Tirana Universiteti - Wikipedia
Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti.
Tirana Universiteti | |
---|---|
Universiteti i Tiranës | |
41°19′04″ şm. e. 19°49′19″ ş. u.HGYO | |
Əsası qoyulub | 16 sentyabr 1957 |
Tip | ictimai |
Rektor | Prof. Dr. Dori Kule (2008-ci ildən)[1] |
Tələbə sayı | 114.000 |
Müəllim sayı | 900 |
Şəhər | Tirana |
Ölkə | |
Sayt |
unitir.edu.al unitir.edu.al/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır.
Haqqında
redaktəTirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir.[2] Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var.
Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.
Universitetdə 114.000-dən çox tələbə təhsil alır.
Gələcəkdə Tirananın cənub-şərqində yeni korpusun açılması planlaşdırılır.[3] Tirananın cənub-şərqində tələbə şəhərciyi yerləşir.
Tirana Universiteti kolleci 35.000 şagirdi ilə Avropada ən böyük kolleclərdən biri, Balkan yarımadasında isə ən böyük kollecdir.
Fakültələr
redaktə- Tibb:
- Tibb
- Odontologiya
- Əczacılıq
- Sosial elmlər:
- Təbiət elmləri:
- Tarix-Filologiya:
- Tarix
- Coğrafiya
- Albaniya linqvistikası
- Alban ədəbiyyatı
- Jurnalistika
- Hüquq
- İqtisadi elmlər:
- Biznes informatikası
- Maliyyə
- İqtisadiyyat
- Marketinq-Turizm
- Xarici dillər:
- İngilis dili
- Fransız dili
- İspan dili
- İtalyan dili
- Alman dili
- Türk dili
- Rus dili
- Balkan dilləri
- Çin dili
- Fiziki təhsil
Rektorlar
redaktə- Zica Kellici (1957-1961)
- Kahreman Yilli (1961-1970)
- Jorqyi Sota (1970-1972)
- Aqim Mero (1972-1974)
- Perikli Prifti (1974-1975)
- Petrit Radoviçka (1975-1981)
- Osman Kraya (1981-1988)
- Nikolo Konomi (1988-1991)
- Etem Likay (1991-1992)
- Halil Sikya (1992-1993)
- Raymond Şarko (1993-1995)
- Nestor Tereska (1995-1997)
- Mareqlen Spiro (1997-2003)
- Şezay Pokaj (2003-2008)
- Dori Kule (2008-h.h.)
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
- ↑ "Arxivlənmiş surət". 2011-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
- ↑ "Arxivlənmiş surət". 2013-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
Xarici keçidlər
redaktə- unitir.edu.al — Rəsmi saytı (alb.)