Tenere - Wikipedia
Tenere (bər. Tiniri) — Böyük Səhranın[1] mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir.
Tenere səhrası | |
---|---|
Ténéré | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 430 ± 1 m |
Sahəsi |
|
Yerləşməsi | |
17°35′ şm. e. 10°55′ ş. u.HGYO | |
Yerləşdiyi yer | Şimali Afrika |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətləri
redaktəAfrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir. Bəzi hissələr daşlı platodan ibarətdir. Burada hətta Kaliforniya yarımadası uzunluğunda olan qayalar vardır. Səhranın şərq qutaracağında, vahədə Bilma şəhəri yerləşir. Buradan Aqades şəhərinə uzunluğu 560 km olan karvan yolu keçir.
Aqadem şəhərində əvvəllər fransızlara məxsus koloniya mərkəzi olmuşdur.
İqlimi
redaktəİqlimi tropik və kontinentaldır. Yağıntıkar hər il düşmüyə bilir. Bəzən yağıntının düşməsi üçün 30 il tələb edilir.
Flora və fauna
redaktəBitki örtüyü demək olar ki yoxdur. Heyvanlara isə nadir hallarda rast gəlinir.
Əhali və təsərrüfat
redaktəSəhranın əsas qiymətli məhsulu Günəş və Duzdur. Duz əsasən dəvələrlə daşınır.
Səhranın yerli əhalisi köçəri tuareqlərdir.
Tarixi
redaktəSəhra ərazisində neolit dövrünə aid tapıntılar aşkarlanmışdır.