Terek Altagizi - Wikipedia
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.
Terek altağızı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Terek altağızı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəPulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir[2].
Yaşayış yeri və həyat tərzi
redaktəŞirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
redaktəÇoxalma kürüləmə yolu ilə olur. Kürüsünü bir dəfəyə tökür. Kürüləməsi suyun temperaturu 12.0 – 16.0 C° oduqda mart ayının axırlarından may ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü bir dəfəyə 2.3 mindən 16.2 min ədədə qədər tökür. Yetkin fərdlər hər il kürütökmədə iştirak edirlər. Generasiyaların sayı ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur[3].
Yayılması
redaktəAzərbaycanda 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Yalama-Xudat çaylarında (Tel çay, Nurgədi, Xuray, Vələmir və Samur) yayılmışdır.
Limit faktorları
redaktəSu hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.
Rasionu
redaktəQidasını, əsasən, yosunlar, detrit, su cücülərindən olan ikiqanadlıların sürfələri, ibtidai xərçəngkimilər və balıqların kürüləri təşkil edir.
Düşmənləri
redaktəYırtıcı balıqlar və balıq parazitləri.
İnsan həyatına təsiri
redaktəVətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir[4].
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
redaktəBalıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- ↑ Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
- ↑ Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.