Trabzonun Muhasiresi 1205 1206 - Wikipedia
Trabzonun mühasirəsi — 1205-ci ildən 1206-cı ilə qədər davam edən Anadolu Səlcuqlu dövlətinin Qara dənizin sahilində mühüm ticarət limanı olan Trabzon şəhərini ələ keçirmə təşəbbüsüdür. Səlcuqlular üçün uğursuzluqla nəticələnmişdir. Uilyam Miller bu təşəbbüsü "Aleksiosun I Qiyasəddin Keyxosrovun əmirlərinə itaətsizliyinin cəzası" olaraq açıqlayır.[1]
Trabzonun mühasirəsi | |||
---|---|---|---|
Bizans-Səlcuqlu müharibələri | |||
Tarix | 1205-1206 | ||
Yeri | Trabzon | ||
Səbəbi | Anadolu Səlcuqluların Trabzon imperiyasını cəzalandırma və Qara dənizə çıxış əldə etmə istəkləri | ||
Nəticəsi | Trabzon imperiyası qalib gəldi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Haqqında
redaktəMiçel Kursanskis bu uğursuz mühasirənin 1205-ci ildə Ərzurumu ələ keçirməyə çalışan, lakin uğursuz olan Trabzonun müttəfiqi Gürcüstan kraliçası Tamara cavab olduğunu bildirir. Sultan keyxosrov cəza səfərini Trabzona qarşı başlatdığı zaman yönünü yerli xalq tərəfindn qüvvələrinin hücuma məruz qaldğı Şimali Anadolu dağlarında bir neçə boğaz ilə məhdudlaşdırdı. Buna cavab olaraq, Aleksios Krıma səyahət edən və oradan geri dönən bütün tacirlərə dənizləri qapadaraq cavab verdi. İbn əl-Əsirin yazdığına görə, Orta Şərqin bir çox yerlərindən gələn və Trabzonun mühasirəsinə görə ciddi problemlər yaşayan tacirlər Sivasdakı böyük yarmarkada görüşdüklərində şikayətlərini sultana yüksək səslə bildirdilər.[2]
Kursanskis bu mühasirədəki uğursuzluğun 1214-cü ildə Səlcuqlu türklərinin Qara dənizə çıxışını təmin edən Sinopun uğurlu formada ələ keçirməsinə səbəb olduğunu bildirir.[3]
İstinadlar
redaktə- ↑ Miller, Trebizond: The last Greek Empire of the Byzantine Era: 1204-1461, 1926 (Chicago: Argonaut, 1969), p. 16
- ↑ Kuršanskis, "L'empire de Trébizonde et les Turcs au 13e siècle" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, Revue des études byzantines, 46 (1988), pp. 110f
- ↑ Kuršanskis, "L'empire de Trébizonde", pp. 111f