Toma Corba - Wikipedia
Toma Feodosyeviç Çorba ( mold. Toma Ciorbă; 15 yanvar 1864, Kişinyov, Bessarabiya quberniyası[d] – 30 dekabr 1936) — Bessarabiya həkimi, ictimai səhiyyə təşkilatçısı və ictimai xadim.[1]
Toma Çorba | |
---|---|
Doğum tarixi | 15 yanvar 1864 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 dekabr 1936 (72 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəToma (Foma Feodosyeviç) Çorba 1864-cü ildə Kişinyov şəhərində anadan olub. Kişinyov kişi gimnaziyasında təhsil almışdır. 1893-1896-cı illərdə Kişinyovda sanitariya həkimi vəzifəsində işləmiş, 1893-1903-cü illərdə isə rayon xəstəxanasının psixiatriya şöbəsində çalışmışdır. 1896-cı ildə bir yoluxucu xəstəliklər xəstəxanasını qurdu, burada 1932-ci ilə qədər baş həkimi vəzifəsini icra etdi. Çorba, 1896-1935-ci illərdə təsis etdiyi xəstəxananın binasında yaşayırdı. 1903-cü ildə Kişinyov talanından sonra sanitariya doktoru M. Frenkel ilə birlikdə şəhərin yəhudi qəbiristanlığında öldürülənlərin cəsədlərini və şəhərin yəhudi xəstəxanasında yaralananları yoxladı və sənədləşdirdi .[2]
Rus-Yapon müharibəsinin başlanmasından sonra, Qırmızı Xaçın yerli şöbəsinin üzvləri tərəfindən qərara alındı ki, Çorba bir il yarım işlədiyi Uzaq Şərqdə bərpa olunan Bessarabiya hərbi qospitalını idarə etsin.
Toma Çorba Bessarabiya şəhərində məcburi olaraq təbii çiçəyə qarşı peyvənd və difteriyaya qarşı isə seroterapiya tətbiq etdi.
Çorba, Kişinyovun sanitar vəziyyətinə dair, başçılıq etdiyi xəstəxanasının infeksiya və psixiatriya şöbəsinin fəaliyyəti haqqında bir sıra işlərin müəllifidir.[3] 1932-ci ildə xəstəxana direktoru kimi təqaüdə çıxdı. 1936-cı ildə vəfat etmişdir. O, Kişinyov şəhərindəki Mərkəzi (erməni) qəbiristanlığında dəfn edildi. 1964-cü ildə Kişinyov şəhərindəki köhnə Qospitalnaya küçəsinə Toma Çorbanın adı verildi. [4]
Kişinyov Respublika İnfeksion Klinik Xəstəxanasını Toma Feodosyeviç Çorbanın adını daşıyır, önündə isə 1965-ci ildə Toma Çorba xatirəsinə həsr olunmuş bir bəyaz xatirə lövhəsi quraşdırılıb. (memar I. Qritsenko)[5]
İstinadlar
redaktə- ↑ Тома Феодосьевич Чорба (1864-1936)[ölü keçid]
- ↑ "Чорба, Тома Феодосьевич - Словари и энциклопедии на Академике". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
- ↑ "Тома Чорба | Блог молдавского капиталиста". 2019-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
- ↑ "Clinica Universitara Stomatologica, Str. Toma Ciorba, 42 - Kompass". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
- ↑ Тома Чорбэ (1864-1936) – выдающийся бессарабский врач-гуманист (115 лет со дня рождения)