Tisian Vecellio - Wikipedia
Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490[1][2] – 27 avqust 1576[3][4][…], Venesiya, Venesiya Respublikası[5][6]) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır.
Tisian Veçellio | |
---|---|
it. Tiziano Vecellio | |
Doğum tarixi | təq. 1490[1][2] |
Vəfat tarixi | 27 avqust 1576[3][4][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Fəaliyyəti | rəssam, boyakar[d], memarlıq çertyojçusu[d], rəssam-qravürçü[d], vizual incəsənət rəssamı |
Janrlar | portret rəssamlığı[d], dini rəssamlıq[d][7], mifologiya rəssamlığı[d][7], nü[7], tarix rəssamlığı[7], portret[7] |
Stillər | Yüksək İntibah[8] |
Tanınmış işləri | |
Tələbələri | Tintoretto, Simone Petersano |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaradıcılığı
redaktəMüasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir.[9]
Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur[9]. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.[9]
Bioqrafiya
redaktəErkən yaşları
redaktəTisianın dəqiq doğum tarixi məlum deyildir. Qoca vaxtlarında İspaniya kralı II Filippə yazdığı məktubda 1474-cü ildə doğulduğunu iddia etsə də, bu ağlabatan deyil.[10]
O, Qreqorio Veçellio və yoldaşı Lusiyanın oğlu idi. Atası Pieve de Cadore qəsrinin idarəedicisi idi və sahiblər üçün yerli mədənləri idarə edirdi. Qreqorio adlı-sanlı konsul və əsgər olub. Bir neçə qohumu, o cümlədən Tisianın babası notariat olmuş, dörd nəfərlik ailə Venesiya tərəfindən idarə olunan ərazidə yaxşıca kök salmışlar.
İstinadlar
redaktə- ↑ 1 2 KulturNav (ing.). 2016.
- ↑ 1 2 https://www.nationalgallery.org.uk/artists/titian (ing.). National Gallery.
- ↑ 1 2 RKDartists (nid.). 2019.
- ↑ 1 2 https://www.nationalgallery.org.uk/artists/titian.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Wethey H. E. Titian // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 RKDartists (nid.).
- ↑ Artnet. 1998.
- ↑ 1 2 3 The contours in early works may be described as "crisp and clear", while of his late methods it was said that "he painted more with his fingers than his brushes." Dunkerton, Jill, et al., Dürer to Veronese: Sixteenth-Century Painting in the National Gallery, pp. 281–286. Yale University, National Gallery Publications, 1999. ISBN 0-300-07220-1
- ↑ Cecil Gould, The Sixteenth Century Italian Schools, National Gallery Catalogues, p. 265, London, 1975, ISBN 0-947645-22-5
Xarici keçidlər
redaktə- A closer Look at the Madonna of the Rabbit multimedia feature, Musée du Louvre official site (English version)
- The Titian Foundation Images of 168 paintings by the artist.
- Titian's paintings
- Tiziano Vecellio at Web Gallery of Art
- Christies' sale blurb for the recently restored 'Mother and Child'
- Bell, Malcolm The early work of Titian, at Internet Archive
- Titian at Panopticon Virtual Art Gallery
- How to Paint Like Titian James Fenton essay on Titian from The New York Review of Books
- Tiziano Vecellio — one of the greatest artists of all time
- Interactive high resolution scientific imagery of Titian's Portrait of a Woman with a Mirror from the C2RMF]
- Titian: general resources, his paintings, and pigments used, ColourLex