Termodinamikanin Birinci Qanunu - Wikipedia
Termodinamikanın birinci qanunu və ya Termodinamikanın birinci başlanğıcı — sistemin bir haldan başqa hala keçməsi onun daxili enerjisinin dəyişməsi, xarici qüvvələrin işi ilə verilən istilik miqdarının cəminə bərabərdir.[1]
Tarixi
redaktəTermodinamikanın birinci qanunu ilk dəfə alman alimi Yulius Robert fon Mayer tərəfindən yaradılmışdır.[2] Termodinamikanın birinci qanununun ifadəsi aşağıdakı kimidir:
- 1 Cisim özü iş gördükdə enerjisi azalır.
- 2 Cismin daxili enerjisini artırmağın iki yolu var.
- 1.Üzərində iş görməklə.
- 2.İstilik miqdarı verməklə
Yuxarıdakı düsturda : olduğunu nəzərə alsaq termodinamikanın birinci qanunu
şəklində də yazmaq olar, yəni sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə və sistemin xarici cisimlər üzərində gördüyü işə bərabərdir. İzoxor prosesində ( ) qazın həcmi dəyişmir ( ) və ona görə də görülən iş sıfra bərabərdir. . Bu halda sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə bərabərdir. İzotermik prosesdə( ) və ya ( ) ideal qazın daxili enerjisi dəyişmir , sistemi verilən istilik miqdarı işin görülməsinə sərf olunur.