Tonyukuk Abidesi - Wikipedia
Tonyukuk abidəsi və ya beynəlxalq ədəbiyyatdakı Bain Tsokto kitabələri 8-ci əsrdə Orxon çayı vadisində yazılmış yazılmış olan Göytürk kitabələrindən biridir. Tonyukuk abidəsi Tonyukukun özü tərəfindən 720–725-ci illərdə qoyulmuşdur.
Tonyukuk abidəsi | |
---|---|
47°41′40″ şm. e. 107°28′33″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu abidədə türklərin müharibə strategiyaları, müstəqillik uğrunda gedən döyüşlər, Tonyukukun türk milləti üçün apardığı mübarizələr nəzərə çarpır.[1] Türk tarixinin ən qədim yazılı sənədlərindən biri olan Tonyukuk abidəsi İkinci Göytürk xaqanlığı dövrünün böyük vəziri, komandanı və məsləhətçisi Tonyukukun ölümündən əvvəl özü tərəfindən qoyulmuş iki dört tərəfli kitabələrdən ibarətdir.[2]
Bilgə xaqan abidəsi və Kültigin abidəsindən 360 km şərqdə yerləşir. 1897-ci ildə botanik Yelizaveta Klements tərəfindən kəşf edilmişdir.[3] Açıq ərazidə olduğundan və lazımi səviyyədə qorunmadığı üçün zərər görmüşdür.[4]
Ümumi məlumat
redaktəBaykal gölünün cənubunda, Monqolustanda Orxon çayı vadisində Koşo Saydam gölünün yaxınlığında yerləşir.
İstinadlar
redaktə- ↑ Erdem Konur. "Orxon yazılarında sosial və siyasi mesajlar" (türk. ). www.academia.edu. 2020-06-11 tarixində arxivləşdirilib.
- ↑ Cengiz Alyılmaz. "Bilge Tonyukuk Yazıtları Üzerine Birkaç Düzeltme" (PDF) (türk. ). www.turkdilleri.org. 21 sentyabr 2016 tarixində arxivləşdirilib (PDF).
- ↑ (türk. ). www.academia.edu https://www.academia.edu/7115423/G%C3%B6kt%C3%BCrk_Yaz%C4%B1s%C4%B1n%C4%B1_%C3%96%C4%9Frenme_K%C4%B1lavuzu_Yavuz_TANYER%C4%B0 (#bare_url_missing_title). 2020-06-11 tarixində arxivləşdirilib.
- ↑ Cengiz Alyılmaz. "Bilge Tonyukuk Yazıtları Üzerine Birkaç Düzeltme" (PDF) (türk. ). www.turkdilleri.org. 21 sentyabr 2016 tarixində arxivləşdirilib (PDF).