Topasan Qebiristanligi - Wikipedia
Topaşan_qəbiristanlığı - Haqqında Məlumat
Topaşan qəbiristanlığı — Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən ş.-də arxeoloji abidə.
Ərazi xalq arasında Post adlandırılır. Qəbiristanlıq torpaq yolun alt tərəfində yerləşir. Qəbirlərin əksəriyyətinin başdaşları düşmüşdür. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Başdaşlarında hicri təqvimi ilə 1017, 1191, 1300 və s. tarixli kitabələr vardır. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə qəbiristanlıqda olan daş qoçlar aparılmışdır. Başdaşları üzərində olan tarixlər qəbiristanlığın 300 ildən artıq istifadə olunduğunu təsdiq edir. Topaşan nekropolunu XVII–XX əsrlərə aid etmək olar.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan , 2008