The Sims 4 Get To Work - Wikipedia
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
The Sims 4: İşə get! (ing. The Sims 4: Get to Work) — The Sims 4 kompüter oyununa ilk oyun paketi 4 fevral 2015-ci ildə oyunun rəsmi saytında elan edildi və 31 mart 2015-ci ildə Rusiya, MDB ölkələri, ABŞ və İngiltərədə, 2 aprel 2015-ci ildə isə fiziki və rəqəmsal olaraq bütün dünyada satışa çıxarıldı.[1] Oyun paketi The Sims 4 oyununun imkanlarını peşə baxımından genişləndirir, həkim, detektiv və alim peşəsini əlavə edir. The Sims 2: Biznes oyun paketində də olduğu kimi xüsusi biznes yaratma funksiyası əlavə edilmişdir.[2][3]
The Sims 4: İşə get! | |
---|---|
Hazırlayan | The Sims Studio (Maxis) |
Yayımlayan | Electronic Arts |
Seriya | The Sims 4 |
Anons tarixi | 4 fevral 2015 |
Buraxılış tarixi |
Microsoft Windows: 31 mart 2015 31 mart 2015 31 mart 2015 2 aprel 2015 MacOS: 31 mart 2015 |
Lisenziya | Özəl təminat |
Janrlar | Həyat simulyatoru |
Yaş reytinqləri |
ASC: M Mature CERO: C — Ages 15 and up ESRB: T — Teens PEGI: 12 — Ages 12 and up |
Bəstəkarlar | İlon Eşkeri |
Texniki məlumat | |
Platformalar | Windows, MacOS |
Oyun rejimləri | Tək oyunçulu |
İnterfeysin dili | |
Daşıyıcılar | DVD, Origin |
İdarəetmə | Klaviatura, siçan |
Rəsmi saytı |
Aktiv peşələrin mövzusu tərtibatçılar tərəfindən seçilmişdir, çünki iş yerlərində personajları idarə etmək həmişə Sims seriyasının pərəstişkarlarının əsas istəklərindən biri olmuşdur. Bundan əlavə, paketdə The Sims 2 oyununa əsaslanan yadplanetlilər də vardır.[4]
İşə get oyun paketinin daha dinamik və müxtəlif vəziyyətə gətirildiyinə baxmayaraq, tənqidçilər tərəfindən peşələrin azlığı səbəbilə mənfi rəylər almışdır.[5]
Geympley
redaktəOyun paketində 3 yeni peşə: iş prosesi tamamilə oyunçu tərəfindən idarə olunan həkim, alim və polis məmuru vəzifələri təqdim olunmuşdur. İşdə olduğu zaman personaj ona verilən tapşırıqları yerinə yetirməlidir. Daha çox tapşırıq yerinə yetirilərsə, akademik göstəricilər də bir o qədər yüksək olar. Bir həkim olaraq, personaj xəstələrin xəstəliyini araşdırmalı, simptomları müəyyənləşdirməli və düzgün diaqnoz qoymalıdır. Diaqnoz düzgün deyilsə, bu personajın fəaliyyətinə pis təsir edəcəkdir. Təcili hallarda, personaj cərrahiyyə və ya doğum əməliyyatlarını idarə etməlidir. Bir alim olaraq, bir personaj daş tapmaqdan kimyəvi elementlərin qarışdırılmasına və yeni qurğuların icadına qədər bir çox işi yerinə yetirməlidir. İxtira edilmiş cihazların və onların təkmilləşdirilməsinin köməyi ilə personajların şüurunu idarə etmək, onları klonlaşdırmaq və ya başqa bir planetə göndərmək mümkündür. Personajın bir polis kimi işə başlaması halında, o, müşahidələr aparıb məhbusları yoxlamalı, küçələrə nəzarət etməli və ya istintaqı özü aparıb cinayətkarları müəyyənləşdirməlidir.[6]
Peşə ilə yanaşı, bir personaj icarəyə götürülmüş evdə öz işini apara bilər və məsələn, öz dükanı, foto studiyası və ya bişinti dükanı aça bilər. Personaj şirniyyatlardan, paltarlardan hazırlanmış əşyalara qədər istənilən əşyaları sata bilər. Bundan əlavə, personaj obyektin kirayəsi gəlirlərinə və xərclərinə nəzarət etməlidir. Mağaza işçilərini işə götürmək və vəzifələrini yerinə yetirmələrini təmin etmək üçün funskiya da var.[7]
Oyun paketi ilə birlikdə dükanların və bir parkın yerləşdiyi bir rayondan ibarət yeni bir Maqnoliya Promeneyd şəhəri meydana çıxmışdır. Bundan əlavə, personaj redaktorunda yadplanetli yaratmaq funksiyası da əlavə edilmişdir. Əcnəbilər yaşıldan mavi-çəhrayıya qədər xüsusi dəri rənglərinə malikdirlər və özlərini adi insanlar kimi örtməyə qadirdirlər. Əcnəbi ilə tanış olmağın bir yolu raket ilə başqa bir dünyaya uçmaqdır. Yadplanetlilər isə çox nadir hallar da diqqətsiz personajları qaçıra bilər və hətta kişilər qaçırıldıqdan sonra hamilə qala bilərlər.[8]
İstinadlar
redaktə- ↑ "Get To Work is first The Sims 4 expansion". Metro (ingilis). 5 fevral 2015. 2016-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
- ↑ Arts, Electronic. "Пришло время ваш симам отправиться на работу!". Electronic Arts Inc. (rus). 4 fevral 2015. 2015-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
- ↑ "Первое дополнение к The Sims 4 поступило в продажу". GMBOX. 31 mart 2015. İstifadə tarixi: 29 aprel 2020.[ölü keçid]
- ↑ "Игра «The Sims 4: На работу» для PC (Дополнение) – Компания «СофтКлаб»". www.softclub.ru. 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
- ↑ "Origin". www.origin.com. İstifadə tarixi: 29 aprel 2020.
- ↑ "The Sims 4 Get to Work". Gaming Nexus (ingilis). 2019-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
- ↑ "The Sims 4: Back to Work". NZGamer. 2016-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
- ↑ "Los Sims 4: A Trabajar. Análisis para PC y Mac". IGN España (ispan). 31 mart 2015. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.