsi
redaktə- Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
- ↑ Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 410–411. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8