Tokay Huseynov - Wikipedia
Tokay Hüseynov (tam adı: Tokay Məhərrəm oğlu Hüseynov; d. 23 oktyabr 1945, Bakı,Azərbaycan SSR, SSRİ) — AMEA Biofizika İnstitutu, Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor.
Tokay Hüseynov | |
---|---|
Tokay Məhərrəm oğlu Hüseynov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vətəndaşlığı |
Azərbaycan SSR→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Məhərrəm Hüseynov |
Elm sahəsi | Biofizika |
Elmi dərəcələri | Biologiya, elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | AMEA Biofizika İnstitutu, Ekoloji biofizika laboratoriyasının müdiri |
Təhsili | BDU |
Tanınır | Biofizik, alim |
Mühüm layihələri |
Canlı və konservləşmiş toxumalarda sərbəst radikallı oksidləşmə prosesləri. Selenin ekologiyası və antioksidləşmə amil kimi onun funksional rolu. |
Üzvlüyü | Ali Attestasiya Komissiyasının biologiya elmləri üzrə Ekspert Şurasının üzvü və sədri olmuşdur. Azərbaycan Biofizika Cəmiyyətinin və Rusiya Biofizika Cəmiyyətinin üzvüdür. Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının üzvüdür. |
Həyatı
redaktəHüseynov Tokay Məhərrəm oğlu 1945-ci il oktyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
Təhsili
redaktəTanınmış Gədəbəyli alim Məhərrəm Hüseyinovun övladı olan T. M. Hüseynov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1980-ci ildə Tiflis şəhərində namizədlik dissertasiyası, 1993-cü ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.
Elmi fəaliyyəti
redaktə1971–1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının fizika institutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1989–1998-ci illərdə isə Molekulyar biologiya və biotexnika institutunda laboratoriya müdiri vəzifəsində işləmişdir. 2000-ci ildən AMEA-nın fizika institutunda elmi fəaliyyətdə olmuşdur. O, biologiya sahəsində tanınmış görkəmli alimlərdən biridir. 70-ə yaxın elmi əsərin müəllifidir. Əsasən biofizika sahəsində tədqiqatlar aparan Tokay Hüseynov selenin ilk dəfə olaraq antioksidant təsirini öyrənməklə məşğul olmuşdur. T. H. Hüseynov hal-hazırda elektromaqnit sahələrini və şüalanmanın hüceyrələrə və canlı orqanizmlərə təsirini öyrənir. O, iki elmlər namizədinin elmi rəhbəri olmuşdur. 1996–2003-cü illərdə Ali Attestasiya Komissiyasının biologiya elmləri üzrə Ekspert Şurasının üzvü və sədri olmuşdur. Azərbaycan Biofizika Cəmiyyətinin və Rusiya Biofizika Cəmiyyətinin üzvüdür. Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının üzvüdür[1].[2]
Koronavirus, Ebola və digər RNT virus infeksiyalarının genomuna daxil olan HİV/AİDS-in inkişafına və patogenliyinə selen çatışmazlığının səbəb olduğunu, respublika və dünya gündəmində müzakirə mövzusu kimi ilk səsləndirən və problemin həll yolunu göstərən, Tokay Hüseynov ölkə daxilində və xaricində bir çox seminarlar keçmişdir. Hal-hazırda covid-19 və digər yolxucu xəstəliklərin müalicəsində, TƏBİB- və digər səhiyyə təşkilatları istifadə edirlər.[3][4][5]
Tokay Hüseynov, dünya və respublika əhəmiyyətli bir mövzuya aydınlıq gətirərək, kondisionerin havanın təbiilyini pozduğunu və havanın tərkibində olan vitaminləri öldürdüyünü bildirib. Bundan başqa, kondisionerli otaqların havasını tez-tez dəyişmək lazımdır, belə otaqlarda 2-saatdan çox qalmağı tövsiyə edilmir. Havanın tərkibində olan xoş-bakteriyalar və vitaminlər öldüyündən, havada zərərli bakteriyaların sayı artır və orqanizma belə halda müqavimət göstərə bilmir. Otaqda yüngül oksigen ionları var. Kondisioner işləyərkən həmin ionlar ölür. Həm də kondisioner işlədikcə otağa freon tipdə qaz buraxılır. Bu, qapalı yerdə insanlara çox pis təsir edir. Bunun üçün də kondisionerli otaqda uzun müddət qalmaq məsləhət deyil. Orqanizm isti və soyuq arasında mübarizə etməyə öyrəşib, isti-soyuq yeri dəyişəndə insanın müqaviməti azalır, xəstəlik ona daha tez yoluxur. [6]
Orenburq Dövlət Universitetinin Tədqiqat Bioelementologiya İnstitutunda "Bioelementlər" V Beynəlxalq elmi-praktik onlayn konfransında, Tokay Hüseynov "İnsanın ayrılmış eritrositlərində natrium nitrit və natrium selenitin oksidləşdirici qarşılıqlı təsirinin qatılıqdan asılılıq xüsusiyyətləri" mövzusunda məruzəsi də dinlənilib. O, məruzəsində rəhbərlik etdiyi laboratoriyada qan hüceyrələrinin antioksidant qorunması və bütövlükdə orqanizmdə immunitetin qorunması proseslərində selenin əsas rolunun aydınlaşdırılmasının əhəmiyyətli olduğunu dünyaya çatdırıb.[7]
Pedaqoji fəaliyyəti
redaktə2016-cı ildən AMEA-nın Fizika Institutunda magistrlərə mühazirə oxuyur[8].
Elmi əsərləri
redaktə- Алиева З.А., Гаджиев Р.В., Султанов Ю.А., Гусейнов Т.М., Юсифов Э.Ю. "Содержание селена и активность глютатионпероксидазных ферментов в тканях глаза при диабете". "Вестник офталмологии", 1985, т.101, № 3, стр.35–38
- Ляхнович Г.В., Гусейнов Т.М., Желтов Г.А., Глазков В.Н., Волотковский И.Д., Конев С.В. "Влияние интенсивного лазерного облучение на липипереокисление сечатки глаза". Доклады АН БССР, 1986, т.41, № 2, стр.59–61
- Гусейнов Т.М., Насибов Э.М., Джафаров А.И. "Участие селена в регуляции перекисного окисление липидов биомембран и активность глютатионпероксидазы" "Биохимия", 1990, т.55, № 3, стр.595–602
- Т.М. Гусейнов, Ф.Р. Яхъяева, Р.Т. Гулиева Влияние селена на устойчивость гемоглобина к фотоокислительным процессам. Украинский биохимический журнал, 2012, т.84, № 2, стр. 53–60.
- T. M. Huseynov, R. T. Guliyeva, Selenium – glutathione peroxidase relation in erythrocytes with G-6-PDH deficiency and the GP activity deviation during oxidation, ж.Микроэлементы в медицине т.17, № 1, с.24−29
- Guliyeva R. T., Huseynova S. Y., Huseynov T. M. A comparative characteristic of oxidative processes in erythrocytes at the hereditary hematological pathologies and selenium participation in them, The Journal of Genetics, 2016, v. 117, p. 178–181 ISJN: 4255–7158[8]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
- ↑ "Arxivlənmiş surət". 2019-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
- ↑ "Arxivlənmiş surət". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
- ↑ "Arxivlənmiş surət". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
- ↑ "Arxivlənmiş surət". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
- ↑ "Arxivlənmiş surət". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
- ↑ "Arxivlənmiş surət". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.