Tiqran Petrosyan - Wikipedia
Tiqran Petrosyan (17 iyun 1929[1][2][…], Tiflis[1][5] – 13 avqust 1984[3][4], Moskva) — Sovet və Ermənistan Qrosmeysteri və 1963-dən 1969-a kimi Dünya Çempionu. Keçilməz müdafiə üslubu olduğu üçün onun ləqəbi "Dəmir Tiqran" idi. Bu üslubda təhlükəsizlik hər şeydən üstündür.
Tiqran Petrosyan | |
---|---|
rus. Тигра́н Петрося́н | |
| |
Ölkə | |
Doğum tarixi | 17 iyun 1929[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1984[3][4] (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Titulu | qrosmeyster (1952) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2645 (İyul 1972) |
Mükafatları | 1963-69-cu illərdə Dünya Çempionu |
Vikianbarda əlaqəli mediafayllar |
Petrosyan 8 dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1959, 1962, 1971, 1974, 1977 və 1980). O, 1963-cü ildə Mixail Botvinniki udaraq Dünya Çempionu olmuşdur. 1966-cı ildə tac uğrunda mübarizədə Boris Spasskiyə qalib gələrək ikinci dəfə çempionun dəfnə çələngini alır. 1969-çu ildə isə Spasski ilə görüşdə dünya çempionunun tacını müdafiə edə bilməyərək, məğlubiyyətə uğrayır.
Beləliklə, o 3 il ərzində 10 dəfə ardıcıl olaraq Dünya Çempionluğunu müdafiə etdi. Tiqran 4 dəfə Sovet çempionu olub (1959, 1961, 1969, və 1975).
Petrosyan şahmatı Ermənistanda populyarlaşdıran şəxs kimi də tanınır. Digər şahmatçılar onun haqqında "qalib gəlmək üçün çətin bir oyunçu" fikrini də söyləmişlər.
Həyatı
redaktəPetrosyan 17 iyul 1929-cu ildə Tbilisidə erməni ailəsində doğulub. Şahmatı 8 yaşında öyrənib. Savadsız atası Vartan onu təhsilini davam etdirməsi üçün həvəsləndirirdi və şahmatın karyera kimi ona heç bir uğur gətirməyəcəyini düşünürdü. İkinci Dünya müharibəsi zamanı Petrosyan yetim qalır və yaşamaq üçün küçə süpürmək məcburiyyətində olur. 1969-cu ildə "Time" jurnalında müsahibəsində xatırlayırdı:
Mən küçələri qışın ortalarından süpürməyə başladım və bu qorxulu idi. Əlbəttə ki, orda heç bir təmizləmək üçün mexanizmlər yox idi və beləliklə biz hər şeyi əlimizlə edirdik. Bəzi yaşlı kişilər mənə kömək edirdi. Mən çox zəif oğlanıydım. Küçələri süpürməkdən utanırdım, Güman edirəm ki, utanmağım təbii idi. Səhərlər küçələr boş olanda bu heçdə pis deyildi ancaq hava işıqlaşan kimi izdiham olurdu və mən buna nifrət edirdim. Mən xəstələndim və bir il məktəbə getmədim. Bibim həqiqətən xilas elədi məni. Mən xəstə və ac olanda o mənə yemək üçün çörək verdi. Həmin zamanlarda eşitməmdə problem yaranmağa başlayırdı. Bunların necə baş verdiyini xatırlamıram. Bir çox şeyləri dəqiq yadımda deyil. |
O müharibə vaxtı yemək kartından Danimarkalı qrossmeyter Aron Nimzowitsch-in "Şahmat təcrübəsi" kitabını almaq üçün istifadə edib. Sonralar Pertosyan bildirirdi ki, bu kitab ona şahmatçı olmasına çox böyük təsir edib. O, Rudolf Spielmann-ın "Şahmatda İncəsənətin Qurbanları" kitabını aldı. Xose Raul Kapablanka erkən illərdə təsiri vardı. 12 yaşı olanda o, Archil Ebralidze-nin himayəsi altında Tbilisidə Pionerlər Sarayında şahmatla məşğul olmağa başladı. Ebralidze Nimzowitsch və Kapablankanın dəstəkçisi idi və onun şahmata elmi yanaşması vəhşi taktika və şübhəli kombinasiyaları arxa plana keçirtdi. Beləliklə, Petrosyan dolğun şahmat açılışlarından ibarət repertuar yaratdı, məsələn Karo-Kann müdafiəsi. Bir illik Pionerlər Sarayındakı məşqdən sonra o sovet qrossmeyteri Salo Flohr-u seansda (simultaneous exhibition) məğlub edir.
Ölüm və miras
redaktəPetrosyan 1984-cü ildə Moskvada mədə xərçəngindən vəfat etdi və ordakı erməni məzarlığında basdırıldı. 1987-ci ildə Dünya Çempionu Harri Kasparov Petrosyanın məzarına dəfnə əklili qoyaraq abidənin açılışını etdi. 2006-cı ilin 7 iyulunda İrəvanda Davtaşen rayonuda şərəfinə abidə qoyuldu və həmin küçəyə onun adı verildi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Петросян Тигран Вартанович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Tigran Petrosjan // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France Tigran Vartani Petrosian // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Tigran Vartanovič Petrosian // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası, IX cild (erm.). C. 9. S. 264.
- ↑ Bartelski W. List of players on FIDE lists 1967-2001. 2019.