Tosiyuki Fucivara - Wikipedia
Toşiyuki Fucivara (藤原稔由?, 1940) — Yaponiya diplomatı. Yaponiyanın Azərbaycandakı və Gürcüstandakı keçmiş səfiri.
Toşiyuki Fucivara | |
---|---|
yap. 藤原稔由 | |
1999 – 2002 | |
Əvvəlki | Tetsuya Hirose |
Sonrakı | Tadahiro Abe |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1940 |
Fəaliyyəti | diplomat |
|
|
Təltifləri |
Fəaliyyəti
redaktəToşiyuki Fucivara 40 il Yaponiya Xarici İşlər Nazirliyi sistemində fəaliyyət göstərmişdir. 1998-ci ilin fevralında Xarici İşlər Nazirliyində müstəqilliyini yenidən bərpa etmiş ölkələrlə iş üzrə şöbəyə rəhbərlik edərkən Azərbaycan prezidenti Heydər Əliyevin dövlət qonağı kimi dəvət olunması təklif etmişdir. 1999–2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş,[1] daha sonra bir müddət BMT-nin islahatlar üzrə xüsusi elçisi[2] və Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun baş direktoru kimi işləmişdir.[1] O, Azərbaycanda "maarifçi səfir" kimi tanınmışdır. Bu, Fucivaranın digər sahələrlə müqayisədə təhsilə daha çox diqqət yetirməsi və qısa müddət ərzində təhsillə bağlı çoxsaylı layihələrin, xüsusilə də "Ot kökləri və insan təhlükəsizliyi" qrant layihəsi əsasında məktəb tikintisinə diqqət yetirməsi ilə bağlı olmuşdur.[3]
Mükafatları
redaktə2004-cü ildə Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmiş Azərbaycanda ilin adamı mükafatını almışdır. Yaponiya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə 5 oktyabr 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[4]
İstinadlar
redaktə- ↑ 1 2 "Toşiyuki Fucivara: Azərbaycanın bugünkü sürətli inkişafının təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strategiya dayanır". AJMEDİA. 8 may 2023. 29 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2023.
- ↑ "Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun görüşləri" (PDF). Diplomatiya Aləmi (12): 14. iyul–sentyabr 2005. 2022-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 oktyabr 2023.
- ↑ "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış". Azərbaycan Müəllimi. 29 yanvar 2010. 29 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2023.
- ↑ "T. Fucivaranın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında". E-qanun.az. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2023.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |