Tbilisi Su Anbari - Wikipedia
Tbilisu su anbarı (gürc. თბილისის წყალსაცავი; qeyri-rəsmi — Tbilisi dənizi) — Tbilisi şəhərinin şimal-şərqində yerləşən su anbarı. 1952-ci ildə İori çayının suyu ilə doldurularaq istifadəyə verilib. Su anbarının ərazisində üç duzlu göl mövcud idi. Uzunluğu 9 km, eni isə 3 km-dir. Ən dərin yeri 45 m, orta dərinlik 26, 6 metrdir. Anbarın tam dolması yaz aylarına təsadüf edir. Yay və payız aylarında anbarın suyu müntəzəm istifadə olunur. Mövsümü su səviyyəsinin tərəddüdləri nəticəsində ümumi dərinlik 7-10 metr arasında dəyişir.
Tbilisi su anbarı gürc. თბილისის წყალსაცავი | |
Tbilisi dənizi (su anbarı) | |
41°44′58″ şm. e. 44°50′44″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Tikilmə tarixi | 1.952 |
Dəniz səviyyəsi | 535 m |
Uzunluğu | 9 m |
Eni | 1,8 m |
Sahəsi | 11,6 m² |
Həcmi | 308 m³ |
Dərin yeri | 45 m |
Orta dərinliyi | 26 m |
Tökülən çaylar | İori |
Su anbarı qış aylarında donmur. Ancaq istisna hallarda olmuş. 1960, 1992 və 2012-ci illərdə su anbarı donmuşdur[1]
Tbilisi su anbarı xüsusiyyətinə görə oliqotrof tip daxildir. Ancaq bəzən, ilin isti vaxtlarında evtorofikasiya hadisəsidə müşahidə olunur.
Su anbarı Samqor suvarma sisteminə daxildir. Sahillər rekresiya məqsədi ilə geniş istifadə olunur. Ərazidə çimərlik, yaxta klubu və s. fəaliyyət göstəririr. Su anbarının yaxınlığında Tbilisi Milli Parkı var. Su anbarının yeganə çatışmayan cəhəti daima marşrut xətlərinin olmamasıdır. Şimal hissəsinə Qrmaqele metrosu vasitəsilə çatmaq olsa da, cənub hissələrinə şəxsi nəqliyyat vasitəsilə gəlmək mümkündür.
Topoqrafik xəritəsi
redaktə- K-38-78 Тbilisi. Мiqyas: 1 : 100 000. 1982 il.
İstinadlar
redaktə- ↑ "Тбилисское море". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
Mənbə
redaktə- Vikianbarda Тbilisi dənizi ilə əlaqəli mediafayllar var.
- Тbilisi su anbarı[ölü keçid]