Trabzon Muzeyi - Wikipedia
Trabzon Muzeyi (türk. Trabzon Müzesi) və ya Kostaki malikanəsi (türk. Kostaki Konağı) – Türkiyənin Trabzon şəhərində yerləşən tarixi ev-muzey.
Trabzon Muzeyi | |
---|---|
Əsası qoyulub | 22 aprel 2001 |
Açılış tarixi | 22 aprel 2001 |
Ölkə | |
Yerləşir | Trabzon |
41°00′18″ şm. e. 39°43′35″ ş. u.HGYO | |
muze.gov.tr/tr/muzeler/t… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMalikanə 1900-cü illərin əvvəllərində yunan mənşəli bankir olan Kostaki Teofilaktosun şəxsi iqamətgahı kimi tikilmişdir.[2] Memarı italyan mənşəli şəxs olmuş və tikinti materialları İtaliyadan gətirilmişdir. Lakin memarın adı naməlumdur.[3]
Teofilaktos 1917-ci ildə müflis olmuş və malikanəsi də daxil olmaqla, bütün mülkləri müsadirə olunmuşdur. Tikilinin yeni sahibləri Nemlioğlu ailəsi olmuşdur.[3]
Türkiyə İstiqlaliyyət müharibəsi zamanı malikanə hərbi qərargah kimi istifadə olunmuşdur. 1924-cü ildə Mustafa Kamal Trabzona səfər edəndə malikanəyə dəvət olunmuşdur. O və xanımı Lətifə Uşşaqi 15-17 sentyabr tarixlərində burada qalmışdırlar.[3]
1927-ci ildə tikili Trabzon meri Ali Qalip bəy tərəfindən milliləşdirilmiş və 1931-ci ilə qədər merin iqamətgahı kimi istifadə olunmuşdur. 1931-37-ci illərdə müfəttiş ofisi olmuşdur.[3]
1937-ci ildə Kostaki malikanəsi Milli Təhsil Nazirliyi tərəfindən idarə olunmağa başlamış və 50 il boyunca qızlar liseyi kimi istifadə olunmuşdur. 1987-ci ildə tikili Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə keçmiş və muzeyə çevrilmişdir.
Muzey
redaktəMuzey binası 1988-2001-ci illərdə bərpa olunmuşdur. 22 aprel 2001-ci ildə Trabzon Muzeyi kimi yenidən açılmışdır. Muzeyin kolleksiyasına 3.651 eksponat daxildir.[3]
Tikili üç mərtəbədən və zirzəmidən ibarətdir. Zirzəmidə arxeoloji əsərlər, birinci mərtəbədə isə etnoqrafik kolleksiyalar sərgilənir. Birinci mərtəbədəki eksponatlara malikanənin memarlığı və tarixi haqqında olan eksponatlar da daxildir. Çardaq hissəsi muzeyin idarəçiliyi üçün ayrılmışdır.[3]
Muzeyin arxeologiyasında bölməsində qədim sikkələr, eləcə də, Tunc, Klassik, Ellin, Roma və Bizans dövrlərinə aid olan bazalt, mərmər, keramika, metal və şüşə eksponatlar sərgilənir.[4] Birinci mərtəbənin divarları barokko üslubunda olan və əllə işlənmiş əsərlər bəzədilmişdir.[2][3] Muzeyin etnoqrafiya hissəsində regiona xas olan əsərlər sərgilənir. Bu əsərlərə İslam mədəniyyətinə və Osmanlı dövrünə aid əsərlər daxildir.[3]
Qalereya
redaktə-
Fasadı.
-
Nərdivanlar.
-
Salon.
-
Yemək otağı.
-
Tavanı.
-
Şüşə panel.
İstinadlar
redaktə- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ 1 2 "Müzeler-Trabzon Müzesi (Eski Kız Meslek Lisesi)" (türk). trabzon.org. 2010-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-23.
- ↑ 1 2 3 4 5 6 7 8 "Trabzon Müze Müdürlüğü" (türk). Kültür ve Turizm Bakanlığı. 2012-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-23.
- ↑ "Trabzon'un Abidevi Eserlerinden Kostaki Köşkü - Trabzon Müzesi (Kostaki Konağı)" (türk). Kara Lahana. 2010-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-23.