Tereza Fyodorovna Ris - Wikipedia
Tereza Fyodorovna Ris (rus. Тереза Фёдоровна Рис, d. 1874, Moskva, Rusiya imperiyası — ö. 1950, Luqano, İsveçrə) — Rus və Yəhudi əsilli Avstriya heykəltaraşı və rəssamı.[1]
Tereza Fyodorovna Ris | |
---|---|
rus. Tереза Фёдоровна Рис | |
Doğum adı | Tereza Fyodorovna Ris |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Loqano, İsveçrə |
Milliyyəti | Rus |
Vətəndaşlığı |
Rusiya imperiyası→ Avstriya-Macarıstan→ İsveçrə |
Fəaliyyəti | rəssam, heykəltaraş |
Təhsili | Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbi |
Stil | Vyana ayrılması[d] |
Tanınmış işləri | "Cadı" ; "Lunatik" ; "Lusifer" ; "Ölüm" ; "Yaromir Mundi" |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəTereza 1874-cü ildə, Rusiya imperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbində (rus. Московское училище живописи, ваяния и зодчества) təhsil almağa başladı. Çox gənc yaşlarında Moskvada evləndi və uşaq saldı[2]. Professoruna dərs vaxtı etdiyi hörmətsizliyə görə məktəbdən atıldı. 21 yaşında Vyanaya köçdü. Vyana Rəssam Evi-də (alm. Künstlerhaus Wien) ilk sərgisini açdı. Bu sərgidə, ayaq dırnaqlarını kəsən çılpaq bir qadın təsvir olunan məşhur "Cadı" (alm. Hexe, ing. Witch) adlı heykəli də var idi[3]. Bu əsəri ilə İmperator I Frans İosifin diqqətini çəkdi və qısa bir müddətdə Vyanada tanınan bir rəssam halına gəldi[2]. Eyni sərgiyə qatılan, Vyana Sesession Rəssam Evi-nin üzvü məşhur rəssam Qustav Klimt, Riyesə özləriylə birlikdə iş təklifi etdi. Riyes isə, Edmund von Hellmerdən təhsil almaq istəmiş və onun müəllimi olmasını istəmişdir. Hellmer əvvəllər "Evli bir qadına təhsil vermək lazımsız bir işdir" deyərək onun bu tələbini rədd etdiysədə, bir az da satışlardan əldə edəcəyi komissiyası düşünərək, Riyesə açdığı sərgilərdə kömək etməyi qəbul etdi.[1]
1900 Paris Dünya Sərgisində və 1911 Turin Dünya Sərgisində, həm Avstriyanın həm də Rusiyanın çağırışı ilə sərgilər açmışdır. Şahzadə Aloys, rəssama öz yanında bir otaq təklif edərək, studiyada işləməyi təklif etmişdir.[3]
Karyerası zamanı daş, mərmər, gips və bürünc kimi müxtəlif materiallardan istifadə edərək bir çox əsər yaratmışdır[4]. Bunların bir hissəsi, "Lunatik" (1894, alm. Schlafwandler, ing. Sleepwalker)[5], "Lusifer" (1897, alm. Luzifer, ing. Lucifer)[6] və "Ölüm" (1898, alm. Sterben, ing. Death)[7] adlı tanınmış nü əsərlərdir. İctimai sahələrdə sərgilənən büstlər də hazırlamışdır. 1897-ci ildə hazırladığı Yaromir Mundi (ing. Jaromir Mundy) adlı büstü, Vyana Yanğınsöndürənlər İttifaqının binasının yanında sərgilənir[8]. Vyanada yaşayarkən Mark Tvenin fotoşəkillərini çəkdi və onun büstünü hazırladı. Bu onun bəlkə də ən məşhur əsəri idi.[9][10][11]
Tənqidçi Karl Krausa görə, rəssamın açdığı sərgilər böyük maraq görmüş və bir çox adamın marağını çəkirmiş[3]. 1928-ci ildə Die Sprache des Steines (azərb. Daşların Dili) adı ilə bir xatirə kitabını nəşr etdi[12]. Avstriyanın izlədiyi faşist siyasətlər nəticəsində, 1938-ci ildə qalereyasını və studiyasını boşaltmaq məcburiyyətində qaldı. 1942-ci ilə qədər Vyanada qalmışdır[3], amma daha sonra Luqanoya köçməli oldu.[4][11]
İstinadlar
redaktə- ↑ 1 2 Ben-Eli, Birgit (1 Mart, 2009). "Austria: Jewish Women Artists"(azərb. Avstriya: Yəhudi Qadın Rəssamlar). Jewish Women: A Comprehensive Historical Encyclopedia (azərb. Yəhudi Qadınlar: Əhatəli Bir Tarixi Ensiklopediya.). Yəhudi Qadının Arxivi. 12 Oktyabr 2016 tarixində mənbəyindən arxivləndi. 2016-cı ilin İyun ayının 26-da alındı.
- ↑ 1 2 Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 205. ISBN 978-1-55753-613-6.
- ↑ 1 2 3 4 Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 209. ISBN 978-1-55753-613-6.
- ↑ 1 2 Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 203. ISBN 978-1-55753-613-6.
- ↑ Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 207. ISBN 978-1-55753-613-6.
- ↑ Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 1–2. ISBN 978-1-55753-613-6.
- ↑ Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 203–204. ISBN 978-1-55753-613-6.
- ↑ Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 208. ISBN 978-1-55753-613-6.
- ↑ Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 218–219. ISBN 978-1-55753-613-6.
- ↑ "Literary Pickups" Arxivləşdirilib 2016-08-10 at the Wayback Machine (azərb. "Ədəbi Transferlər"). Book Notes: A Monthly Literary Magazine and Review of New Books (azərb. Kitab daxil etmək: Bir Aylıq Ədəbiyyat Jurnalı və Yeni Kitabların Xülasəsi). 1: 288. Noyabr, 1898.
- ↑ 1 2 Ivri, Bencamin (12 Yanvar, 2013). "Turn-of-Century Vienna Artists Deserve Second Look" (azərb. "Əsrin Dönməsi: İkinci Baxışa Layıq Olan Vyana Rəssamları"). The Forward. 12 Avqust 2016 tarixində mənbəyindən arxivləndi. 2016-cı ilin İyun ayının 26-da alındı.
- ↑ Conson, Culi M. (2012). The Memory Factory: The Forgotten Women Artists of Vienna 1900 Arxivləşdirilib 2017-04-05 at the Wayback Machine (azərb. Yaddaş Fabriki: Vyananın Unudulan Qadın Rəssamları 1900). Purdu Universiteti Mətbuatı, səhifə 2. ISBN 978-1-55753-613-6.