Tofiq Huseynov Filoloq - Wikipedia
Tofiq Hüseyn oğlu Hüseynov (21 aprel 1938, Göycəli, Qazax rayonu – 2 may 2020, Moskva) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri.[1]
Tofiq Hüseynoğlu | |
---|---|
Tofiq Hüseyn oğlu Hüseynov | |
Doğum tarixi | 21 aprel 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 2020 (82 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Filologiya |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili |
Həyatı
redaktəTofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdır.
1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. "Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və "Qan içində" romanı" mövzusunda namizədlik (1975), "Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı" mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib.
Elmi fəaliyyəti
redaktəPedaqoji fəaliyyəti
redaktə- İmişli rayonu və Qazax rayonunun Bəyazatlı kənd məktəblərində müəllim işləmişdir. (1961–1968)
- Azərbaycan Milli Ensiklopediyasında redaktor və BDU-da qiyabi təhsil şöbəsinin məsləhət məntəqə müdiri, metodist çalışıb. (1968–1975)
- Bakı Dövlət Universitetinin "Müasir Azərbaycan ədəbiyyatı" kafedrasında işləyir (1976-cı ildən)
- Ali təhsilin bakalavr pilləsində Müasir ədəbi proses, magistr pilləsində isə Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri və Elmin müasir problemləri fənlərindən dərslər aparır.
- 121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir.
- Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi dərəcəsi alıb, 5 dissertant və aspirantı var.
4 doktorluq dissertasiyasında elmi məsləhətçidir.
Tədqiqat sahəsi
redaktə- Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri. Ədəbi əlaqələr problemləri.
Konfrans və simpoziumlarda iştirakı
redaktə- Beynəlxalq Ukraynaşünaslıq konfransı (Kiyev.1993)
- Beynəlxalq Türkoloji simpoziumu (Krım, Simferopol.2004)
Kitablar
redaktə- Tarixi roman ustası. Bakı: Yazıçı, 1986
- Yusif Vəzir Çəmənzəminli. Bakı: Azərbaycan SSR "Bilik" Cəmiyyəti, 1987
- Azərbaycan Sovet ədəbiyyatı. Bakı: Maarif, 1988 (şərikli)
- Ədəbiyyatla yaşayıram. Bakı: Azərnəşr, 1993
- Söz-tarixin yuvası. Bakı: Azərnəşr, 2000
- Qurban Səid. Mübahisələr. Həqiqətlər. Bakı: Nurlan, 2004
- Müasir Azərbaycan ədəbiyyatı. 2 cild. C.1. Bakı: Bakı Universiteti nəşriyyatı, 2007 (şərikli)
- Müasir Azərbaycan ədəbiyyatı. 2 cild. C.2. Bakı: Bakı Universiteti nəşriyyatı, 2007 (şərikli)
İstinadlar
redaktə- ↑ . [1] Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine Bakı Dövlət Universiteti (az.)