The Smashing Pumpkins - Wikipedia
The Smashing Pumpkins — 1998-ci ildə Çikaqoda yaranmış alternativ rok qrupudur.
The Smashing Pumpkins | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
alternativ rok qranj (ilkin dövr) |
Fəaliyyət illəri |
1988—2000 2006—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Çikaqo, İllinoys |
Leybl |
Caroline Records Virgin Records Hut Records Constantinople Records Martha's Music Rocket Science BMG |
Heyət |
Billi Korqan Ceff Şreder Nikol Fiorentino Mayk Bern |
Keçmiş üzvlər |
Cimmi Çemberlin Ceyms İxa Melissa Auf der Maur D'arsi Retski |
Digər layihələr |
Starchildren Zwan Spirits in the Sky |
www.smashingpumpkins.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup haqqında
redaktəQrup yapon mühacir Ceyms İxa və Billi Korqanın tanışlığı nəticəsində yaranmışdır. Öz ilk duet kompozisiyalarını Çikaqaodakı polyak barında səsləndirdilər. Qrupun bəstə yazarı, vokalist və gitaristi Billi Korqandır. 2000-ci ildə dağılan qrup 2006-cı ildə üzv dəyişikliyi ilə yenidən bir ara gəlmişdir.
1993-cü ildə çıxardıqları "Siamese Dream" albomu qrupun birinci şah əsəri oldu və ABŞ-də 4 milyondan çox satdı. Bu albom Böyük Britaniyada da qrupun ən məşhur albomu oldu. 1995-ci ilin sonunda "Mellon Collie And The Infinite Sadness" albomu ABŞ-nin hit-paradlarında birinci sıraya və Böyük Britaniyada ilk dəfə üçüncü sıraya yüksəldi. Bu almob ilə qrup Qremmi mükafatına namizəd göstərilir. "Tonight" klipi MTV-nin 6 mükafatına layiq görülür. 1997-ci ildə Mett Uoker qrupdan ayrılır. The Smashing Pumpkins trioya çevrilir. 1998-ci ilin başlanğıcında Ceyms İxa "Let It Come Down" adlı solo akustik albomunu çıxardır. 1998-ci ildə Melissa Auf Der Maur qrupa gəlir. 1999-cu ildə isə D'arsi aktyor karyerasına başlamaq üçün qrupdan ayrılır.
20 mart 2009-cu il qrupun rəsmi saytında istifadəyə verildi. Djimmi Çemberlen kollektivi tərk etdi, və Billi Korqan yeni studiya albomunun üzərində işə başlamağa hazırlaşdı.
19 iyun 2012-ci il EMI Label Services şirkətinin dəstəyi ilə qrupun "Oceania" adlı yeni albomu çıxacaq.
Diskoqrafiya
redaktəStudiya albomları
redaktə- Gish (1991)
- Siamese Dream (1993)
- Mellon Collie and the Infinite Sadness (1995)
- Adore (1998)
- Machina/The Machines of God (2000)
- Machina II/The Friends & Enemies of Modern Music (2000)
- Zeitgeist (2007)
- Teargarden by Kaleidyscope (2009–present)
- Oceania (2012)
- Monuments to an Elegy (2014)
- Shiny and Oh So Bright, Vol. 1 / LP: No Past. No Future. No Sun. (2018)
- Cyr (2020)
- Atum: A Rock Opera in Three Acts (2023)